“Qızlar evdə qalıb, məni kim alacaq?“ - Azərbaycanlı rəqqasə Xalq artisti Röyadan yarıçılpaq paylaşım - VİDEO Aygün Kazımovanın qızı göbəyini və sinəsini nümayiş etdirdi - FOTOLAR “İçirəm, içki içmək günah deyil“ - Azərbaycanlı müğənni
Axtar
 
  • / Maqazin / — 30 İyun 2020

    “Qızlar evdə qalıb, məni kim alacaq?“ - Azərbaycanlı rəqqasə

  • / Maqazin / — 16 İyun 2020

    Xalq artisti Röyadan yarıçılpaq paylaşım - VİDEO

  • / Maqazin / — 16 İyun 2020

    Aygün Kazımovanın qızı göbəyini və sinəsini nümayiş etdirdi - FOTOLAR

  • / Maqazin / — 10 İyun 2020

    “İçirəm, içki içmək günah deyil“ - Azərbaycanlı müğənni

  • / Maqazin / — 08 İyun 2020

    “Qarınlı kişilər üçün ürəyim gedir“ - Mina Hüseyn

  • / Maqazin / — 06 İyun 2020

    “Ürəyimdə problemlər yaranıb” - Məleykə Əsədova

Noyabrda dövlət xətti ilə 564 ipoteka krediti verilib – İpoteka və Kredit Zəmanət Fondu

Tarix 02.12.19, 18:07

Font ölçüsü : - / +
bitmap-img6


Bu il dekabrın 1-nə Azərbaycanda dövlət xətti ilə verilmiş ipoteka kreditlərinin məbləği 1 375,755 milyon manat təşkil edib.

İpoteka və Kredit Zəmanət Fondu xəbər verir ki, bu, noyabrın 1-i ilə müqayisədə 31,069 milyon manat və yaxud 2,3% çoxdur.

Ümumi məbləğin 158,527 milyon manatı 2019-cu ildə formalaşıb.

Ötən ay dövlət xətti ilə verilən ipoteka kreditlərinin sayı 564 vahid artaraq 27 113-dən 27 677-yə çatıb. Bunun isə 2 448-i bu ilin payına düşüb.

Fond dövlət xətti ilə zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləğini də açıqlayıb. Bu məbləğ noyabrda 5,75 milyon manat artaraq 46,859 milyon manatdan 52,609 milyon manata çatıb. Bunun 35,08 milyon manatı 2019-cu ildə verilib.

Hazırda Fondun dövriyyədə 723,878 milyon manatlıq istiqrazı var.




Xəbərin oxunma sayı : 379

loading...

Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda