Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Pandemiyanın yaratdığı kirayəçilər problemi necə həll olunmalıdır? - Qanun və reallıq

Tarix 27.05.20, 13:15

Font ölçüsü : - / +
bitmap-img6


"Evlərini kirayə verənlər indiki halda yaranmış sosial problemin ağırlığının dövlətin üzərinə düşməməsi üçüm müəyyən güzəştə getməlidirlər”.

Bunu Qaynarinfo-ya açıqlamasında əmlak üzrə ekspert Ramil Osmanlı "kirayəçilər aylardır yığışan kirayə haqqını karantindən sonra necə ödənməlidir və ümumiyyətlə, ev sahibi ilə kirayəçi arasında problem necə həll olunmalıdır” sualını cavablandırarkən deyib. 

Onun sözlərinə görə, kirayəni rəsmiləşdirməyən, müqaviləsi olmayan tərəflər arasında yaranmış bu cür problemlərin həllində kirayə verən güşəstə getməlidir: 


"İllərdir ki, insanlar kirayə haqqı verir və hökümət bu cür problemlərə göz yumur. Fakitiki olaraq, hökümət qeyi-rəsmi kirayə münasibətlərinə göz yumur. Kirayə verən tərəf 14%-lik gəlir vergisi ödəməlidir. Həmin adamlar faktiki olaraq, vergilərdən azad olunub. İllərdir ki, onların ödəmədiyi 14%-ləri hesablasaq, hökümətin kifayət qədər güzəştə getdiyini görərik. Qeyri-rəsmi kirayə münasibətlərindən yaranmış bu cür problemlərdə mülkiyyətçi güzəştə getməlidir. Çünki qarşı tərəf forsmajor vəziyyətdən bu pulu ödəyə bilmir. Ya iş yerini itirib, ya hərəkət məhdudlaşıb, yəni bu səbəblərin birindən ev sahibinin pulunu ödəyə bilmir. Fikrimcə, mülkiyyətçi qarşı tərəfə güzəştə getməyə məcburdur. İstəlinən halda Azərbaycan olmur, hara olur-olsun, indiki halda mülkiyyətçi ona qarşı hüquqi baxımdan heç bir addım ata bilməyəcək. Çünki kirayə münasibətləri rəsmiləşdirilməyib. Yəni, onu məhkəməyə verə bilməz, onun barəsində hər hansı formada inzibati və yaxud mülkü qaydada iddia qaldıra bilməz. Belə problemləri qarşılıqlı razılaşma yolu ilə həll etmək mümkündür. Əgər qarşı tərəfin müəyyən imkanları varsa, dəymiş zərərin heç olmasa bir hissəsini ödəsin. Yox, bunu da ödəyə bilmirsə, istəlinən halda əsas yük mülkiyətçinin üzərinə düşür. Dövlət onlara illərdir göz yumub, faktiki olaraq, sahibkarlıq fəaliyyəti ilə məşğuldurlar. Heç bir vergi ödəməyiblər. Məhz bu səbəbdən də indiki halda yaranmış sosial problemin ağırlığının dövlətin üzərinə düşməməsi üçüm müəyyən güzəştə getməlidirlər”.

Hüquq müdafiəçisi Səməd Vəkilov isə qeyd edib ki, bu məsələni hüquqi baxımdan tənzimləmək çətin məsələdir: 


"Belə ki, kirayə götürən də, kirayə verən də fərdi mülki münasibətlərdədir. Müqavilə münasibətləri isə qanuna görə azaddır. Müqavilə azadlığı normasına görə bu münasibətlərə yalnız tövsiyə edilə bilər. Amma məcburi göstəriş vermək müqavilə azadlığı hüququnun pozulması kimi dəyərləndirilə bilər. Əgər bu subyektlər arasında dövlətlə bağlı olan subyekt varsa, artıq bu münasibətlərə dövlətin pandemiya ilə bağlı yürütdüyü siyasət və tövsiyələr keçərlidir”.






Xəbərin oxunma sayı : 415




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap