Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Qırğızıstanda prezident seçkiləri başa çatdı – İlkin nəticələr bəlli oldu

Tarix 15.10.17, 23:13

Font ölçüsü : - / +
bitmap-img6


Qırğızıstanda prezident seçkiləri başa çatıb.

“RİA Novosti” agentliyinin verdiyi məlumata görə, seçki məntəqələri yerli vaxtla saat 20.00-da bağlanıb.  Qırğızıstan Mərkəzi Seçki Komissiyası 1 milyon 213 min 803 seçicinin səsvermədə iştira etdiyini, seçici fəallığının 40,12 faiz olduğunu açıqlayıb. İlkin nəticələrin seçki məntəqələrinin bağlanmasından sonra 1 saat ərzində açıqlanacağı gözlənilir. Xarici müşahidəçilər və Mərkəzi Seçki Komissiyası səsvermənin nəticələrinə təsir göstərəcək ciddi pozuntular qeydə almayıb. Qırğızıstanda səslərin 47 faizi, yəni 486 min səs sayılıb. Qırğızıstan Mərkəzi Seçki Komissiyası bu səslərin 233 minini hakim Sosial Demokrat Partiyasının namizədi Soornbay Jeenbekovun qazandığını açıqlayıb. İkinci yerdə müxalifət liderlərindən Omurbek Babanov qərarlaşıb. Səslərin sayılması davam edir.

Qeyd edək ki, prezident postu uğrunda mübarizəyə 11 namizəd qatılıb. Səlahiyyət müddəti dekabrın 1-də başa çatacaq Qırğızıstanın prezidenti Almazbek Atambayev Konstitusiyaya əsasən namizədliyini irəli sürməyib.

Ölkə tarixində ilk dəfə seçkilər elektron informasiya-seçki sistemi tətbiq edilib. Sistem seçki qutularına atılan bülletenləri avtomatik hesablayır, məlumatlar mərkəzi server və sayta ötürülür.



Xəbərin oxunma sayı : 115




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap