Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Problemli kreditlər kəskin artıb - Banklar depozitlərə faiz vermirlər

Tarix 23.06.21, 13:26

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin ilk 4 ayında bankların həm kredit qoyluşları, həm də problemli kreditlərinin həcmi artıb. Belə ki, ötən ili 14 milyard 530 milyon manat kredit portfeli ilə başa vuran bank sektoru bu göstəricini 14 milyard 987 milyon manata çatdıra biliblər. Digər tərəfdən, ötən ilin sonunda 893 milyon manat problemli kreditləri olan banklar artıq 921 milyon manat geri qaytarılmayan kreditlərə sahibdirlər. Bu ilin ilk 4 ayında kredit portfeli ilə problemli kreditlərin həcmi ilin əvvəli müqayisədə eyni nisbətdə artıb. Hər iki göstəricidə 3.1 % artım qeydə alınıb.

Göstəriciləri şərh edən iqtisadçı, deputat Vüqar Bayramov bildirib ki, kredit portfelinin artması müsbət məqam olsa da, problemli kreditlərin məbləğinin son ilin ilk 4 ayında 3.1 faiz artması arzuolunan hal deyil: "Problemli kreditlərinin həcminin artımasında pandemiyanın təsirləri xüsusi rol oynasa da bankların bahalı kredit siyasəti, o cümlədən bir sıra hallarda ödəmə qabiliyyətini yolxlamadan maliyyələşmələr həyata keçirilməsi də təsirsiz qalmayıb. Eyni zamanda, depozit dividentləri ilə kredit faizləri arasında da kəskin fərq yaranıb. Artıq, bəzi banklar xarici valyutada dividentlərə ya faiz ödənişi etmirlər, ya da cüzi divident hesablayırlar. Manat üzrə depozit dividentləri də azalıb".

Deputat vurğulayıb ki, depozit dividentlərinin düşməsinə baxmayaraq kredit faizlərində nəzərəçarpan azalmalar yoxdur. Onun sözlərinə görə, yüksək kredit faizləri problemli kreditlərin həcminə təsir göstərir və nəticədə 2021-ci ilin geridə qalan aylarında qaytarıla bilməyən kreditlərin həcmində artım müşahidə olunub. V. Bayramov hesab edir ki, bu baxımdan, faizlərin optimallaşdırılması və kreditlərə əlçatanlığın artırılması üçün Mərkəzi Bank tərəfindən daha sistemli tədbirlərin həyata keçirilməsinə ehtiyac var.



Xəbərin oxunma sayı : 397




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap