Kərəm Həsənovun işçisinin Neftçalada rüşvət bazarı Arda ilə Aslıhanın barışması belə üzə çıxdı - Foto General Mədət Quliyevin portret cizgiləri – Baxış Ərdoğan ordunu döyüş vəziyyətinə gətirdi - Əmr
Axtar
 
  • / Sosial / — 23 May 2017

    Kərəm Həsənovun işçisinin Neftçalada rüşvət bazarı

  • / Maqazin / — 21 May 2017

    Arda ilə Aslıhanın barışması belə üzə çıxdı - Foto

  • / / — 19 May 2017

    General Mədət Quliyevin portret cizgiləri – Baxış

  • / Dünya / — 19 May 2017

    Ərdoğan ordunu döyüş vəziyyətinə gətirdi - Əmr

  • / Maqazin / — 18 May 2017

    Emin Ağalarov kinoda debüt edəcək

  • / Maqazin / — 16 May 2017

    Əmrahın bu fotosuna oğlu etiraz etdi

Prezident şərab zavodlarını yoxlamaq tapşırığı verdi:“Necə ola bilər ki...”

Tarix 11.01.17, 10:50

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan prezidenti İlham Əliyev ötən gün Nazirlər Kabinetini iclasındakı yekun nitqində şərabçılıq sahəsindəki vəziyyətə və ölkədən şərab idxalının çox cüzi səviyyədə olmasına da toxunub.

Virtualaz.org xəbər verir ki, prezident Azərbaycanda il ərzində cəmi 20 milyon butulka şərab istehsal oldunduğunu deyib. “İxrac isə çox azdır”-İlham Əliyev vurğulayıb.

“Bizim sahibkarlar şərab ixracından cəmi 2-3 milyon dollar pul əldə edirlər. Ona görə, Azərbaycan şərabını dünya bazarlarına çıxarmaq üçün çox ciddi addımlar atılıb. Biz bir neçə beynəlxalq sərgidə iştirak etmişik, kontraktlar bağlanıbdır. Dost, tərəfdaş ölkələrlə biz birbaşa bu danışıqları aparırıq ki, onlar öz bazarlarında bizim şərabımız üçün kvota ayırsınlar, biz öz şərabımızı ixrac edə bilək. Sahibkarlar da burada daha da fəal olmalıdırlar, onların marağındadır”-prezident çıxışında deyib.

İlham Əliyev əlavə edib ki, şərabçılıqla bağlı vəziyyət ciddi təhlil edilməlidir. Və bunu həm iqtisadi strukturlar, həm hüquq-mühafizə, həm vergi orqanları həyata keçirməlidir.

Sitat: “Çünki burada çox qəribə bir mənzərə üzə çıxır. Bizim mövcud şərab zavodlarımızın illik istehsal gücü 100 milyon butulkadır. Bu zavodların böyük əksəriyyəti son illər ərzində tikilib, oraya böyük vəsait də qoyulub və müasir avadanlıq quraşdırılıb. Necə ola bilər ki, 100 milyon butulka istehsal gücü olan zavodlarda cəmi 20 milyon butulka şərab istehsal olunur. Ya bu pulu qoyan sahibkar pulunun qədrini bilmir, ya da ki, orada istehsal daha da böyükdür, o qeydiyyata düşmür. Necə deyərlər, orada qanunsuz istehsal baş verir. Ona görə, bu məsələ ciddi araşdırılmalıdır və qeyd etdiyim kimi, bütün müvafiq qurumlar mənə arayış hazırlasınlar və bu sahədə də qayda-qanun yaradılmalıdır.”

Prezident qeyd edib ki, şərabçılıq böyük gəlir gətirə biləcək sahədir. Onun sözlərinə görə, Vaxtilə Ulu Öndərin dövründə, 1970-ci illərdə 2 milyon ton üzüm yığılırdı. Kəndlilər böyük vəsait əldə etmişdilər. “Əfsuslar olsun ki, sonra həm sovet rəhbərliyi, həm də ki, sovet rəhbərliyinin xoşuna gəlmək istəyən yerli rəhbərlər üzüm bağlarının bir hissəsini qırmışlar. Ancaq biz indi bərpa edirik. Bərpa edərkən biz gərək bütün zənciri nəzərə alaq, yoxsa üzüm bağlarını salacağıq, sonra hara satacağıq, harada emal olunacaq, harada satılacaq? Bax, bu vahid kompleks tədbirlər görülməlidir və burada aydınlıq olmalıdır”-İlham Əliyev şərabçılıq barədə fikirlərini belə yekunlaşdırıb.



Xəbərin oxunma sayı : 232

loading...

İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqıımızda