“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

PD&MS şirkətində azərbaycanlılarla qul kimi davranırlar: “Rəhbərlərin heç ali təhsili də yoxdur”

Tarix 14.11.19, 19:57

Font ölçüsü : - / +
bitmap-img6


Rusiyanın “Lukoil” şirkətinin Özbəkistan ofisinin vəzifəli şəxsi özbək fəhlələri “qoyun sürüsü” adlandırıb və onlardan “öz qışlaqlarına getməyi” tələb edib. 

İnsident Qaşqadərya vilayətindəki “Carkuduk” qaz kompleksində baş verib. 

Qeyd edək ki, Azərbaycanda da əvvəllər neft sektorunda işləyən xarici şirkətlərin yerli fəhlələri təhqir etməsi, onlarla kobud davranması hallarına rast gəlinib. Hətta bununla bağlı məhkəmə çəkişmələri də baş verib. 

Bu durum indi də davam edirmi? 

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı Cebhe.info-ya açıqlamasında deyib ki, Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərdə çalışan azərbaycanlılara qarşı hələ də diskriminasiya var: 

“Bəzi xarici şirkətlər hələ Azərbaycana ayaq basanda, onlarda ölkəmiz haqda qəribə təsəvvür yaranmışdı. Düşünürdülər ki, müharibə şəraitidir, ağır durumdur və fəhlələr olduqca kütdür. Elə o səbəbdən də davranış və hərəkətlərində belə hallara  yol verirdilər. Çox təəssüflər olsun ki, o vaxt Azərbaycanda fəaliyyət göstərən qeyri-hokumət təşkilatları, Həmkarlar İttifaqı bu məsələyə biganə yanaşırdılar. Bu və ya digər xarici şirkəti tənqid edəndə, onlar elə bilirdilər ki, bu, dövlətçilik əleyhinədir. Yalnız bizim təşkilat müəyyən addımlar atırdı. Çox insanlarda anlayış yox idi ki, dövlətin qanunları var və bu qanunlar çərçivəsində öz haqlarını tələb edə bilərlər. Əmək Məcəlləsinin 5-ci bəndində göstərilir ki, ölkəmizdə fəaliyyət göstərən bütün şirkətlər, fiziki şəxslərin hamısı qanunlarımıza riayət etməlidir. Onlarla bağlanan müqavilələrdə başqa hal göstərilməyib. Sadəcə, biznes sahəsində hansısa fərq ola bilər”. 

QHT sədri qeyd edib ki, Azərbaycan fəhlələrinə qarşı bu tip hal və şikayətlərlə qarşılaşdıqları zaman məsələni nəzarətə götürür, məhkəmələrə müraciət edirlər: 

“Son vaxtlar belə hallar bir qədər azalıb. Amma bu yaxınlarda da bir şirkətdən şikayət daxil olub. Söhbət BP tərəfdaşı PD&MS şirkətindən gedir. SOCAR-ın milliləşmə siyasəti var, amma xarici şirkətlər buna qətiyyən əməl etmir, şirkətə gətirilən əcnəbilərin əksəriyyətinin ali təhsili yoxdur. Məlum olduğu kimi, hər hansı bir peşə üzrə ölkədə yerli mütəxəssis olmadığı halda əcnəbi mütəxəssis ölkəyə dəvət olunmalıdır, amma bu qaydaya da riayət olunmur. Ən pisi odur ki, əcnəbilər yerli işçilərlə qul kimi davranırlar. İstədikləri işçiləri səbəbsiz yerə  işdən çıxarırlar. Bütün menecment əcnəbilərdir. Şirkət ölkəyə 2014-cü ildə gəlib, BP-nin platformalarında qazma hissəsində mühəndis, təmir, dizayn işləri görür.

Yəni belə hallara təsadüf olunur, diskriminasiya var. Hətta davam edəcək. Hazırda bu məsələdə ictimai nəzarət çox zəifdir. Həmkarlar Təşkilatının adı var, özü yoxdur. Düzdür, bu hallar əvvəlki kimi kütləvilik daşımasa da, belə faktıların mövcudluğu üzə çıxır. Sadəcə, işçilər tiraz etmir, qorxurlar”. 



Xəbərin oxunma sayı : 613




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap