Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Qüdrət Həsənquliyev: “Danışıqlar Ermənistanla yox, Rusiya ilə aparılsın”

Tarix 01.10.18, 13:37

Font ölçüsü : - / +
bitmap-img6


Deputat Qüdrət Həsənquliyev Milli Məclisin iclasında işğal olunmuş ərazilərimizlə bağlı qanunun qəbul olunması ilə bağlı təklif irəli sürdü.

“Hər gün bizim işğal altındakı ərazilərimizdəki sərvətlərimizi talan edənlərin sayı artır. Erməni terrorçuları o ərazilərdə məktəblər tikirlər, məskunlaşırlar. Biz müvafiq qanun qəbul etməli və sərvətlərimizi talan edən şirkətlərə qarşı tədbirlər görməliyik” - deyə, deputat bildirdi.

Q.Həsənquliyev danışıqların Ermənistanla yox, Rusiya ilə aparılmasını təklif etdi: “Hamımız bilirik ki, bizim torpaqlarımızın işğal altında qalmasının səbəbkarı Ermənistan deyil. Ermənistan olsaydı, biz çoxdan bu məsələni həll edərdik. Bu işğalın arxasında Rusiya dayanır və biz danışıqları Rusiya ilə aparmalıyıq. Biz nə qədər hərbi potensialımızı artırsaq da, işğalın arxasında Rusiya dayanacaqsa, torpaqları azad etməyimiz mümkünsüz olacaq”.

Deputat parlamentdə xüsusi müzakirələrin keçirilməsini və Milli Məclisdə Dağlıq Qarabağla bağlı komitənin yaradılmasını zəruri saydı.



Xəbərin oxunma sayı : 112




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap