![]() |
|














Prezident SOCAR-la bağlı FƏRMAN imzaladı:7 nəfərdən ibarət Müşahidə Şurası yaradıldı- Daha nələr olacaq?
Tarix 23.01.21, 16:07 |
|

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında fərman imzalayıb.
AzFakt.com xəbər verir ki, fərmana əsasən, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti yarandığı dövrdən böyük inkişaf yolu keçərək ölkənin sosial-iqtisadi tərəqqisində mühüm rol oynayıb.
Fərmanda daha sonra deyilir:
Ümummilli lider Heydər Əliyevin qətiyyətli siyasəti nəticəsində 1994-cü ildən başlayaraq həyata keçirilən uğurlu neft strategiyası Azərbaycan Respublikasının beynəlxalq iqtisadiyyata inteqrasiyasında və ölkəyə xarici investisiyaların cəlb edilməsində müstəsna rol oynamaqla yanaşı, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəaliyyətində mühüm dəyişikliklərlə müşayiət olunmuşdur. Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən karbohidrogen yataqlarının işlənilməsinə dair dünyanın qabaqcıl neft şirkətləri ilə bağlanılmış “Əsrin müqaviləsi” respublikanın neft-qaz sənayesinin inkişafında yeni mərhələ olmuşdur. Hazırda Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti neft-qaz hasilatı, nəqli və emalı ilə məşğul olan müəssisədən transmilli şirkətə çevrilərək, iştirakçısı olduğu beynəlxalq layihələrdə Azərbaycan Respublikasını uğurla təmsil edir, ölkənin iqtisadi potensialının güclənməsinə, sosial-iqtisadi tərəqqisinə, eləcə də milli maraqlarımızın həyata keçirilməsinə mühüm töhfə verir.
Qlobal iqtisadiyyatda, o cümlədən xarici neft bazarında baş verən prosesləri və qeyri-müəyyənlikləri nəzərə alaraq, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin korporativ idarəetmə sisteminin və biznes modelinin təkmilləşdirilməsi yolu ilə onun beynəlxalq mühitdə rəqabətədavamlılığı, orta və uzunmüddətli perspektivdə maliyyə dayanıqlığı, idarəetmənin, habelə sərmayələrin effektivliyinin və aktivlərinin dəyərinin əhəmiyyətli dərəcədə artırılması əsas çağırışa çevrilmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, qabaqcıl təcrübə və müasir idarəetmə tələbləri çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəaliyyətində səmərəliliyi artırmaq, onun idarə edilməsini müasir korporativ idarəetmə standartları nəzərə alınmaqla təkmilləşdirmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (bundan sonra – SOCAR) fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün SOCAR-ın Müşahidə Şurası (bundan sonra – Müşahidə Şurası) yaradılsın.
2. Müəyyən edilsin ki, Müşahidə Şurası Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədr də daxil olmaqla 7 (yeddi) üzvdən ibarətdir.
3. SOCAR-ın ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
3.1. Azərbaycan Respublikasının Prezidentinə:
3.1.1. SOCAR-ın yenidən təşkili və ləğvi;
3.1.2. SOCAR-ın Müşahidə Şurasının və icra orqanının üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
3.2. Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan İnvestisiya Holdinqinə:
3.2.1. SOCAR-ın nizamnaməsinin və strukturunun təsdiq edilməsi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;
3.2.2. SOCAR-ın illik hesabatlarının, maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi;
3.2.3. SOCAR-ın dividend siyasətinin təsdiq edilməsi;
3.2.4. SOCAR-ın qiymətli kağızlarının buraxılması barədə qərar qəbul edilməsi;
3.2.5. SOCAR-ın xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri SOCAR-ın aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi.
4. Müəyyən edilsin ki, SOCAR-ın Müşahidə Şurasının səlahiyyətləri aşağıdakılardır:
4.1. SOCAR-ın uzunmüddətli inkişaf strategiyasını təsdiq etmək;
4.2. SOCAR-ın xərclər və gəlirlər smetasını təsdiq etmək və onun icrasına nəzarəti həyata keçirmək;
4.3. SOCAR-ın xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri SOCAR-ın aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması ilə bağlı ümumi yığıncağa təkliflər vermək;
4.4. aidiyyəti şəxslərlə bağlanması nəzərdə tutulan və dəyəri SOCAR-ın aktivlərinin 5 (beş) faizinədək hissəsini təşkil edən əqdləri təsdiq etmək;
4.5. mövcud normativ hüquqi aktların tələbləri nəzərə alınmaqla SOCAR-ın aktivlərinin idarəetməyə verilməsi və özəlləşdirilməsi ilə bağlı əqdlərin bağlanmasına razılıq vermək;
4.6. fəaliyyətinin ayrı-ayrı sahələri üzrə siyasəti, daxili qaydaları, habelə filial və nümayəndəliklərinin əsasnamələrini təsdiq etmək;
4.7. SOCAR-ın korporativ strukturunun və ştat cədvəlinin təsdiq edilməsinə razılıq vermək;
4.8. SOCAR-ın Audit Komitəsini və digər komitələrini yaratmaq, onların əsasnamələrini təsdiq etmək, rəhbərlərini və üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək;
4.9. bu Fərmanın 3-cü hissəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, SOCAR-ın nizamnaməsi və Azərbaycan Respublikasının bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktları ilə Müşahidə Şurasının səlahiyyətlərinə aid edilmiş digər məsələləri həll etmək.
5. Azərbaycan İnvestisiya Holdinqi:
5.1. SOCAR-ın idarə olunmasına dair korporativ idarəetmə standartlarını, habelə SOCAR-ın idarəetmə orqanlarının üzvlərinin fəaliyyətinin qiymətləndirilməsi sistemini altı ay müddətində təsdiq etsin;
5.2. beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, SOCAR-ın mövcud müqavilə öhdəliklərinə riayət olunması şərtilə onun hüquq, maliyyə, vergi və kommersiya sahələrində fəaliyyətinin nəticələrinin diaqnostikasının aparılmasını altı ay müddətində təmin edib nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
5.3. bu Fərmanın 5.2-ci bəndində nəzərdə tutulan diaqnostika başa çatdıqdan sonra onun nəticəsindən asılı olaraq SOCAR-ın yeni nizamnaməsinin və strukturunun layihəsini iki ay müddətində hazırlayıb razılaşdırılmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
5.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
6. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
6.1. SOCAR-ın Müşahidə Şurasının yaradılması ilə əlaqədar onun nizamnaməsinin 4-cü və 5-ci hissələrinin bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini 15 (on beş) gün müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
6.2. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
6.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
6.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
6.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
Xəbərin oxunma sayı : 358
loading...
Sosial
Xəbərlər
-
Vətən müharibəsində şəhid olmuş 2881 hərbçi dəfn olunub - SİYAHI
-
İki gündə 5 ünvanda 5 şirkət yaradan Rzaquliyev kimdir: Narkoman, yoxsa iş adamı?
-
YAP-ın indiki tərkibində kimlər var? - SİYAHI
-
“Erməni kilsəsi Avropada yalan təbliğat aparır, öz xalqını müharibəyə sövq edir“ - Allahşükür Paşazadə
-
Hərbi qulluqçuların vəzifə maaşlarına müddətli əlavələr müəyyən edildi - RƏSMİ
-
Baydendən Qorbaçova təbrik mesajı:“Azadlığa sadiq olmağınız, on illərdir vacib, çətin, lazımi və...“
-
“Azərpoçt”un baş direktoru vəzifədən çıxarıldı – Rabitə sektorunda daha bir dəyişiklik
-
Deputatla keçmiş rəqibi arasında qalmaqal: “Əlimdə faktlar var...“
-
“Əli Həsənovun heç vaxt bizə münasibəti müsbət olmayıb“ - Azay Quliyevdən ilginc açıqlamalar
-
Nəsimi RİH başçısının əməlləri Türkiyə mətbuatında - Nələrdə ittiham olunur? - FOTO
-
Ermənistan prezidenti müxalifət lideri ilə görüşüb – Nələr müzakirə olunub?
-
Əhməd Vəliyevin “imperiya“sı çökür: “Muğan Bank“ iflas ərəfəsində
-
Səmranın yeni görüntüləri gündəm yaratdı - FOTO
-
“Vergi daxilolmaları proqnozlara nisbətən 118,7% icra olunub“ - Mikayıl Cabbarov
-
Bələdiyyə sədri ittihamları qəbul etmir: Saxta arayışlarda imzam olmayıb
-
Əfqan Nağıyevin qardaşına yenidən cinayət işi açıldı
-
BBC Laçından reportaj yaydı:“Erməni hərbçilərin meyitləri çaqqallara yem olmasın deyə...“
-
Masazırda məktəb inşa edən şirkət sakinlərə problem yaradır - ŞİKAYƏT
-
Bakıda narkotacir tutuldu – VİDEO
-
Sabah Bakıda güclü külək əsəcək - Xəbərdarlıq
-
Baş nazir müxalifətin tələbinə cavab verdi:“Bu, “qırmızı xətt”dir, müzakirə olunmayacaq”
-
Ziya Məmmədovun Ucardakı obyektləri açıqlandı – Ticarət mərkəzi, mağazalar, fermalar... + FOTOLAR
-
Ordu rəhbərliyi Paşinyana görə iki yerə bölünüb – Bəzi generallar istefa tələbinə qoşulmayıb
-
Bağça, məktəb və universitetlər yenidən bağlanacaq? – Nazirlik sözçüsündən növbəti açıqlama
-
YAP-ın deputatları qurultaydan xəbərsizdir - “Konfranslar keçirilməyib, pandemiyadır...“
-
Fazil Mustafa Operativ Qərargahı sərt tənqid etdi:“Vətəndaşın işini “necə çətinləşdirim“ deyə, ürəyi istədiyi addımı atır“
-
DYP-dən sürücülərə daha bir – Xəbərdarlıq
-
Təhsil Nazirliyindən 8 Mart bayramı ilə bağlı xəbərdarlıq:“Xoşagəlməz hallara qarşı birgə mübarizə aparmalıyıq“
-
Bu şagirdlər üçün buraxılış imtahanı keçiriləcək – DİM-dən açıqlama
-
Xocavənddən yeni görüntülər yayıldı – VİDEO
-
Gürcüstanda gərginlik artır – Müxaliflərlə polislər arasında toqquşma olub
-
YAP növbədənkənar qurultay keçirəcək – Bu tarixdə
-
Ərdoğan Fransa prezidenti ilə danışıqlar aparacaq – Bu gün
-
Məhkəmələrin 95 faiz qərarları dəyişdirilmədən saxlanılıb – Məhkəmə Hüquq Şurası
-
Futbol tarixinin bombardirləri:Maradona siyahıya düşmədi
-
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb – Qiymət
-
TOPAZ-a rəqib gəldi - RƏSMİ
-
“Avropa İttifaqın Rusiyaya tətbiq etdiyi sanksiyalara cavab veriləcək” - Aleksandr Qruşko
-
Həlak olmuş və yaralanmış hərbçilərə görə 40 milyon manatdan çox ödəniş edilib - “Azərsığorta“
-
Mikayıl Cabbarovdan BMT və Azərbaycan arasında imzalanmış əməkdaşlıq sənədi barəsində AÇIQLAMA
-
“Gəlin, 100-cü ilimizə yeni konstitusiya ilə daxil olaq” - Ərdoğan
-
Mərkəzi Bank adi bir proqram təminatına milyonlar ödəyib - Büdcə belə talanır
-
REAL partiyası MSK-ya müraciət edib - DSK-larda təmsil olunmaq üçün
-
“Səyahət etmək istəyənlər öncədən vaksin vurdursunlar”- Samir Dübəndi
-
Bakıda 22 yaşlı oğlan qətlə yetirilib - Cinayət işi başlanıb
-
Paşinyan erməni xalqından ÜZR İSTƏDİ
-
2010-cu ilə qədər bu universitetə qəbul olanların diplomu tanınmır - RƏSMİ
-
“Ermənilər yeni terror təşkilatı yaradıb...” - “İntensiv təlim keçirlər...”
-
Birinci siniflərə sənəd qəbulu ilə bağlı hazırlıq işləri görülür – Təhsil Nazirliyi
-
Paşinyan xalqla yürüş edib - VİDEO
-
İcra başçısının həbsdəki bacısı oğlu etiraz etdi, hakim isə... - Qalmaqallı proses davam edir
-
“Elşaddan sonra məhv oldum“ - Ayrılığın səbəbini açıqladı
-
15 yaşlı qızı evlənmək adı ilə Novxanıdakı evinə apardı, dəfələrlə əlaqəyə girdi - ŞOK TƏFƏRRÜAT
-
3 300-dən artıq məhkumun cəza müddəti azaldılıb – Məhkəmə-Hüquq Şurası
-
“Aqrolizinq”ə dəymiş 2 milyonluq maddi ziyan ödətdirilib – Baş Prokurorluq
-
Rektor nazirliyin komissiyasını universitetdən qovub? - “Qardaşının Aparat rəhbəri olması ona “yaşıl işıq“ yandırıb“
-
Səlim Müslümov əlillərin sayını necə artırıb? – Dövlətə milyonlarla ziyan vuran maxinasiyanın izi ilə...
-
Pedoqoji Universitet Əli Həsənovun şirkəti ilə müqavilə bağladı - FOTO
-
YAP-ın aylıq gəliri - 1 milyon manat!
-
“Muğan Bank“ın bağlanmasına sayılı günlər - 40 milyonu tapa biləcəklərmi?
-
AQTA 21 müəssisəni cərimələdi – SİYAHI
-
Dollar neçəyə olacaq? – Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Son sutkada 125 nəfər koronavirusa yoluxub – 3 nəfər vəfat edib
-
“Arif Alışanov da Ramiz Mehdiyevin ən yaxın adamlarından biri idi...“ - Sabah Ali Məhkəmə nə qərar verəcək?
-
Məhkəmə Hüquq Şurası hakimləri cəzalandırdı – SİYAHI
-
Ermənistan TŞ-dən prezidentə çağırış – “Baş Qərargah rəisini istefaya göndər“
-
“Telefonlar güvənilir deyil” – NSA-dan xəbərdarlıq
-
Prezident və birinci xanım “Akademik Zərifə Əliyeva” gəmisinin suya salınması mərasimində – FOTOLAR
-
Günəşdə maqnit qasırğası başlayıb – Rəsədxana
-
Bakıda iki fəhlə köhnə şkafdan 25 paçka dollar tapdı – “Elə bildik ermənidən qalıb“
-
“Paşinyan Putinlə söhbətdən sonra “İsgəndər”lə bağlı səhv fikirdə olduğunu anladı“ - Kreml
-
Cahangir Əsgərov AZAL-ın işçilərinin maaşını ödəmir - ŞOK SƏBƏB
-
“Masallı İcra Hakimiyyətindən bir dəfə də qapımı açmayıblar“ - Vətən müharibəsində gözünü itirən qazi...
-
“Azərsığorta”da nə baş verir? - 20-yə yaxın filial bağlandı
-
Prezident Xəzər Dəniz Gəmiçiliyinin yeni inzibati binasının açılışını edib – FOTO
-
Şirkət rəhbərləri dövlət resurslarını şəxsi malı kimi necə mənimsəyir? - Milyardlıq “tender oyunları”
-
KOBİA ötən il nə edib? - Sədr hesabat verir
-
Abşeronda müəllimləri koronavirusa yoluxan məktəbi niyə bağlamırlar? - FOTO
-
“Mənzillə təmin olunmayan heç bir şəhid ailəsi qalmayacaq” – Nazir
-
Bu sürücülər cərimələnəcək - DYP-dən xəbərdarlıq
-
Tramp yenidən siyasi səhnəyə qayıtdı - “Yeni partiya yaratmayacağam...“
-
“YAŞAT” Fondu daha 10 qazini Türkiyəyə müalicəyə göndərdi - VİDEO
-
QHT-lərə Dövlət Dəstəyi Şurasında yoxlamalar aparılır –RƏSMİ
-
Ağdam icra başçısı işğaldan azad olunan kəndinə sərxoş vəziyyətdə gedib? – VİDEO
-
Cəlilabadda qəbiristanlıqla bağlı narazııq - Prokurorluq bələdiyyə sədri haqda xəbər yaydı
-
III, VI və VII sinif şagirdləri üçün milli qiymətləndirmə keçiriləcək - Açıqlama
-
İşğaldan azad edilmiş ərazidə qəzaya düşən şəxslər işdən çıxarıldı
-
Netanyahu İsrail gəmisində partlayışa görə İranı günahlandırıb –“Bu, həqiqətən də İranın əməlidir“
-
Ağdamın Güllücə kəndindən görüntülər – VİDEO
-
İşıqla bağlı əhaliyə VACİB AÇIQLAMA
-
Sülhməramlılar Qarabağda 25 minə yaxın partlayıcı maddə aşkarladı – Müdafiə Nazirliyi
-
Şuşanın azad edildiyi gün çəkilən - FOTO
-
PSJ-nin transfer siyahısı - Şok adlar
-
“Qarabağda döyüşən Fransa vətəndaşları barədə ilkin istintaq başlanıb“ - Fransa mətbuatı
-
Şəhid əsgərinin kədərini gözündə daşıyan GENERAL
-
İspaniyanın “EFE” agentliyi Prezidentin mətbuat konfransı ilə bağlı məqalə dərc edib – Təfərrüat
-
Saxta ətirlər xərçəngə yol açır - Professordan xəbərdarlıq
-
Füzulidəki yeni aeroportun uzunluğu 3 kilometr olacaq - VİDEO
-
Sabahdan məktəblər bağlanır? - Rəsmi açıqlama
-
Myanmanın yeddi şəhərində hərbi çevrilişə qarşı etiraz:17 nəfər ölüb
-
Xocavəndin Çiraquz kəndi - VİDEO
-
““Araz“ marketlər şəbəkəsində süni qiymət artımı...
-
İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb – Səbəb
-
Hakim Mahmud Ağalarov dələduzluqda ittiham olunan prokurorluq əməkdaşı haqda hansı qərarı verəcək?
-
Birinci Qarabağ müharibəsində qətlə yetirilən azərbaycanlıların nəşləri tapıldı - VİDEO
-
İslahat dalğaları Kəmaləddin Heydərovun qapısına dayanır - FHN hissələrə ayrılacaq və ləğv ediləcək...
-
Su içində susuzluq: quyular aşıb-daşır, içməyə isə su tapılmır
-
Türkiyə hərbi sənayesinin daha bir uğuru - Sınaq görüntüləri yayıldı + VİDEO
-
Bağırsaqlar niyə ağrıyır? - Səbəblər, əlamətlər
-
Nazir daha bir Regional Mədəniyyət İdarəsinin rəisini vəzifədən azad etdi - FOTO
-
Rəsmi Bakıdan Ermənistana daha bir xəbərdarlıq:“Azərbaycan hər hansı təhdidlərin qarşısını qətiyyətlə almağa qadirdir“
-
Yoluxanların sayı sağalanları ötdü... - Operativ Qərargah məlumat yaydı
-
Paşinyan tərəfdarlarını yenidən meydanlara çağırır:“Hədəfimiz...“
-
Rusiya helikopteri Suriyada qəzaya uğrayıb:ölən var
-
“Hərbi qullquçumuz təhlükəsizlik qaydalarının pozulması nəticəsində həlak olub” – Müdafiə Nazirliyi məlumat yaydı
-
Azərbaycanda ümumilikdə neçə nəfər peyvənd olunub? – Operativ Qərargah açıqladı
-
“Gəlib, sənin bığlarını kəsərəm!”- Baş Qərargah rəisi Köçəryanı hədələdi
-
Əhaliyə xəbərdarlıq! - Ölkədə martın birindən....
-
Ağdam rayonunun Eyvazxanbəyli kəndinin görüntüləri yayıldı – VİDEO
-
Cahangir Əsgərov iki aydır maaş vermir: AZAL-da nə baş verir?
TOP 10
ARXİV