Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

O, dünyanın birinci ledisi ola bilər...di (Fotolar)

Tarix 13.06.17, 5:05

Font ölçüsü : - / +
bitmap-img6


Qətər əmirinin moda ikonası olan anası Şeyxa Mozanın “Göyçək Fatma” nağılına bənzər yüksəlişi 

Bir tərəfdən şkafında 4 min ədəd Christian Louboutin-i olduğunu qürurla deyən, Londondakı üç binanı birləşdirərək “saray tikmək” layihəsinə razılıq verilmədiyi üçün üsyan edən bir Mariya Antoinette, digər tərəfdə isə əri ilə birlikdə Qətəri islahatlarla tanış edən cəsur ürək bir Janna Dark. Qətər əmrinin stil ikonu olan anası Şeyxa Moza yenidən dünya gündəminin zirvəsindədir. Parıltılı həyat hekayəsi isə buradadır.

Doğrudur, bu günlərdə adı “kriz”, “qalmaqal” sözləri ilə yanaşı hallanır. Amma çox yox, cəmi 3 il öncəsinə qədər haqqında bu cümlələr yazılırdı: “Huffington Post’a görə, təkcə ölkəsinin yox, dünyanın birinci ledisi ola bilər”. WikiLeaks sızıntılarından: “Qətərlilərin gözündə, həyatlarını yaxşılığa doğru dəyişdirən bir film ulduzudur”.

Vanity Fair’dən bir sitatla davam edək: “Hiçkook filminin ulduzu ola biləcək səviyyədə zərafət, əsalətli bir varlılıqla birləşib”. Qətər əmiri Şeyx Temimin anası Şeyxa Moza Bint Nasirdən danışırıq. Musavat.com Türkiyə mətbuatına istinadən onun həyat hekayəsindən və həyatda qət etdiyi məsafədən yazır.

Stili ilə Mariya Antoinette, döyüşçü ruhu ilə Janna D’Arkı xatırladan yeddi uşaq anası, 57 yaşındakı Emirenin yüksəlişini xatırlayaq.

DÜŞMƏNİNİN GƏLİNİ OLDU

Hekayəsi ilk baxışda Keyt Middletonunkuna bənzəyir. Xalqdan bir qız, 18 yaşında universitetdə sosiologiya oxuduğu illərdə ölkəsinin şahzadəsi, Şeyx Hamid Bin Xəlifə Əl Thani ilə tanış olur, aşiq olur və evlənir. Buraya qədər ağ atlı oğlanın nağılına bənzər bir hekayə. Amma bu hekayədə “Şekspirvari” detallar var. Belə ki, həyat yoldaşının atası onun ailəsinin baş düşməni sayılır. Mozanın atası, rejim müxalifi Nasır El Misnad, əmir əleyhinə nitqlərinə görə həbs edilib və daha sonra da sürgünə yollanıb. Moza atasını 1977-ci ildə baş tutan toyuna qədər görə bilməyib.

Bəlkə ailəsinə qarşı edilənlərə etiraz olaraq, bəlkə də təsadüfən ölkəsindəki güc mərkəzlərinin də dəyişməsini təmin etdi. Həyat yoldaşı Bin Xəlifə Əl Thani, 1995-ci ildə atasını qansız bir inqilabla devirib iqtidara keçdi. Bununla da Şeyha Moza atasının inqilab arzularını bir-bir həyata keçirməyə başladı, dünyanın ən güclü qadınlarından biri olmasının yolu açıldı. Qətərin və əmirənin beynəlxalq arenadakı yüksəlişi məhz bu cür paralel şəkildə gerçəkləşdi.

KIVANC TATLITUĞLA GÖRÜŞMƏK İSTƏDİ, AMMA…

2009-cu ildə Türkiyə prezidentinin xanımı Əminə Ərdoğan Qətər ziyarəti zamanı Əmirəyə jest olsun deyə, onun ən çox sevdiyi serial olan “Gümüş”ün baş rol ifaçılarından olan Songül Odeni özü ilə aparmış və onunla tanış etmişdi. Xatırladaq ki, bu serial Türkiyədə çəkilib və daha sonra ərəb ölkələrində böyük populyarlıq qazanıb. 2011-ci ildə isə İstanbula gələn Əmirə Çırağan Sarayında serialın kişi baş rol ifaçısı olan Kıvanc Tatlıtuğ ilə çay içmək istəyib, amma sonuncu ölkə xaricində olduğu üçün bu istəyi baş tutmamışdı.


ƏN YAXŞI GEYİNƏNLƏR SİYAHISINDA

Əl Thaninin ölkəsi üçün böyük arzuları vardı. Ölkə qaynaqları sayəsində dünya böyüklərinin arasında yer almaq. Və siyasi səbəblərə görə evləndiyi iki həyat yoldaşı olmasına baxmayaraq, yol yoldaşı olaraq aşiq olduğu Şeyxa Mozayı seçdi. Ağ Sarayda da, Douninq küçəsində və Yelisey Sarayında da yanında o vardı. Mühafizəkar tərzi özünə görə qiymətləndirdiyi, məşhur modaçıların əlindən çıxan rəngli geyimləri Mozanı qısa bir müddət ərzində diqqət mərkəzinə gətirdi. Zaman-zaman görüşlərdə Fransanın eks birinci xanımı olan Karla Bruninin də Şeyxanın yanında titrədiyi, eləcə də Keyt Middletonu kölgədə qoyduğu yazılıb. Vanity Fair onu düz üç dəfə “Ən yaxşı geyinənlər” siyahısına salıb. Jurnalın təhlili: “Persol eynəklərini türbanla yaraşdırdı və bunu moda halına gətirə bildi”.

Şeyxa Moza rəngli geyimlərdən və havalı çərçivələrdən çox daha böyük biri olduğunu qısa zamanda göstərdi. Bütün dünyanın öyrəşdiyi passiv ərəb şahzadələrinin yanında, ərinin yanında, onunla yanaşı addımlayan bir tablo çəkdi. Misallar: 2003-cü ildə Qətərin demokratikləşmə yolundakı addımlarını əri ilə birlikdə danışdığı proqrama çıxdı. Bu, CBS kanalında yayınlanan ‘60 dəqiqə” adlı veriliş idi. “Huffington Post”’un mövzu ilə bağlı təhlilləri aşağıdakı kimi idi: “Əmirin yanındakı, işıq saçan, müqəddəs varlıq, ilk baxışda insanı öz təsiri altına alır. Şeyxa Moza bu qarışıq zamanlarda təkcə ölkəsinin yox, dünyanın birinci ledisi ola biləcəyini sübut edir”.

MODA DÜNYASININ HAMİSİ


1995-ci ildə həyat yoldaşı ilə birlikdə Qətər Fondu qurublar və bunun sayəsində ölkəsini modern sənət və təhsil mərkəzinə çevirib. Stil ikonu adlandırılan bu qadın iqtisadi krizdə lüks və moda dünyasının hamisi statusunu da qazandı. ‘Mayhoola’ adlı yatırım şirkətdən istifadə edib, 2010-cu ildə lüksün Londondakı məbədi Harrodsu, 2012-ci ildə isə 850 milyon dollara moda nəhəngi olan Valentinonu satın aldı. LVMH qrupunda da hissə sahibi oldu.


2013-cü ildə həyat yoldaşı öz taxtını könüllü olaraq oğlu Temim bin Həmid Əl Thaniyə ötürdüyü zaman Şeyxa Mozanın daha passiv bir rol oynayacağını düşünənlər oldu. Onun hadisəyə baxışı isə belə oldu: “Həyat yoldaşımın yanına görüş üçün vaxt istəyərək getməkdən ötrü bayılmırdım. Beləsi daha yaxşıdır”. Amma saraya yaxın çevrələr deyirlər ki, Bin Xəlifə Əl Thani heç bir zaman ipləri tamamilə təslim etməyib.

PULUMUZU HARA XƏRCLƏYƏCƏYİMİZİ BİLİRİK

Burada Şeyxanın yeddi uşağından biri olan, ortancıl qızı Mayassadan da danışmaq şərtdir. 30 yaşındakı Mayassanı sənət dünyasının ən vacib qadnlarından biri hesab edirlər. Ana-qız “Qətər Muzeyi”nin kolleksiyasına qatmaq üçün bir Cezanne tablosuna 250 milyon dollar ödəyib. Təbii ki, bununla bağlı tənqidlər də az olmadı. Amma Moza “Financial Times”a verdiyi bir açıqlamada xərcləmələri ilə bağlı bu cavabı verib: “Mediada çox pulu olan, bununla nə edəcəyini bilə bilməyən şüursuzlar olaraq göstərilirik. Çox şükür ki, imkanlarımız var, amma pulumuzu hara xərcləmək lazım olduğunu da çox yaxşı bilirik”.

İndi əmirənin gündəmində tablolar, moda evləri yox, siyasi qalmaqallar, krizlər var. Daha öncə ölkəsini modernizə etmək üçün həyat yoldaşı ilə müxtəlif əngəlləri aşan Şeyxa Moza, bu problemləri necə yoluna qoyacaq, bunu da zaman göstərəcək... (musavat.com)



Image result for Şeyxa Moza
Image result for Şeyxa Moza







Xəbərin oxunma sayı : 1249




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap