Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Poroşenko: “Ukrayna Dağlıq Qarabağdakı separatçı rejimi heç vaxt tanımayacaq”

Tarix 19.01.17, 3:09

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanın Ukraynaya yatırdığı investisiyaların həcmi 200 milyon dollara çatıb. Bunu Davosda Dünya İqtisadi Forumu çərçivəsində ukraynalı həmkarı Pyotr Poroşenko ilə görüşdə Azərbaycan prezidenti İlham Əliyev deyib.

"Bu gün Azərbaycanın Ukraynaya yatırdığı investisiyaların həcmi 200 milyon dollara çatıb", - deyə dövlət başçısı bildirib.

İki ölkə lideri söhbət zamanı Ukrayna iqtisadiyyatına yatırılan bu investisiyaların həcminin artırılması üzrə layihələri də müzakirə ediblər.

Ukrayna prezidenti Azərbaycan neftinin Ukraynaya tədarükünün bərpa olunması münasibəti ilə İlham Əliyevi təbrik edib.

Bununla yanaşı Poroşenko Azərbaycan prezidentini ölkəsinə səfərə dəvət edib.

Ukrayna Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ regionunda yaradılan separatçı rejimi heç vaxt tanımayacaq. Bunu isə Davosda Dünya İqtisadi Forumu çərçivəsində azərbaycanlı həmkarı İlham Əliyev ilə görüşdə Ukrayna prezidenti Pyotr Poroşenko deyib.

"Mən dəqiq vurğulamaq istəyirəm ki, Ukrayna Dağlıq Qarabağın sənədlərinin müvafiq sertifikatlaşdırılmasını qəbul etmir və etməyəcək və biz Azərbaycanın Krım ilə bağlı tutduğu analoji mövqeyi alqışlayırıq", - deyə o bildirib. 



Xəbərin oxunma sayı : 58




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap