Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Oqtay Əsədov Rusiyaya getdi

Tarix 27.03.17, 16:17

Font ölçüsü : - / +
bitmap-img6


Martın 27-də Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti MDB PA-nın 25 illiyinə dair tədbirlərdə, təşkilatın Şura, 46-cı plenar və daimi komissiyalarının iclaslarında iştirak etmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edib.

AzFakt.com Milli Məclisin mətbuat xidmətinə istinadən bildirir ki, nümayəndə heyətinin tərkibinə deputatlardan Kamilə Əliyeva, Rüfət Quliyev, Malik Həsənov, Mirkazım Kazımov, İqbal Məmmədov, Rüstəm Xəlilov, Elmira Axundova, Azay Quliyev, Adil Əliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

MDB PA-nın Şura iclasında təşkilatın 25 illiyi ilə əlaqədar Bəyanat qəbul olunacağı gözlənilir. Şura üzvlərinin təşəbbüsü ilə “Beynəlxalq Parlamentarizm Günü”nün təsis edilməsi, təşkilata üzv ölkələrdə keçirilmiş referendum və seçkilərin nəticələri, Parlament Assambleyasının ötən ilki fəaliyyətinin qiymətləndirilməsi və digər məsələlər müzakirə olunacaq.

MDB PA-nın 25 illiyinə həsr olunmuş təntənəli iclasda nümayəndə heyəti rəhbərlərinin, qurumla əməkdaşlıq edən beynəlxalq təşkilatların nümayəndələrinin çıxışları gözlənilir.

Plenar iclasda 10-dan çox model qanunlar nəzərdən keçiriləcək. Qurumun daimi komissiyalarında müzakirə olunaraq təsdiq olunmuş məsələlərə münasibət bildiriləcək.

Səfər çərçivəsində Milli Məclisin sədri Oqtay Əsədovun nümayəndə heyəti rəhbərlərinin başçıları ilə bir sıra görüşləri nəzərdə tutulub. Bu görüşlərdə ikitərəfli əlaqələrin inkişafı, parlamentlərarası münasibətlərin daha da dərinləşdirilməsi, MDB PA-nın gələcək fəaliyyəti barədə fikir mübadiləsi aparılacaq.

Səfər martın 28-də başa çatacaq.



Xəbərin oxunma sayı : 112




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap