Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Paşinyan konstitusiyanı dəyişir - Baş nazir Konstitusiya Məhkəməsinə nəzarəti ələ almağa çalışır

Tarix 23.06.20, 12:50

Font ölçüsü : - / +
bitmap-img6


Ermənistan parlamenti Konstitusiya Məhkəməsinə dair qanuna təklif olunmuş düzəlişləri birinci oxunuşda qəbul edib. Bu düzəlişlər Konstitusiya Məhkəməsinin hakimlərini vəzifələrindən kənarlaşdırmaq imkanı yaradır və dolayısı ilə baş nazir Nikol Paşinyanın ölkəyə nəzarətini artırmış olur.

İyunun 22-də keçirilən səsvermədə parlamentin hakim Mənim addımım fraksiyasının 89 deputatı qanun düzəlişlərini dəstəkləyib.

İki əsas müxalifət partiyası – Çiçəklənən Ermənistan və Parlaq Ermənistan partiyasından olan deputatlar səsverməni boykot ediblər. Parlament sözü gedən dəyişiklilərin debatına ikinci oxunuş zamanı başlayacaq.

Hakimlər inadkarlıq edirlər

Ötən həftə hakim Mənim addımım bloku tərəfindən təklif edilmiş düzəlişlər Konstitusiya Məhkəməsinin 9 hakimindən 3-nü dərhal vəzifəsindən uzaqlaşdırmaq imkanı verir. Bu düzələşlərə görə habelə məhkəmə özünə yeni sədr seçməli olacaq.

Paşinyan hökuməti artıq bir il idi ki, Konstitusiya Məhkəməsinin hazırkı sədri Hrayr Tovmasyanın və daha 6 hakimin üzərinə ciddi təzyiq göstərirdi. Baş nazir bu hakimləri ölkənin keçmiş hökumətinə bağlı olmaqda və islahatlara maneçilik törətməkdə ittiham edir. Konstitusiya Məhkəməsinin yeddi hakimi vəzifələrini tərk etməkdən boyun qaçırır.

Ömürlük hakimlik ləğv olunacaq

Tovmasian və müxalifət siyasətçiləri Paşinyanın iddiaları rədd edir və bildirirlər ki, baş nazirin məqsədi Konstitusiya Məhkəməsi üzərində nəzarətə sahiblənməkdir. Təklif edilən düzəlişlərə görə Konstitusiya Məhkəməsinin hakimləri maksimum 12 il müddətində səlahiyyətli ola bilərlər.

12 illik limit müddəası artıq 2018-ci ilin aprelindən qüvvədədir, amma hazırda hakim olanlara şamil edilməyib. Dəyişikliklər layihəsi sözü gedən hakimlərin ömürlük bu vəzifədə qalmasını təmin edən maddəni ləğv etməlidir.

Venesiya Komissiyası təqdir edir, amma…

Dəyişiklilər qəbul edildiyi təqdirdə Konstitusiya Məhkəməsinin hələ 1990-cı illərdən xidmətdə olan üç hakimi dərhal istefaya getməli olacaq. Daha iki hakim 2022-ci ilədək vəzifəsində qala biləcək. Tovmasian məhkəmənin üzvü olaraq qalsa da sədr vəsifəsini itirəcək.

İyunun 22-də açıqladığı rəydə Venesiya Komissiyası sözü gedən dəyişiklikləri alqışlayıb, lakin təəssüflə” bildirib ki, Konstitusiya Məhkəməsinin heyəti keçid dövrü üçün daha tədrici dəyişdirilə bilərdi. Strasburqda mənzilənən komissiya habelə Tovmasianın sədr vəzifəsindən kənarlaşdırılmasına tələsməməyə çağırıb. (azadliq.org)



Xəbərin oxunma sayı : 2143




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap