“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Pandemiyada demokratiya: ölkələr necə bölünür?

Tarix 22.11.21, 22:32

Font ölçüsü : - / +
bitmap-img6


Mərkəzi qərargahı İsveçin paytaxtı Stokholmda yerləşən Beynəlxalq Demokratiya və Seçkiyə Dəstək İnstitutu pandemiya dövründə demokratiyanın vəziyyətinə dair hesabat açıqlayıb.

Novator.az saytı “Reuters” agentliyinə istinadla xəbər verir ki, hesabat 2020-ci ilin sonuna olan vəziyyəti əks etdirir.

Sənədə görə, avtoritarizmə meyillənən dövlətlərin sayı artıb, oturuşmuş demokratik sistemlərdə isə hüquq və azadlıqlar heç vaxt olmadığı qədər təhdid altına düşüb.

Bunun əsas səbəbləri sırasında siyasi meydanda yeni populist cərəyanların baş qaldırması, koronavirus pandemiyasına görə tətbiq olunan məhdudiyyətlərdən tənqidçilərin susdurulması məqsədilə istifadə edilməsi, daha çox ölkənin antidemokratik dövlətlərdəki davranış tərzini mənimsəməsi və cəmiyyəti dezinformasiyalarla parçalamağa çalışması amilləri göstərilir.

Hesabat müəlliflərinin fikrincə, demokratik aşınmalara məruz qalan ölkələrin sayı çoxalıb. Bu baxımdan prezidentləri seçkiləri şübhə altına alan ABŞ və Braziliyanın, hökumət tənqidçilərinin təqiblərlə üzləşdiyi Hindistanın da istisna olmadığı vurğulanır.

Avropa ölkələrindən Macarıstan, Polşa, Sloveniya və Serbiyada, Avropa ilə Asiyanın kəsişməsində yerləşən Türkiyədə demokratik geriləmələrin xüsusi nəzərə çarpdığı bildirilir.

Hesabatda deyilir ki, faktiki olaraq hazırda dünya əhalisinin 70 faizi qeyri-demokratik və ya da demokratiyası geriləmiş ölkələrdə yaşayır.

Beynəlxalq Demokratiya və Seçkiyə Dəstək İnstitutunun ekspertləri hesab edirlər ki, koronavirus pandemiyası hökumətləri avtoritarizmə həvəsləndirib, halbuki Çinin rəsmi təbliğatının əksinə olaraq avtoritar rejimlərin pandemiyaya qarşı demokratik sistemlərdən daha yaxşı mübarizə apardığına dair bir sübut yoxdur.

Pandemiyadan fərqli düşünən insanları susdurmaq üçün əlavə repressiv alət kimi daha çox Belarus, Kuba, Myanma, Nikaraqua və Venesuelada istifadə olunduğu deyilir.

Hesabatda Azərbaycan, İran, Qazaxıstan, Tacikistan, Türkmənistan, Özbəkistanın adları avtoritar rejimlər, Türkiyə, Rusiya, Qırğızıstanın adları hibrid rejimlər sırasında göstərilir.

Gürcüstan, Ukrayna, Estoniya, Latviya, Litva, Moldovada demokratiyanın orta səviyyədə, Ermənistanda zəif olduğu qeyd edilir.



Xəbərin oxunma sayı : 430




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap