Məşhur cütlük boşanır - 12 illik evlilik bitir “Recep İvedik 5“lə bağlı qadağa “Recep İvedik 5“lə bağlı qadağa “Rusiya və İran Azərbaycan iki yerə bölüb” – Komitə sədri “Hər gün sevgi mesajı alıram” - Könül
Axtar
 
  • / Maqazin / — 18 Fevral 2017

    Məşhur cütlük boşanır - 12 illik evlilik bitir

  • / Maqazin / — 18 Fevral 2017

    “Recep İvedik 5“lə bağlı qadağa “Recep İvedik 5“lə bağlı qadağa

  • / Siyasət / — 18 Fevral 2017

    “Rusiya və İran Azərbaycan iki yerə bölüb” – Komitə sədri

  • / Maqazin / — 17 Fevral 2017

    “Hər gün sevgi mesajı alıram” - Könül

  • / Maqazin / — 16 Fevral 2017

    “Recep İvedik -5” Azərbaycanda da nümayiş olunacaq

  • / Analiz / — 16 Fevral 2017

    “Atanın satqın olması çox pis şeydir…” – Elçibəyin oğlundan Əlizadəyə ağır cavab

Onlayn-ödənişlərdə ƏDV yalnız xidmət haqqına tətbiq ediləcək

Tarix 07.01.17, 14:55

Font ölçüsü : - / +
bitmap-img6


“Azərbaycan Respublikasının hüdudlarından kənarda hotel xidmətləri və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, bu məkanda iş və xidmət təqdim edildikdə və ya lotereya, digər yarış və müsabiqə keçirildikdə vergi tutulan əməliyyatın yeri kimi xidmətlərin alıcısının və lotereya, yarış və müsabiqənin iştirakçısının olduğu yer müəyyən olunur və həmin dövlətdə də ƏDV tətbiq olunur”.

“Report” xəbər verir ki, bu, 2017-ci il yanvarın 1-dən qüvvəyə minən Vergi Məcəlləsinin 168.1.5-ci, 169.1-ci və 169.3-cü maddələrinə edilən əlavə və dəyişikliklərdə qeyd edilib.

Yeni dəyişikliklərə əsasən, hotel, bilet və mallar istisna olmaqla, xarici onlayn dükanlara edilən ödənişlərə 18%, xarici elektron pul kisəsi əməliyyatlarına görə isə 10% ƏDV tutulacaq.

Artıq 2017-ci ilin başlaması ilə Məcəllənin həmin müddəaları da qüvvəyə minib. Vergilər Nazirliyindən “Report”a bildirilib ki, vətəndaşın xarici elektron dükanlardan aldığı hər hansı məhsula görə heç bir ƏDV tutulmur: “ƏDV-nin tətbiqi yalnız xidmətlərə aiddir. Fiziki şəkildə görünən hansısa məhsulun alınmasına vergi tətbiq edilmir”.

Qeyd edək ki, ilin əvvəlindən bəzi kommersiya bankları müştərilərinə xəbərdarlıq edib ki, yalnız "Amazon.com" və "eBay.com" elektron dükanlarından alınan mallar üzrə ƏDV hesablanmayacaq. Digər elektron alış-veriş saytlarından alınan mallar üzrə 18%-lik ƏDV tətbiq edilir. Nazirlik rəsmisi isə bu məlumatın yanlış olduğunu açıqlayıb.

Vətəndaşları çaşdıran digər məsələ isə aviabiletlərlə bağlıdır. Belə ki, yeni ilin gəlməsi ilə sosial şəbəkələrdə aviabiletlər üzrə ƏDV hesablanmaması qaydasının yalnız aviaşirkətlərin rəsmi saytına aid olması iddiasına daha çox rast gəlinir. İddialara görə, digər onlayn satış saytlarından alınan aviabiletlərə görə ƏDV tətbiq ediləcək.

Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən “Report”a bildirilib ki, aviabilet və hotel xidmətlərinin sifarişinə istisnasız olaraq ƏDV tətbiq edilmir.

Qeyd edək ki, Vergi Məcəlləsinə ümumilikdə 201 əlavə və dəyişiklik edilib. Həmin dəyişikliklər 2016-cı il dekabrın 16-da təsdiq edilib və bu ildən qüvvəyə minib.



Xəbərin oxunma sayı : 103

loading...

İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqıımızda