“Mənə də elçi gələn olur, gül kimi qızam“ - Afaq Gəncəli Tünzalə Ağayeva imicini yenə dəyişdi... - FOTO Karantində ən çox nəyə pul xərclədilər? - Fotolar Pərvin Abıyeva: “Kişi axtarmıram” - VİDEO
Axtar
 
  • / Maqazin / — 31 İyul 2020

    “Mənə də elçi gələn olur, gül kimi qızam“ - Afaq Gəncəli

  • / Maqazin / — 24 İyul 2020

    Tünzalə Ağayeva imicini yenə dəyişdi... - FOTO

  • / Maqazin / — 23 İyul 2020

    Karantində ən çox nəyə pul xərclədilər? - Fotolar

  • / Maqazin / — 10 İyul 2020

    Pərvin Abıyeva: “Kişi axtarmıram” - VİDEO

  • / Maqazin / — 30 İyun 2020

    “Qızlar evdə qalıb, məni kim alacaq?“ - Azərbaycanlı rəqqasə

  • / Maqazin / — 16 İyun 2020

    Xalq artisti Röyadan yarıçılpaq paylaşım - VİDEO

Putinin həll edə bilmədiyi varis planı – Prezidentin keçmiş müşavirindən maraqlı açıqlamalar

Tarix 31.07.20, 8:43

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya Prezidenti Vladimir Putin vəzifə müddəti başa çatandan sonra hakimiyyətinin ömrünü uzatmaqdan ötrü indiyədək hansı addımlar atıb?

“Reuters” agentliyi vaxtilə Kremldə işləmiş mənbəyə istinadla bu məsələni araşdırıb.

İyulun 1-də referenduma çıxarılan konstitusiyaya düzəlişlərdən biri Putinin 2024-cü ildən sonra da, 2036-cı ilədək hakimiyyətə qalmasına yol açdı. Belə ki, ölkədə prezidentlik müddətləri sıfırlandı.

Putin dövlət televiziyasına müsahibəsində deyirdi ki, əgər dəyişiklik qəbul olunmasa, iki ildən sonra hökumətin bir çox hissələrində normal iş ritmi pozulacaq, mümkün varis axtarışı başlanacaq. “Biz işləməliyik, varis axtarmamalıyıq”, – prezident vurğulayıb.

Kremlin keçmiş müşaviri Sergey Puqaçev agentliyə deyib ki, Putin azı 2006-cı ildən varislik məsələsi üzərində baş sındırır. Vaxtilə Kremlin bankiri kimi tanınmış Puqaçev 20 il qabaq Putinin yüksəlişində rol oynayıb. Onun hərbi tərsanələrdən tutmuş, kömür, tikinti sektorlarınadək maraqları olub, parlamentin yuxarı palatasında senator vəzifəsinə də yüksəlib. Bu gün isə keçmiş müttəfiqləri ilə münaqişə yaşayır, Rusiya hakimiyyəti onu həmtəsisçisi olduğu bankı müflisləşdirməkdə suçlayır. Puqaçev iddiaları rədd edir. O, Rusiyadan Britaniyaya köçüb, hazırda isə Fransada yaşayır. London Ali Məhkəməsi 2014-cü ildə Rusiyanın xahişilə onun aktivlərini dondurub.

Puqaçev deyib ki, hakimiyyətin təhvil verilməsi Putin idarəçiliyi üçün “böyük başağrısı”na çevrilib. Putindən ötrü varislik “həmişə ciddi, şəxsi stress idi. O, heç vaxt ölkəyə nəzarəti kiməsə vermək fikrində olmayıb”, deyən Puqaçevin sözlərinə görə, Putin özünü Rusiyanı millətin atası kimi pərdəarxasından idarə edən kimi görüb, ancaq bu planı həyata keçirəcək varisin tapılması həmişə böyük problem olub.

Kremlin sözçüsü Dmitri Peskov Puqaçevin dediklərinə şərh verməyib.

Puqaçevin sözlərinə görə, Putin hakimiyyətini uzatmaq üçün qanunları dəyişməyi ilk dəfə prezidentliyinin ikinci müddətində nəzərdən keçirib.

2007-ci ilin yayında baş nazirin birinci müavini, Rusiya xarici kəşfiyyat xidmətində ən gənc general olan Sergey İvanovun bir il sonra seçkidə prezident seçiləcəyi düşünülürdü. O, Putinin digər müttəfiqi Dmitri Medvedevdən öndə idi. Ancaq Putinin yaxın çevrəsi ehtiyat edir ki, İvanov baş vəzifəyə keçərsə, onları hakimiyyətdən uzaqlaşdırar. Onlar Putinə İvanova qarşı məlumatlar verməyə başladılar, Puqaçev deyir. “Onlar Putinə deyirdilər ki, İvanov çox təhlükəlidir, çox aqressivdir. O, hakimiyyətə keçəcək və sən heç vaxt ondan canını qurtara bilməyəcəksən. Ona qarşı hər cür kompromat yığırdılar. Demək olar, hər kəs ona qarşı idi”, – Puqçev vurğulayıb. (azadliq.org)



Xəbərin oxunma sayı : 2212

loading...

Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda