Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Pakistan Hindistanla dəmir yolunu bağlayır –hind filmlərini qadağan edir

Tarix 09.08.19, 10:47

Font ölçüsü : - / +
bitmap-img6


Hindistanın baş naziri Narendra Modi deyib ki, Hindistanın nəzarətində olan Kəşmirin xüsusi statusunun ləğv edilməsi regionu “terror və separatçılıqdan” azad edə bilər.

Baş nazir deyib ki, qonşu Pakistan bu regionun xüsusi muxtariyyətə malik olmasından Hindistana qarşı “silah” kimi istifadə edir.

Modi bu bəyanatı avqustun 8-də, Hindistan bu həftənin əvvəllərində Cammu və Kəşmir ştatına əhəmiyyətli muxtariyyət verən Konstitusiya müddəasını ləğv edəndən bəri ilk müraciətində verib.

Bu qərar Pakistanın acıqlı reaksiyasına səbəb olub. İslamabad Cammu və Kəşmirin xüsusi statusunun ləğv edilməsini beynəlxalq qanunların pozulması kimi qiymətləndirir.

Modi deyib ki, tarixi Kəşmirin Hindistana aid olan hissəsi üçün “yeni era” başlanır.

O Pakistanı Kəşmirin xüsusi statusundan bu bölgənin sakinlərini Hindistana qarşı qaldırmaq üçün alət kimi istifadə etdiyinə görə pisləyib.

Modi deyib ki, bundan sonra Nyu Delhi Cammu və Kəşmiri “terror və separatçılıqdan” xilas edə biləcək.

Kəşmir Pakistan və Hindistan arasında bölünüb, lakin hər ikisi nüvə silahına malik ölkələr bu əraziyə bütövlükdə iddialıdırlar və 1947-ci ildə Hindistanın bölünməsindən bəri iki dəfə müharibə ediblər.

Son otuz ildə Hindistan Kəşmirindəki üsyanlar on minlərlə insanın həlak olması ilə nəticələnib.

Kəşmirin Hindistanın nəzarətində olan hissəsi avqustun 4-dən bəri ətraf aləmdən təcrid edilib. Bu ərazidə mobil, stasionar telefonlar və internet kəsilib.

Avqustun 5-də Hindistan Konstitusiyasının 370-ci maddəsinin ləğv olunduğu bildirilib.

Bu maddə Kəşmirin Hindistan hissəsinə ölkənin başqa bölgələrindən daha böyük muxtariyyət tanıyırdı. Bölgənin əhalisinə təhsil, iş və mülkiyyət məsələsində xüsusi imtiyazlar verilmişdi.

Buna cavab olaraq Pakistan Hindistan səfirini ölkədən çıxarıb və iki ölkə arasında ticari əlaqələri və dəmir yolu nəqliyyatını dayandırıb.

Avqustun 8-də Pakistanın dəmir yolu naziri Şeyx Rəşid Əhməd deyib ki, iki ölkə arasında “Dostluq ekspresi” qatarlarının hərəkəti dayandırılıb.

Bundan başqa Pakistan bildirir ki, ölkə boyunca kinoteatrlarda hind filmlərinin nümayişi qadağan edilir.

Bu, Pakistanın Bollivud filmlərini ləğv etdiyi ikinci hadisədir.

Bu arada Pakistanın xarici işlər naziri Şah Mehmud Qureşi deyib ki, İslamabad Hindistanın hərəkətinə siyasi, diplomatik və hüquqi müstəvidə cavab verməyi planlaşdırır.

Nazir deyib ki, Pakistan müharibə variantını nəzərdən keçirmir.

Bu arada BMT-nin baş katibi Antoniu Quterriş Cammu və Kəşmirin statusunu dəyişdirən addımlardan çəkinməyə çağırıb.

Birləşmiş Ştatlar iki tərəf arasında dialoq keçirilməsini təklif edib. (azadliq.org)




Xəbərin oxunma sayı : 313




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap