Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

Proqnozlar nikbindir: Növbəti ildə iqtisadi artım qeydə alınacaq

Tarix 29.12.20, 15:32

Font ölçüsü : - / +
bitmap-img6


Mәrkәzi Bank özünün pul siyasәtini növbәti ildә dә qlobal vә daxili iqtisadi meyillәr üzrә proqnozları nәzәrә almaqla hәyata keçirәcәk.

Qüvvәdә qalan epidemioloji risklәr vә dünya iqtisadiyyatındaki ümumi qeyri-müәyyәnlik 2021-ci ildә bәrpa prosesinin tәdrici olacağını göstәrir. Beynəlxalq Valyuta Fondunun cari ilin oktyabrında açıqladığı proqnozlara görә, 2021-ci ildә qlobal iqtisadi artım 5,2 faiz olacaq. İnkişaf etmiş ölkәlәr üzrә 3,9 faiz, inkişaf etmәkdә olan ölkәlәr üzrә 6 faiz iqtisadi artım proqnozlaşdırılır. COVID-19 әleyhinә vaksinasiya prosesinin artıq başlaması bu proqnozların reallaşması ilә bağlı nikbinlik yaradır.

İqtisadi aktivliyi dәstәklәmәk üçün növbәti ildә dә aparıcı ölkәlәrdә fiskal vә monetar siyasәtlәrin stimullaşdırıcı imkanlarından istifadә edilәcәyi gözlәnilir.

Dünyanın başlıca güc mәrkәzlәrindә mәrkәzi bankların kәmiyyәt yumşaldılması siyasәtlәrinin davam etdirilәcәyi ehtimalı yüksәkdir. Aşağı faiz dәrәcәlәri mühitinin bütün il boyu davam edәcәyi gözlәnilir.

Azәrbaycanın ticarәt tәrәfdaşları olan ölkәlәrdә iqtisadi artımın 2021-ci ildә 5 faiz tәşkil edәcәyi ehtimal olunur. Mövcud qeyri-müәyyәnliklәr şәraitindә tәrәfdaş ölkәlәrin maliyyә bazarlarında yeni kәskin dәyişkәnliklәr dalğası istisna edilmir.

Qlobal әmtәә bazarları ilә bağlı da qeyri-müәyyәnliklәr yüksәk olaraq qalır. Müxtәlif әmtәәlәr üzrә dünya qiymәtlәrinin fәrqli istiqamәtlәrdә dәyişmәsi istisna edilmir.

Son vaxtlarda müxtәlif әczaçılıq şirkәtlәrinin tәhlükәsiz vә tәsirli COVID-19 peyvәndinin istehsalı istiqamәtindә irәlilәyişlәri neft bazarına müsbәt tәsir göstәrib. Yenilәnmiş proqnozlar 2021-ci ildә neftә olan gündәlik tәlәbatın artacağını göstәrir. Qeyd olunanları nәzәrә alaraq bir sıra analitik mәrkәzlәr dekabrda 2021-ci ilә neft qiymәti proqnozunu artırmaq istiqamәtindә dәyişiblәr. Başlıca analitik mәrkәzlәr üzrә 2021-ci ilә konsensus qiymәt 1 barelә görә 48 ABŞ dolları sәviyyәsindә qiymәtlәndirilir. Bununla belә tәklifin artımının qiymәt artımını mәhdudlaşdıracağı gözlәnilir. Digәr tәrәfdәn pandemiyanın texnoloji innovasiyalara verdiyi tәkan da nәzәrә alınmaqla neft mәhsullarına tәlәbdә uzunmüddәtli azalma meylinin davam edәcәyi ehtimal olunur.

Pandemiya ilә bağlı tәklifin azalması şәraitindә dünya әrzaq qiymәtlәrindә cari ildә başlanmış bahalaşmanın davam edәcәyi proqnozlaşdırılır. Dünya Bankının proqnozlarına görә 2021-ci ildә qiymәtlәrin kәnd tәsәrrüfatı mәhsulları üzrә 1,4 faiz artacağı gözlәnilir.

Qlobal iqtisadi aktivlikdә bәrpa qlobal ticarәtә müsbәt tәsir edәcәk. Ümumdünya Ticarәt Tәşkilatının proqnozuna görә, 2021-ci ildә qlobal ticarәtin artım tempi 7,2 faiz tәşkil edәcәk.

Baza ssenari üzrә proqnozlar növbәti ildә Azәrbaycanda xarici vә daxili balans göstәricilәrinin 2020-ci ilә nәzәrәn yaxşılaşacağını göstәrir.

2021-ci ildә Azәrbaycan iqtisadiyyatının real sektorunda iqtisadi aktivliyin tәdricәn bәrpa olunacağı proqnozlaşdırılır. Rәsmi proqnozlara görә, 2021-ci ildә real iqtisadi artım tempinin baza ssenarisi üzrә 3,4 faiz, o cümlәdәn qeyri-neft sektoru üzrә 3,1 faiz olacağı gözlәnilir. Xarici tәlәbin bәrpası prosesinin başlanması, elәcә dә tәxirә salınmış tәlәb hesabına daxili tәlәbin bәrpası iqtisadi artımın bәrpası proqnozunun әsasında dayanır. Makroiqtisadi sabitliyin qorunması 2021-ci ildә iqtisadi artımın öz potensialına yaxınlaşmasına şәrait yaradan әsas amillәrdәn biri olacaq. Kontr-tsiklik makroiqtisadi siyasәt vә işğaldan azad olunmuş әrazilәrdә bәrpa işlәrinin başlanması da 2021-ci ildә iqtisadi artımın әsas drayverlәrini canlandıracaq.

Tәqdim edilmiş büdcә layihәsinә әsasәn növbәti ildә dövlәt büdcәsi xәrclәrinin 2020-ci ilә nәzәrәn 3,8 faiz, o cümlәdәn әsaslı xәrclәrin 7,9 faiz artırılacağı proqnozlaşdırılır. Növbәti ildә “fiskal fәza”dan kontr-tsiklik olaraq istifadә olunması makroiqtisadi sabitliyin qorunması baxımından da әhәmiyyәtlidir.

Ortamüddәtli dövrә isә yeni iqtisadi reallıqlar nәzәrә alınmaqla yeni makrofiskal çәrçivәyә keçid diqqәtdә saxlanılmalıdır. Bundan başqa dövlәt büdcәsi kәsirinin mümkün qәdәr azaldılması vә onun dayanıqlı qeyri-inflyasyon mәnbәlәrlә maliyyәlәşdirilmәsi fiskal prioritetlәrdәn olmalıdır.

2021-ci ildә daxili balans üzrә qeyd olunan proqnozların reallaşması makroiqtisadi siyasәtin bütün istiqamәtlәrinin effektiv koordinasiyasından asılı olacaq.



Xəbərin oxunma sayı : 382




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap