|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Pandemiya uzanır: Azərbaycan sahibkarları nə etməlidir?
Tarix 03.12.20, 11:24 |
|
Bütün dünyada olduğu kimi, Azərbaycanda da koronavirus (COVID-19) pandemiyasının 2-ci və daha güclü dalğası başlayıb. Artıq virusa gündəlik yoluxma sayı onlarla, yüzlərlə deyil, minlərlə ölçülür. Bunu nəzərə alan hökumət xüsusi karantin rejiminin müddətini dekabrın 28-nə qədər uzadıb, şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla digər bütün sahələrdə yerində xidmətlərin dayandırılmasına qərar verib. Bu cür qadağalar isə biznesə təsirsiz ötüşə bilməz. Bəs Azərbaycan sahibkarları “ayaq üstə” qalmaq üçün nə etməlidir?
“Report” bu məsələlərlə bağlı iqtisadçı-ekspert Rəşad Həsənovun fikirlərini öyrənib.
“Dövlət bütün yükü üzərinə götürə bilməz”
Onun fikrincə, yerli biznesin çətin günləri hələ qabaqdadır və dövlət pandemiya ilə bağlı bütün yükü üzərinə götürə bilməz: “Mövcud şərtlər daxilində dövlətin maliyyə yükü formalaşıb. Üstəlik sentyabrın 27-dən sonra torpaqların işğaldan azad edilməsi ilə bağlı əməliyyatların da maliyyə yükü olub. İstənilən halda post-müharibə və post-pandemiya dövründə Azərbaycan iqtisadiyyatının əsas lokomotivi məhz kiçik və orta sahibkarlıq subyektləri olacaq və onların pandemiya dövrünü hansısa formada fəaliyyətlərinin davam etdirilməsi təmin edilməlidir. Hesab edirəm ki, ilk olaraq fəaliyyətlərin tam olaraq məhdudlaşdırılması istiqamətində qərarlar qəbul edilməməlidir. Müəyyən şərtlər daxilində, müəyyən gigiyenik normalara əməl edilməklə fəaliyyətin davamlılığı təmin edilməlidir. İqtisadi fəaliyyət sahəsində tam olaraq fəaliyyətin məhdudlaşdırılmasına gedilməməlidir.
İkincisi, sabit xərclərin kompensasiya məsələsi müəssisələrin maliyyə fəaliyyətinin nəticələrinin müəyyən qədər qorunması və likvidliliyin dəstəklənməsi məsələsidir. Yəni, hansısa formada sabit xərc yükü formalaşdıran sosial siğorta öhdəlikləri, vergi öhdəlikləri və kredit xərclərinin kompensasiya yolu ilə məhdudlaşdırılması, əvəzlənməsi haqqında qərarlar qəbul edilməlidir. Biz bunu əvvəlcədən də təklif etmişdik. Bizdə icarə haqqlarına təklif edilən faiz dərəcəsi 14%-dən 8%-ə qədər azaldılıb. Amma bu o demək deyil ki, burada sahibkar icarədara güzəşt edir. Bəzi hallarda güzəşt olmaya da bilər. Bundan başqa, maliyyə istiqamətində də dəstək göstərilməlidir. Maliyyə bazarlarına əlçatanlığın artırılması müəyyən mənada təmin edilməyə çalışılır. Lakin bir çox hallarda pandemiyanın yaratdığı konyuktur bankların kiçik və orta sahibkarlar da daxil olmaqla subyektlərə kredit verməsində əngəllər yaradır. Çünki banklar müəssisənin likvidliyini qiymətləndirir, onun kredit qaytarma qabiliyyətini qiymətləndirir və bu əsasda kreditlər təşkil edirlər. İndiki şərtlər daxilində bu çətin görünür”.
“Kredit tətilləri verilməlidir”
R.Həsənov hesab edir ki, indiki halda mövcud öhdəliklər üzrə kredit tətillərin verilməsi mütləqdir: “Kredit tətilləri verilməlidir, bunun əvəzində Azərbaycan Mərkəzi Bank banklara likvidlilik dəstəyi, faizsiz mərkəzləşdirilmiş kredit verməlidir və ən azından növbəti bir ildə sahibkarlıq subyektlərinin kredit öhdəlikləri dondurulmalıdır. Bu yolla hansısa formada müəssisələrin maliyyə dayanıqlığının qorunmasına çalışmaq lazımdır. Bu istiqamətdə görüləsi çox işlər var. Amma çalışmaq lazımdır ki, bu işlər dövlətə həm fiskal yük formalaşdırmasın, həm də ciddi maliyyə itkilərinə gətirib çıxartmasın. Həm də müəssisənin müəyyən müddətdə fəaliyyətlərinin qorunub saxlanılması üçün hardasa bir yol olsun.
Dünyanın ən inkişaf etmiş ölkələrində belə biznes şəbəkələri pandemiya şəraitində özünü ayaqda saxlaya bilmirlər, çünki pandemiya faktiki olaraq istehlak gücünün azalmasına, fəaliyyətlərinin məhdudlaşmasına səbəb olur. Bəzi hallarda işçilərin xəstələnməsi səbəbindən əmək münasibətlərin pozulmasına, bütün seqmentlər üzrə dəyər zəncirinin bütün halqaları üzrə fasilələrə gətirib çıxarır. Bu isə sahibkarlara müəyyən zərər formalaşdırır”.
“Pandemiya şəraitində inkişaf edən sahələr də oldu”
Mütəxəssisin sözlərinə görə, pandemiyanın yaratdığı çətinliklərdən müəyyən nəticələr çıxarılmalıdır: “Ümumiyyətlə, pandemiya dövründə hansı sahələrin inkişaf etdiyinə diqqət etmək lazımdır. Səhiyyə xidmətlərinə və dərman vasitələrinin istehsalına tələb artdı. Səhiyyə sahəsinin inkişafı pandemiyanın mövcudluğu şəraitində anlaşılandır. Amma onlayn xidmətlərin göstərilməsi, yəni digital sfera üzərindən xidmətlərin təklif edilməsi, fəaliyyətlərin təmin edilməsi kimi sahələrə cəmiyyətin marağı həddindən çox artdı. Bu sahələrdə çox sürətlə böyümələr oldu. Xüsusilə onlayn xidmət, onlayn ticarət sahəsində əhəmiyyətli artımlar müşahidə edilir.
Burdan çıxarılan böyük nəticələr var. Birincisi, yeni yatırımlar edilərkən hansı istiqamətlərə yönəlmək lazımdır?! İkincisi şirkətlər, müəssisələr fəaliyyətlərini mümkün qədər hansısa formada qeyd edilən texnologiyalardan istifadə edərək onlayn platformalar üzərindən təklif etməlidirlər. Bu il bizdə elektron ticarət sahəsində maraqlı statistik göstəricilər qeydə alınıb. Bu ilin 9 ayında ötən illə müqayisədə elektron ticarət dövriyyəsi 3,1 milyard manat artıb. Bu, ötən illə müqayisədə 2,4 dəfə çox mal və xidmətlərin onlayn qaydada satışını təşkil edə bilmişik. Yəni, biz 15 il ərzində əldə etdiyimiz nəticə 2-3 milyard manat idi. Bu il bu göstərici 5 milyard manatdan çox oldu. Bu, çox böyük nəticədir və çıxarılmalı dərslər var. Sahibkarlıq subyektləri diqqət etməlidir. Həm sahibkarlar , həm də istehlakçılar bu kimi texnologiyaları tətbiqinə konservativ yanaşırlar. Amma sahibkar çalışmalıdır ki, onun nagdsız ödənişin həyata keçirilməsi üçün müvafiq infrastrukturu olsun. Onlayn xidmətləri təklif etmək üçün müvafiq platformaların imkanlarından istifadə edilsin. Yəni, müsbət məqam ondan ibarətdir ki, pandemiya dövründə bu istiqamətdə müəyyən irəliləyişlər əldə edildi. Pandemiya dövründə həm biznesin davranışında, həm də istehlakçının davranışında müəyyən irəliləyişlər var. İstehlakçılar da əvvəlki kimi məsələlərə konservativ yanaşmırlar. Mümkün qədər bu istiqamətdə müəyyən meylilik hiss edilir. Hətta orta və yaşlı nəsildə elektron ticarətə maraq var. Bu digital bacarıqların inkişafı nagdsız ödəniş sistemlərinin onlayn platformalardan istifadəyə maraq müşahidə edilir. Şirkətlər bu istiqamətə də yönəlməlidirlər”.
“Biznes gəlir əmsalını yüksəltməlidir”
R.Həsənov biznes fəaliyyətində optimallaşdırmanın da vacib olduğunu deyir: “Düzdür, bu gün dövlətin siyasəti hansısa formada işçilərin işdən çıxarılmaması, məşğulluğun müəyyən qədər təmin edilməsidir. Bu məqsədlə də müxtəlif proqramlar çərçivəsində sahibkarlıq subyektlərinə birbaşa maliyyə dəstəyi verildi. Bununla yanaşı, orta və uzun müddətli dövrdə şirkətlər çalışmalıdır ki, müasir texnologiyalardan tətbiq etməklə mümkün qədər əmək qüvvəsinə olan ehtiyacı azaltsınlar. Bu şəkildə maliyyə təsərrüfat fəaliyyətlərini hardasa xarici şoklara qarşı dayanıqlığını artırsınlar və gəlir əmsalını da yüksəltsinlər. İndiki halda dövlətin də maarifləndirmə və təşviq işlərini öz üzərinə götürməklə hansısa formada prosesdə lokomativ rolunu oynaması zərurəti var.
Biznes qaydalara riayyət etməyi öyrənməlidir. Pandemiyanın ortaya qoyduğu çağırışlardan biri də budur. Biznes nə dərəcədə yeni sanitariya gigiyena tələblərinə uyğun fəaliyyət göstərir, o qədər də yoluxma hallarının sayı daha az olur. Bizdə biznesin və vətəndaşların davranışlarının, vərdişlərinin dəyişdirilməsins ehtiyac var. Karantin qaydalarına yumşalma olan kimi tibbi maskanı hamı atacaq. İsveçrə pandemiya dövründə çox ciddi sərt karantin tədbirləri qəbul etmədi. Bu ölkənin prezidenti bildirmişdi ki, bizdə qanunların, rəsmi qərarların verilməsinə ehtiyac yoxdur. Çünki vətəndaşlar tövsiyyələrə belə əməl edir. Ancaq bizdə bu yoxdur. Biznes yeni qaydalarla fəaliyyət göstərdiyi təqdirdə, qaydalara uyduğu təqdirdə daha az yoluxma olacaq. Bu da növbəti mərhələdə məhdudlaşdırma qərarlarının tətbiq edilməməsinə və karantin qaydalarının yumşalmasına gətirib çıxaracaq”.
“Azərbaycana məmur biznesi lazım deyil”
İqtisadçı-ekspertin fikrincə, pandemiya dövründə ən çox ziyan çəkən sahə turizm olub: “Azərbaycan hökumətinin də qiymətləndirilməsində turizm sektoru pandemiyadan ən ciddi təsirlənən sektordur. İqtisadiyyat Nazirliyi onu 100% təsirlənmiş seqmentlər sırasına daxil edib. Lakin hökumət turizm sektoruna daha çox dəstək verməli idi. Səyahətin təşkili sahəsinin və bələdçi sahəsinin 100% fəaliyyəti dayanıb. Pandemiyaya qədər Azərbaycanda səyahət və tur paketlərinin gəlirlərinin 88 %-i yalnız gəlmə turizmindən formalaşmışdı. Ölkədə getmə turizminə xidmətlər formalaşmayıb. Sərhədləri bağlamışıq. Belə olduğu təqdirdə isə onların sabit xərcləri var. Ən azı sabit vergi öhdəlikləri, kredit öhdəlikləri yerinə yetirilməlidir.
Bundan başqa, turizm şirkətləri müəyyən tur paketlər satmışdılar, həmin paketlərə görə geri ödənişlər edilməli idi, bu, bir zəncir idi, aldığı vəsaiti ötürmüşdü dəyər zəncirinin növbəti halqasına – yerləşdirmə xidmətinə, onu geri ala bilmirdi. Bu sahədə çox ciddi diferensial yanaşmanın ortaya qoyulmasına ehtiyac var. Bizdə sabit yanaşma ortaya qoyuldu. Turizm sektoruma edilən dəstəklə digər sahələrə edilən dəstək arasında fərq olmadı”.
Onun sözlərinə görə, hər bir böhranın yaratdığı fürsətlər var: “Bu fürsətlərə bizim investorlar daha geniş aspektdən baxmalıdır. Bizim invesitorlar bundan sonra taktiki deyil, starteji maraqlar üzərində öz fəaliyyətlərini qurmalıdırlar. Biznesin böyük əksəriyyəti məmurlara bağlı idi. Məmur da bu gün varsa, biznesi aktiv idi, yoxdursa biznesi məhv olurdu. Ona görə məmura bağlı olan şirkətlər strategiya qurmurdular. Bütün məsələlərə baxış dəyişməlidir, həm hökumətdə, həm də sahibkarlarda dəyişməlidir. Bizim həm xarici, həm də yerli investisiyaya ehtiyacımız var. Bizim təşəbbüskar sahibkara ehtiyacımız var. Məmurun yaratdığı passiv seqment subyektləri bizə lazım deyil”.
Xəbərin oxunma sayı : 379
İqtisadiyyat
Xəbərlər
-
Sosial sahəyə ayrılan vəsait artırılacaq? - AÇIQLAMA
-
“Həbsdə olmağımın səbəbini bilirəm” - Bəkir Orucovun məhkəməsi
-
Azərbaycanda 3 aya 51 milyon 36 min manatlıq narkotik ələ keçirib - HESABAT
-
NATO qoşunları Rusiya sərhədlərinə yaxınlaşır - Şoyqu
-
“COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək” - İlham Əliyev
-
Polisin “saxla“ əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO
-
Hansı ölkə uşaq böyütmək üçün daha əlverişlidir? – Azərbaycan son onluqdadır
-
Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə öldü - Araşdırma aparılır
-
“Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var” - Prezident
-
Əhalinin nəzərinə! Tibbi arayışlarla bağlı yenilik, mayın 1-dən...
-
Bakıda 21 yaşlı model faciəli şəkildə öldü - FOTO
-
“COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir” - İlham Əliyev
-
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlandı - FOTO/VİDEO
-
Baydenin siyasətinə etiraz etdi – İstefa verdi
-
Tikilməkdə olan Laçın aeroportundan son görüntülər - VİDEO
-
NİİM əhaliyə müraciət etdi - VİDEO
-
“Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək“ - “Cümü“yə 18 il həbs verildi
-
Hərbi gəmilər, kater və vertolyotlar Xəzərdə hərəkətə gətirildi: Möhtəşəm təlimlərdən FOTO/VİDEO
-
Xocavənddə partlayıcı vasitələr aşkar edilib: Saxlanılan var - FOTO
-
Qubada illərdir hökm sürən kanalizasiya problemi nə zaman həllini tapacaq? - VİDEO
-
Amerikalılar kütləvi şəkildə “iPhone” almaqdan imtina edirlər - SƏBƏB
-
Şəxs hansı halda orqanını başqasına verə bilər? - ARAŞDIRMA
-
Binəqədinin keçilməz yolları - VİDEO
-
Könül Kərimova estetik əməliyyat etdirib - FOTO
-
Xavi qərarını niyə dəyişdiyinin səbəbini dedi: “Üç dəqiqə söhbətləşdik və...“
-
Çörək və un məmulatlarına tələbatın azalması qiymətlərə təsir edəcək? - VİDEO
-
Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
-
Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR
-
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
-
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir - FOTO/VİDEO
-
NATO baş katibi qırıcı təyyarədə ikinci pilot oldu - FOTO
-
Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO
-
Lukaşenko nüvə başlığını qucaqladığını bildirib - VİDEO
-
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
-
Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 23 bəfər saxlanıldı
-
İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş
-
Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – Tam siyahı
-
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib - VİDEO
-
Keçmiş nazir müvininə 7 il iş kəsildi - 125 milyon mənimsəyib
-
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
-
Ətin qiyməti 25 manat olacaq? - AÇIQLAMA
-
Prezidentlər Ağdamda orta məktəbin təməlqoyma mərasimində - FOTOLAR
-
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
-
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO
-
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
-
Mənimsəmədə təqsirləndirilən vəkilin cinayət işinin bəzi detalları məlum olub - İTTİHAM AKTI
-
COP29 Azərbaycanın malik olduğu imkanlarıntəqdimatı olacaq
-
Xaricdən gətirilən kartof ölkə daxilində 2 dəfə baha satılır – Rəqəmlər
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
-
İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?
-
Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır - Zaxarova
-
“TikTok“la bağlı sorğu keçirilib - 74,9% məhdudiyyət tətbiqini istəyib
-
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
-
Xocalıda insan qalıqları aşkar edildi - FOTO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar - FOTOLAR
-
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
-
“Füzuli tam şəkildə yenidən qurulur” - Hikmət Hacıyev
-
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - FOTOLAR
-
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
-
Bakıda kişi qardaşını qətlə yetirib: “Hamımızın başına oyun açırdı”
-
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - FOTO
-
Deputatdan parlament seçkilərinin vaxtı ilə bağlı iddia
-
Bakının məşhur məktəbi təmirə bağlanır: Şagirdlər digər təhsil ocağına köçürülürlər
-
Avtomobili yay rejiminə necə keçirək? - AÇIQLAMA + VİDEO
-
Naxçıvanın yeni baş naziri vəzifəsindən azad olundu - Yerinə Cəlilov təyin edildi
-
“Zəngəzur dəhlizinin adını eşitdikcə sanki ağıllarını itirirlər...“ - “Bu, çox qəribədir“
-
Azərbaycandan dünyaya Yaşıl Baxış
-
Bakıda 6 istiqamət üzrə istirahət zonaları yaradılacaq - TƏFƏRRÜAT + VİDEO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - FOTOLAR
-
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
-
“Dövlət sərhədimizin 12 kilometri artıq delimitasiya olunmuş hesab edilir” - Prezident İlham Əliyev
-
Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi
-
Taliban İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradır: İşsizlərin siyahısı hazırlanır
-
Azərbaycanda balıq ovu qadağan edilir - Bu tarixdə
-
“NATO Polşada nüvə obyektləri yerləşdirərsə, hədəfimiz olacaq“ - Rusiya XİN
-
Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - ARAŞDIRMA + VİDEO
-
Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA
-
Bayden qanun imzaladı - Üç ölkəyə hərbi yardım haqqında
-
ADA Universitetində keçirilən forumdan mühüm məqamlar
-
İqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə
-
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
-
“Qarabağ“ - “Neftçi“ oyunundakı 5 qol - VİDEO
-
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
-
Keçmiş başçının hospitalından şikayət - Pasientlə “Rela Hospital“ arasında nə baş verib?
-
Bayden qanunu imzaladı - “TikTok” ABŞ-da qadağan ediləcək
-
Şuşada inşa olunan yeni yaşayış kompleksinin görüntüləri - VİDEO
-
Maşın bazarında durğunluğun səbəbi nədir? - VİDEO
-
Büdcəyə yenidən baxılacaq? - FOTO
-
Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi
-
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
-
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
-
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb - FOTO
-
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
-
“İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - Aysun İsmayılova
-
Sabah Rəfahda hərbi əməliyyat başlaya bilər - İsrail nəşrindən şok iddia
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
-
Sabah Binəqədidə qaz olmayacaq - Xəbərdarlıq
-
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə şad xəbər - VİDEO
-
Əfv Komissiyasının növbəti iclası keçirilib - Müraciətlərin sayı 300-ü keçib
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
TOP 10
ARXİV