Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Prezidentin köməkçisi neftin ucuzlaşmasından danışdı:“Qiymətin aşağı səviyyədə qalması Azərbaycan üçün çağırışdır“

Tarix 15.03.20, 23:17

Font ölçüsü : - / +
bitmap-img6


“Son günlər dünya bazarında neftin qiymətinin kəskin düşməsi Azərbaycan iqtisadiyyatına ciddi mənfi təsir göstərməyəcək”. 

Bu fikirləri AzTV-yə açıqlamasında Prezidentin köməkçisi, Prezident Adminstrasiyasının İqtisadi məsələlər və İnnovativ İnkişaf Siyasəti Şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Şöbə müdiri bildirib ki, Azərbaycan hökuməti cənab Prezident İlham Əliyevin birbaşa tapşırıqları ilə uzun müddətdir ki iqtisadiyyatımızın neftən asılılığının azaldılması istiqamətində iş görürdü:  

“Bu gün neftin qiymətinin kəskin düşməsinin Azərbaycan iqtisadiyyatına böyük təsirinin olmaması məhz görülən işlərin nəticəsidir. Davamlı, düşünülmüş şəkildə aparılan strategiya nəticəsində Azərbaycan iqtisadiyyatının neftdən asılılığı 2014-2015-ci illərdəki kimi deyil. Biz ajiotaj yaşadıq, amma ən qısa müddətdə bu ajiotaj aradan qalxdı.

Azərbaycanın ehtiyyatları kifayət qədərdir ki, istənilən böhrana davamlılıq nümayiş etdirə bilsin, fəsadların qarşısını tezliklə alsın. Fiskal dayanıqlılığımız yerindədir, maliyyə ehtiyyatlarımız 50 milyarddan, yəni ÜDM-un 106 faizindən çoxdur. Belə demək olar ki, hazırda dünyada belə bir ölkə yoxdur. Təbii ki, göstəricilər bizdə əminlik yaradır. Bütün hallarda təbii ki, böhrana qarşı müəyyən tədbirlər də görülməlidir.

İlk öncə deyim ki, bu gün büdcəmizdə dövlətin sosial öhdəliklərini tam yerinə yetirə bilməsi üçün yetərli qədər vəsait var. Bu barədə heç bir şübhə olmamalıdır. İkinci məsələ odur ki, fiskal və manitar manevrə imkan yaradan ehtiyyatlarımız yetərlidir. Növbəti illərdə əlbəttə ki, qiymətin aşağı səviyyədə qalması Azərbaycan üçün çağırışdır və biz bunun üzərində düşünəcəyik, addımlarımızı müəyyənləşdirəcəyik”.

Trend


 











Xəbərin oxunma sayı : 280




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap