Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Paris Sülh Forumu öz işinə başlayıb – Azərbaycanı Elmar Məmmədyarov təmsil edir

Tarix 11.11.18, 22:18

Font ölçüsü : - / +
bitmap-img6


Noyabrın 11-də Birinci Dünya müharibəsinin başa çatmasının 100 illiyi münasibətilə Zəfər Tağının yerləşdiyi meydanda təntənəli mərasimdə iştirak edən 70 dövlət və hökumət rəhbərləri, o cümlədən Rusiya Prezidenti Vladimir Putin, Almaniya Kansleri Angela Merkel, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan günortadan sonra Paris Sülh Forumuna gəliblər.

Ölkəmiz tədbirdə xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.

AZƏRTAC xəbər verir ki, tədbiri Fransa Prezidenti Emmanuel Makron açaraq bildirib ki, bugünkü dünya çox kövrəkdir və məqsədi çoxtərəfliliyi müdafiə etmək olan forum sülhün daha da tərəqqi etməsi üçün hər il keçiriləcək.

Almaniya Kansleri Angela Merkel çıxışında Şarl de Qolun “1918-ci ildə Almaniya məğlub oldu, biz hamımız uduzduq” sözlərini xatırladaraq unilateralizmin və nasionalizmin dağıdıcı nəticələrini vurğulayıb.

BMT Baş katibi Antonio Quterreşin çıxışı ilə forum öz işini davam etdirib.

Paris Sülh Forumu sadə ideyaya əsaslanan illik tədbirdir və beynəlxalq problemlərin həlli platforması kimi çıxış edir. Burada dünyanın müxtəlif ölkələrindən 850 müraciət üzrə sülh və təhlükəsizlik, ətraf mühit, inkişaf, yeni texnologiyalar və inklüziv iqtisadiyyat kimi beş istiqamətdə 120 təşəbbüs və layihə ətrafında müzakirələr aparılacaq. Forum bu tip layihələrə dəstək və potensial tərəfdaşlarla qarşılıqlı fəaliyyət təklif edir. Təqdimatlardan seçilən 10 layihəyə 2019-cu ilin noyabrında keçiriləcək ikinci forumadək xüsusi dəstək veriləcək.



Xəbərin oxunma sayı : 181




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap