Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

PA rəhbərinin müavini vəzifəsində çalışmış şəxslərin pensiya təminatı… – Prosedur müəyyənləşib

Tarix 08.07.20, 20:36

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Prezidentinin Administrasiyası rəhbərinin ləğv edilmiş müavini vəzifəsində çalışmış şəxslərə pensiya təyin edilməsi ilə bağlı məsələnin tənzimləmək üçün İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırma aparılıb. 

Nazirlər Kabineti bununla bağlı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanının 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”na müvafiq hissə əlavə edib.

Beləliklə, Azərbaycan Prezidentinin Administrasiyası rəhbərinin ləğv edilmiş müavini dövlət qulluqçusu vəzifəsi Prezident Administrasiyasının şöbə müdiri vəzifəsinə bərabər qəbul ediləcək.

Xatırladaq ki, Prezident Administrasiyasında aparılan son struktur islahatları çərçivəsində Prezident Administrasiyası rəhbərinin müavinləri postları ləğv edilib/APA.



Xəbərin oxunma sayı : 1669




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap