Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Novruz yarmarkaları açıldı: yeni ünvanlar

Tarix 17.03.17, 4:25

Font ölçüsü : - / +
bitmap-img6


Novruz yaxınlaşdıqca bayram bazarlığı üçün alış-verişə çıxanlar da artır. İnsanlar sərfəli qiymətə bazarlıq üçün əsasən yarmarkalara üz tuturlar. Ancaq yarmarkalardakı qiymətlərdən heç də hər kəs razı deyil.

Yarmarkalarda tələbatın ən çox olduğu məhsul, Novruza uyğun olaraq, qoz-fındıq və badamdır. Bu məhsullar həm qabıqlı, həm də qabıqsız təklif olunur. Belə ki, qabıqlı qoz 6 manat, qoz ləpəsi - 16 manat, fındıq 7 manat, fındıq ləpəsi - 15 manat, badam - 10 manat, ləpəsi 19 manatdan başlayır. Ancaq daha yüksək məbləğə çərəz təklif edən satıcılar da var.

Kişmiş, iydə və digər meyvə qurularının qiyməti də müxtəlifdir.

Meyvə-tərəvəzin də həmçinin. Almanın kilosu 50 qəpikdən 3 manata qədər, banan 3 manat, mandarin 2 manat 50 qəpik-4 manat, apelsin 2-4 manat, kivi 3 manat, nar 3 manatdır.

Alıcılar isə əsasən meyvələrin bahalığından şikayətlənirlər. Yarmarkada qoyun əti 7 manat, mal əti 8 manatdan təklif olunur. Hinduşka ətinin 1 kilosunu isə 9 manata almaq olar.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, yarmarkalara 2000 tondan çox məhsul, 10 tondan artıq isə ət məhsulu çıxarılıb.

Lənkəranda da bayram yarmarkası təşkil olunub. Kənd təsərrüfatı məhsullarına tələbatı ödəmək məqsədilə keçirilən yarmarkaya 30-dan artıq şirkət və müəssisədən 450 tondan çox məhsul çıxarılıb. Yarmarkaya Lənkəran və ətraf rayonlardan müxtəlif növ yeyinti məhsulları, meyvə-tərəvəz və şirniyyatlar gətirilib.(xezerxeber.az)







Xəbərin oxunma sayı : 391




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap