|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Prezidentin jurnalistlərlə Şuşada söhbəti - VİDEO
Tarix 13.05.21, 22:29 |
|
Bu gün Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalında sonra Prezident İlham Əliyev jurnalistlərlə görüşüb.
Axar.az xəbər verir ki, dövlət başçısı jurnalistlərlə görüşdə deyib:
Sağ olun, siz ki, burada olmusunuz, ağır günlərdə. Salam, Mirşahin.
Mirşahin: Eşq olsun Sizə, cənab Prezident. Mən Sizi təbrik edirəm.
Prezident İlham Əliyev: Sağ olun, çox sağ olun, mən də sizin hamınızı təbrik edirəm.
Prezident İlham Əliyev: Anar mənim yadıma saldı, siz mətbuat konfransında demişdiniz ki, gəlmək istəyirsiniz. Biz də xahişinizi yerinə yetirdik. Mən istəyirdim ki, birinci bizim jurnalistlər gəlsin, bu festivalı keçirək. Siz harada qalırsınız?
Jurnalist: Birbaşa buraya gəldik.
Prezident İlham Əliyev: Hə, birbaşa.
Anar Ələkbərov: Bu gün qalacaqlar.
Prezident İlham Əliyev: İndi burada qalmaq üçün imkan var. Xarici jurnalistləri də dəvət edək gəlsinlər və görsünlər.
Jurnalist: Cənab Prezident, diqqətinizə görə təşəkkür edirik. Həmişə dəstəyinizi hiss edirik, çox sağ olun.
Prezident İlham Əliyev: Bəli, sizi həmişə dəstəkləmişəm. Sizə təşəkkür edirəm ki, belə çox aktual mövzuları qabardırsınız. Bir çox hallarda ölkədə gedən prosesləri mən sizdən eşidirəm, sizdən görürəm. Bu, özlüyündə artıq icra orqanlarını daha da məsuliyyətli olmağa sövq edir.
Jurnalist: Müharibədən sonra Sizinlə birinci görüşümüzdür.
Prezident İlham Əliyev: Elədir.
Jurnalist: Mən də icazənizlə istəyirdim deyim ki, 40 ildir dünyanın müharibələrini görmüşəm. Bu, birinci müharibə idi ki, bir nəfər həm hərbi istiqamətdə işi, həm siyasi, həm də informasiya işini aparırdı.
Prezident İlham Əliyev: Çünki əgər siz bu müharibə ilə bağlı həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmasaydınız, ümumiyyətlə, məsələ ilə bağlı fikir elə təhrif edilmiş kimi qalacaqdı. Siz yaxşı xatırlayırsınız, o vaxt dünya mediasına bizim çıxışımız yox idi. Tək siz gəlmişdiniz, siz də foto çəkirdiniz. Amma ermənilər bütün imkanlardan istifadə edib bütün ölkələrdə olmazın yalanlar yayırdılar. İndi isə artıq müharibə ilə bağlı həqiqətləri siz çatdırmısınız, mən çatdırmışam. Qəhrəman hərbçilərimiz də bax, o qayalara dırmaşaraq düşməni buradan qovub. Mirşahin sən çoxdan olmusan da burada, işğala qədər. Bəziləri heç olmayıb yəqin ki, ilk dəfədir.
Mirşahin: İşğala qədər də olmuşam.
Prezident İlham Əliyev: İndi ilk dəfə gələn burada görür ki, Şuşanı azad etmək, ümumiyyətlə, mümkünsüz hesab olunurdu. Özü də hələ piyada qalxmaq çətindir, bir də ki, əlində avtomat, yuxarıda düşmən, özü də düşmənin tankı, topu, mövqeyi. Doğrudan da misli görünməmiş qəhrəmanlıq dastanıdır.
Jurnalist: Əfqanıstan dağlarında da müharibələri görmüşəm. Buna inanmırdım. Azad ediləndən sonra gəldim, gedib baxdım, izlədim. Özüm də 1992-ci ildə buradan ayaqla çıxmışdım, bura bağlı idi, maşın gələ bilmirdi.
Prezident İlham Əliyev: Siz hansı yolla çıxdınız?
Jurnalist: Elə buradan, Daşaltıdan gəldim. Buraya kimi 4 saat piyada yol gəldim, 3 dəfə də snayperlər atdılar, amma vura bilmədilər.
Prezident İlham Əliyev: Bu yaxınlarda o şəkli siz paylaşdınız, gördüm mən. O vaxt Azərbaycan əsgəri necə vəziyyətdə idi? Nə forması var idi, nə silahı var idi, nə də bir idarəetmə imkanları. İndi aslan kimi əsgərlərdir, aslan kimi. Onlar möcüzə yaradıblar.
Jurnalist: Burada demək olar ki, yaşayış yox idi.
Prezident İlham Əliyev: Yox idi.
Jurnalist: Ancaq şəhərin girəcəyində, o da çox az.
Mirşahin: Amma mən Zəngəzurda evlərin birində oldum.
Prezident İlham Əliyev: Bəli, bəli, Şurnuxu kəndində.
Mirşahin: O kişi də yaxşı təkziblər verirdi, Ermənistan hakimiyyəti barədə. Yaxşı oldu, çox yaxşı oldu. Beş dənə punkt üzrə öz ölkəsini təkzib etdi. Pensiyasının azlığından da danışdı. Dedi ki, Qarabağ Azərbaycanındır.
Prezident İlham Əliyev: Özü də dedi ki, azərbaycanlının evinə girib.
Mirşahin: Bəli, çox vacib bəyanatlar verdi.
Jurnalist: Cənab Prezident, Şuşa qələbəsinə görə Sizə xüsusi təşəkkür edirik. Doğrudan da bu, çox möcüzəvi bir qələbədir. Bu, doğrudan da çox böyük qələbədir. Siz Azərbaycan xalqına sanki bir həyat qaytardınız. Siz bizə nəfəs verdiniz. İnanın ki, bir il bundan əvvəl yatsaq yuxumuza girməzdi ki, biz Cıdır düzündə ola bilərik, burada konsertdə iştirak edə bilərik. Çox böyük bir möcüzədir, cənab Prezident. Allah Sizi qorusun, Ordumuzu qorusun.
Prezident İlham Əliyev: Sağ olun.
Jurnalist: Cənab Prezident, səmimi-qəlbdən deyirəm, dünyada belə ölkə başçısı yoxdur.
Prezident İlham Əliyev: Sağ olun, çox sağ olun. Bir il bundan əvvəl burada başqa musiqi səslənirdi, başqa hərəkətlər edilirdi. O hərəkətlərə görə, bütün cinayətlərə görə düşmən öz layiqli payını aldı. Bundan sonra burada ancaq Azərbaycan musiqisi, Azərbaycanda yaşayan xalqların musiqisi səslənəcək. Doğrudan da böyük tarixi nailiyyətdir. Hər dəfə buraya gələndə xüsusi hisslər keçirirəm. Əminəm ki, siz də bu hissləri keçirirsiniz. Çünki Şuşanı yenidən görmək bizə nəsib oldu. Bu, böyük xoşbəxtlikdir. Əlbəttə, bir daha görürük ki, Şuşa əsl Azərbaycan şəhəridir. Çünki burada Azərbaycan ruhu hiss olunur. Memarlıq abidələri, bulaqlar, - baxmayaraq ki, ermənilər o bulaqların naxışlarını dəyişmişdilər, yazıları da silmişdilər, - amma yenə də burada hər tərəf, necə deyərlər, Azərbaycan mədəniyyəti ilə qaynayır. Biz əbədi qayıtmışıq, burada əbədi yaşayacağıq. Demişəm ki, Şuşa dünyanın ən gözəl şəhərinə çevriləcək. Təkcə Şuşa yox, azad edilmiş bütün başqa şəhərlər.
Jurnalist: Mən altı aydır Qarabağı gəzirəm, özüm də mühəndis memaram. Doğrudan deyirəm, mən dünyada bu cür gözəl yer görməmişəm. Doğrudan da Şuşanın, Kəlbəcərin gözəlliyi dünyada təkdir.
Prezident İlham Əliyev: Burada az da olsa, yaşayıblar. Bizdə olan məlumata görə, - sonra bu məlumatı biz dəqiqləşdirdik, - burada 1600-ə yaxın erməni yaşayıb, onların da çoxu hərbçilər idi, onların ailə üzvləri idi. Yəni, burada erməni əhalisi heç vaxt olmayıb. İndi görürsünüz, işğal dövründə nə gündə idi. İndi biz əl gəzdirmişik, 6 aydır ki təmizləyirik, necə deyərlər, səliqə-sahman yaradırıq. Bütün binalar belə dağıdılmış idi, yarımçıq tikili idi. Yeni bina yoxdur, bir neçə dənə villa tikdirmişdilər özləri üçün, onları da yəqin ki, görmüsünüz. Tarixi binalar sökülüb, şəhər infrastrukturu yoxdur. Baxın, o dirəklər yox idi, hamısı belə köhnədən qalan idi. Deyirdilər ki, erməni şəhəridir, erməni şəhəridirsə, niyə bu günə qoymusan onu? Niyə yaşamamısan, niyə qurmamısan, niyə dağıtmısan?
Jurnalist: Heç kəs öz evini yandırmaz gedəndə.
Prezident İlham Əliyev: Əlbəttə.
Jurnalist: Onlar yandırdılar, yəni, öz evləri deyildi.
Prezident İlham Əliyev: Bizim azad edilmiş digər yerlərdə, torpaqlarda siz də olmusunuz, orada təbiət toxunulmaz kimidir, o ağacların rəngi, səmanın rəngi. Belə bir rənglər mən görməmişəm.
Jurnalist: Ağdam, ümumiyyətlə, viran qoyulub. Bu mənzərəni görəndə düşünürsən ki, söhbət ancaq yaddaşı silməkdən gedə bilər. Axı, qəbirlə insanın nə işi ola bilər? Məhz onlar tarixi silmək, yaddaşı silmək istəyiblər. Məncə məqsədləri yalnız bu olub.
Prezident İlham Əliyev: Əlbəttə, elədir, tarixi silmək istəyiblər ki, biz heç vaxt qayıtmayaq. Hesab edirdilər ki, Azərbaycan heç vaxt ayağa qalxmayacaq. İnanmırdılar ki, biz ayağa dura bilərik. İnanmırdılar ki, bizdə həm güc, həm də iradə ola bilər. Ona görə deyirdilər ki, hər şeyi dağıdaq, daha heç vaxt bunlar qayıtmasın, tarixi də silək, abidələri, qəbirləri də dağıdaq. Sabah deyək ki, bura erməni torpağı olub və elə də deyirdilər. Şahbulağı yalandan “Tigranakert” adlandırmışdılar. Belə saxtakarlıq olmaz. Deyirdilər ki, Şuşa erməni şəhəridir. Axı, bu şəhərin təməlini Pənahəli xan qoyub, hamımız yaxşı bilirik, adını da verib - Pənahabad. Necə erməni şəhəri olub, əgər 275 il bundan əvvəl Pənahəli xan Ağdamdan buraya gəlib.
Jurnalist: Özü də təzə daşlar atıb ora, cənab Prezident, mən getdim özüm baxdım.
Prezident İlham Əliyev: Bəli.
Jurnalist: Guya dırnaqarası “Tigranakert” olub.
Prezident İlham Əliyev: Hə, orada?
Jurnalist: Bəli, Şahbulağın düz yanında.
Jurnalist: Mən Kəlbəcərdə neçə kilsə gördüm, çox qədim kilsələr imiş, amma ermənilər onlara təzə daşlar qoyublar. Elə qoyublar ki, dərhal bilinir. Mən özüm görəndə tez dedim ki, bunlar hamısı saxta daşlardır, adamlardan soruşdum, bildirdilər ki, bu daşları buraya 10-15 ildir gətiriblər.
Xəbərin oxunma sayı : 640
Sosial
Xəbərlər
-
Sosial sahəyə ayrılan vəsait artırılacaq? - AÇIQLAMA
-
“Həbsdə olmağımın səbəbini bilirəm” - Bəkir Orucovun məhkəməsi
-
Azərbaycanda 3 aya 51 milyon 36 min manatlıq narkotik ələ keçirib - HESABAT
-
NATO qoşunları Rusiya sərhədlərinə yaxınlaşır - Şoyqu
-
“COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək” - İlham Əliyev
-
Polisin “saxla“ əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO
-
Hansı ölkə uşaq böyütmək üçün daha əlverişlidir? – Azərbaycan son onluqdadır
-
Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə öldü - Araşdırma aparılır
-
“Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var” - Prezident
-
Əhalinin nəzərinə! Tibbi arayışlarla bağlı yenilik, mayın 1-dən...
-
Bakıda 21 yaşlı model faciəli şəkildə öldü - FOTO
-
“COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir” - İlham Əliyev
-
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlandı - FOTO/VİDEO
-
Baydenin siyasətinə etiraz etdi – İstefa verdi
-
Tikilməkdə olan Laçın aeroportundan son görüntülər - VİDEO
-
NİİM əhaliyə müraciət etdi - VİDEO
-
“Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək“ - “Cümü“yə 18 il həbs verildi
-
Hərbi gəmilər, kater və vertolyotlar Xəzərdə hərəkətə gətirildi: Möhtəşəm təlimlərdən FOTO/VİDEO
-
Xocavənddə partlayıcı vasitələr aşkar edilib: Saxlanılan var - FOTO
-
Qubada illərdir hökm sürən kanalizasiya problemi nə zaman həllini tapacaq? - VİDEO
-
Amerikalılar kütləvi şəkildə “iPhone” almaqdan imtina edirlər - SƏBƏB
-
Şəxs hansı halda orqanını başqasına verə bilər? - ARAŞDIRMA
-
Binəqədinin keçilməz yolları - VİDEO
-
Könül Kərimova estetik əməliyyat etdirib - FOTO
-
Xavi qərarını niyə dəyişdiyinin səbəbini dedi: “Üç dəqiqə söhbətləşdik və...“
-
Çörək və un məmulatlarına tələbatın azalması qiymətlərə təsir edəcək? - VİDEO
-
Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
-
Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR
-
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
-
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir - FOTO/VİDEO
-
NATO baş katibi qırıcı təyyarədə ikinci pilot oldu - FOTO
-
Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO
-
Lukaşenko nüvə başlığını qucaqladığını bildirib - VİDEO
-
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
-
Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 23 bəfər saxlanıldı
-
İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş
-
Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – Tam siyahı
-
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib - VİDEO
-
Keçmiş nazir müvininə 7 il iş kəsildi - 125 milyon mənimsəyib
-
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
-
Ətin qiyməti 25 manat olacaq? - AÇIQLAMA
-
Prezidentlər Ağdamda orta məktəbin təməlqoyma mərasimində - FOTOLAR
-
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
-
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO
-
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
-
Mənimsəmədə təqsirləndirilən vəkilin cinayət işinin bəzi detalları məlum olub - İTTİHAM AKTI
-
COP29 Azərbaycanın malik olduğu imkanlarıntəqdimatı olacaq
-
Xaricdən gətirilən kartof ölkə daxilində 2 dəfə baha satılır – Rəqəmlər
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
-
İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?
-
Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır - Zaxarova
-
“TikTok“la bağlı sorğu keçirilib - 74,9% məhdudiyyət tətbiqini istəyib
-
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
-
Xocalıda insan qalıqları aşkar edildi - FOTO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar - FOTOLAR
-
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
-
“Füzuli tam şəkildə yenidən qurulur” - Hikmət Hacıyev
-
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - FOTOLAR
-
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
-
Bakıda kişi qardaşını qətlə yetirib: “Hamımızın başına oyun açırdı”
-
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - FOTO
-
Deputatdan parlament seçkilərinin vaxtı ilə bağlı iddia
-
Bakının məşhur məktəbi təmirə bağlanır: Şagirdlər digər təhsil ocağına köçürülürlər
-
Avtomobili yay rejiminə necə keçirək? - AÇIQLAMA + VİDEO
-
Naxçıvanın yeni baş naziri vəzifəsindən azad olundu - Yerinə Cəlilov təyin edildi
-
“Zəngəzur dəhlizinin adını eşitdikcə sanki ağıllarını itirirlər...“ - “Bu, çox qəribədir“
-
Azərbaycandan dünyaya Yaşıl Baxış
-
Bakıda 6 istiqamət üzrə istirahət zonaları yaradılacaq - TƏFƏRRÜAT + VİDEO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - FOTOLAR
-
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
-
“Dövlət sərhədimizin 12 kilometri artıq delimitasiya olunmuş hesab edilir” - Prezident İlham Əliyev
-
Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi
-
Taliban İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradır: İşsizlərin siyahısı hazırlanır
-
Azərbaycanda balıq ovu qadağan edilir - Bu tarixdə
-
“NATO Polşada nüvə obyektləri yerləşdirərsə, hədəfimiz olacaq“ - Rusiya XİN
-
Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - ARAŞDIRMA + VİDEO
-
Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA
-
Bayden qanun imzaladı - Üç ölkəyə hərbi yardım haqqında
-
ADA Universitetində keçirilən forumdan mühüm məqamlar
-
İqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə
-
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
-
“Qarabağ“ - “Neftçi“ oyunundakı 5 qol - VİDEO
-
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
-
Keçmiş başçının hospitalından şikayət - Pasientlə “Rela Hospital“ arasında nə baş verib?
-
Bayden qanunu imzaladı - “TikTok” ABŞ-da qadağan ediləcək
-
Şuşada inşa olunan yeni yaşayış kompleksinin görüntüləri - VİDEO
-
Maşın bazarında durğunluğun səbəbi nədir? - VİDEO
-
Büdcəyə yenidən baxılacaq? - FOTO
-
Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi
-
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
-
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
-
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb - FOTO
-
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
-
“İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - Aysun İsmayılova
-
Sabah Rəfahda hərbi əməliyyat başlaya bilər - İsrail nəşrindən şok iddia
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
-
Sabah Binəqədidə qaz olmayacaq - Xəbərdarlıq
-
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə şad xəbər - VİDEO
-
Əfv Komissiyasının növbəti iclası keçirilib - Müraciətlərin sayı 300-ü keçib
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
TOP 10
ARXİV