Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Prezident İlham Əliyev dünya mediası üçün maraqlı müsahibdir

Tarix 02.03.21, 21:01

Font ölçüsü : - / +
bitmap-img6


Prezident İlham Əliyev yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında ən vacib məqamlara toxundu. Dövlət başçımıza ünvanlanan suallardan da aydın olurdu ki, bir çox qlobal məsələlərlə bağlı Azərbaycanın mövqeyini dinləmək,ölkəmizin bu proseslərə münasibətini öyrənmək istəyən auditoriyanın sıraları genişlənib. Çünki regionda faktiki yeni reallıq yaranıb. Bu mənada dünya mediasının əsas diqqətini Azərbaycanın böyük qələbəsinə, regionda yaranan yeni reallıqlara yönəltməsi təsadüfi deyildir. 

Biz dünya mediasının Azərbaycana olan marağının 44 günlük Vətən Müharibəsi dövründə də şahidi olmuşduq. “Səslənən suallar, media mənsublarının təəssüratları və 4 dildə müsahibə verən yeganə dövlət başçısı göstərirdi ki, Prezident İlham Əliyev jurnalistlər tərəfindən maraqlı müsahib kimi qəbul olunur”.

Mətbuat konfransının Xocalı soyqırımının 29-cu ildönümündə keçirilməsi də mühüm əhəmiyyət kəsb edirdi: “20-ci əsrin ən qanlı cinayəti barədə təfərrüatlar birbaşa Azərbaycan Prezidentinin dilindən
dünyaya bəyan olundu. Ali Baş Komandan da qeyd etdi ki, Xocalı soyqırımı törədiləndə dünya susmuşdu. Ermənistan öz təbliğatını işə salmışdı, Azərbaycan tərəfi isə tamamilə aciz durumda idi.
Çünki bizim o vaxt dövlətçilik əsaslarımız yox idi. Eyni zamanda təbii ki, dünya Azərbaycanı eşitmək istəmirdi. Amma bu gün söz sahibi Azərbaycandır. Bu gün dünyanın nüfuzlu KİV-ləri bölgədə baş verən
hadisələrin şərhini Azərbaycan Prezidentindən almağa çalışır, regionda baş verən proseslərlə bağlı real vəziyyətə dair informasiyanı Azərbaycandan əldə edir. Azərbaycan bütün mənalarda bölgədə dominantdır. Öz iradəsi hesabına regionda “status-kvo”nu dəyişən, öz ərazi bütövlüyünü bərpa edən, bölgədə sözün əsl mənasında lokomativ hesab olunan güc mərkəzinə çevrilib”.

“Prezident İlham Əliyevin də söylədiyi kimi, uzun illər lazım oldu ki, biz dünyanın fikrinidəyişdirə, həqiqətləri təqdim edə bilək. Bu gün dünya Xocalıya ədalət tələb edir. Azərbaycanın 30 ildən sonra işğala son qoyduğu etiraf olunur. Azərbaycanın ərazi bütövlüyünün bərpasının bölgədə dayanıqlı sülhün təmin olunması üçün əsas faktor kimi dəyərləndirilir. Halbuki illər əvvəl biz haqlı ikən haqsız duruma düşmüşdük. Amma artıq situasiya fərqlidir. Bu illər ərzində həyata keçirilən uğurlu siyasət,
effektiv hücum diplomatiyası bütün cəbhələrdə vəziyyəti Azərbaycanın xeyrinə dəyişib. Biz bundan sonra da mövqelərimizin daha da möhkəmlənməsi istiqamətində çalışmalıyıq”.



Xəbərin oxunma sayı : 304




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap