Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Nyu-York meri Trampın yerini tutmaq istəyir- Prezident seçkilərində namizədliyini irəli sürəcək

Tarix 16.05.19, 22:52

Font ölçüsü : - / +
bitmap-img6


Nyu-York şəhərinin meri, Demokratlar partiyasının nümayəndəsi Bill de Blazio ABŞ prezidenti postuna namizədliyini irəli sürəcəyini elan edib.

“Mən Bill de Blazio çalışan insanların ön sıraya çəkilməsi üçün prezident postuna namizədliyimi irəli sürəcəyəm”, – deyə mer özünün seçki kampaniyasının saytında dərc olunan videoçarxda bildirib.

İndiyədək 20-yə yaxın demokrat ABŞ-da prezident postuna namizədliyini irəli sürmək niyyətində olduğunu bildirib. Seçkiqabağı kampaniyanın gedişində partiya fəallarının ilk iclasları 2020-ci il fevral ayının əvvəlində Ayova ştatında keçiriləcək. Demokratlar partiyasının prezident postuna namizədinin irəli sürüləcəyi qurultay 2020-ci il iyulun 13-16-da Viskonsin ştatının Miluoki şəhərində baş tutacaq.

Respublikaçılar partiyasından isə prezident postuna hələlik iki nəfər – ölkənin hazırkı Prezidenti Donald Tramp və Massaçusets ştatının sabiq qubernatoru Uilyam Ueld iddia edir. Respublikaçılar öz qurultaylarını avqustun 24-27-də Şimali Karolina ştatının Şarlott şəhərində keçirəcək.

ABŞ-da 59-cu prezident seçkiləri 2020-ci il noyabrın 3-nə planlaşdırılıb(azərtac).



Xəbərin oxunma sayı : 223




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap