Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Prezident rəsmi İrəvanla razılaşmalardan danışdı - “Bu barədə razılığa gəlmişik“

Tarix 14.12.21, 20:06

Font ölçüsü : - / +
bitmap-img6


“Hazırkı mərhələdə Ermənistan ərazisindən keçməklə Azərbaycanın digər ərazilərindən Naxçıvan Muxtar Respublikasına dəmir yolu xəttinin, eləcə də avtomagistralın tikintisi barədə razılığa gəlmişik”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

“Lakin avtomobil yolunun marşrutu hələlik müəyyənləşdirilməyib. Bu, gələcək müzakirə mövzusudur. Biz bunu mütləq bu axşam Şarl Mişellə üçtərəfli görüşdə müzakirə edəcəyik”, - dövlət başçısı vurğulayıb.

Azərbaycan Prezidenti  daha sonra bildirib: “Regional nəqliyyat xətlərinin açılması bölgəmiz üçün çox vacibdir. Zəngəzur dəhlizi Naxçıvan Muxtar Respublikasına çıxışla yanaşı, həmçinin Ermənistanın dəmir yolu xətləri ilə İranla birləşməsi üçün fürsətdir. Bu həm də Ermənistanın Azərbaycan üzərindən Rusiya ilə də əlaqəsini yaradır”.

“Ermənistanda bu dəmir yolu xətləri yoxdur. Bu, həqiqətən də regionda müsbət mühit formalaşdıracaq”, - dövlət başçısı əlavə edib.

Qeyd edək ki, bu gün Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli görüş planlaşdırılır.



Xəbərin oxunma sayı : 1243




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap