Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Qarabağı cənnətə çevirməyə Azərbaycanın maliyyə resursları da, siyasi iradəsi də var

Tarix 04.03.21, 16:34

Font ölçüsü : - / +
bitmap-img6


Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransındaAzərbaycan həqiqətlərini dünyaya bir daha bəyan etdi.

Dövlət başçısına ünvanlanan 50 sual cavablandırılarkən   30 ilə yaxın  bir müddətdə torpaqlarımızı  işğal altında saxlayan  erməni faşizminə  aid  çox məqamlar  yenidən  açıqlandı. Şanlı qələbəmizdən söhbət getdi. Konfransın bütün  məzmunundan qırmızı xətlə keçən əsas mövzulardan biridə təbii ki, işğaldan azad edilmiş  ərazilərimizin  bərpası və neçə illərdir məcburi köçkün  həyatı sürən sakinlərinin oraya qaytarılması oldu.
Lakin başdan-başa  viran qoyulmuş  o yerlərdə  insanlar yalnız  köklü quruculuq işləri aparıldıqdan sonra yaşaya bilərlər. Çünki Prezidentimizin dediyi  kimi: “Ərazilərin minalanması ilə bərabər, burada hər şey, bütün infrastruktur tamamilə dağıdılıb, şəhərlər yoxdur, qayıdası yer yoxdur.
Praktiki olaraq bütün kəndlər dağıdılıb. Mən azad edilmiş ərazilərdə dəfələrlə olmuşam, maşınla yüzlərlə kilometr yol gedirsən və yalnız dağıdılmış kəndləri görürsən, heç yerdə bircə bina da yoxdur.
Ağdamda bircə bina da yoxdur. Təkcə qismən dağıdılmış bir məscid qalıb, ondan da ermənilər atəşin təshih edilməsi üçün oriyentir və müşahidə məntəqəsi kimi istifadə ediblər, oradan baxırlarmış ki,
Azərbaycan qoşunları orada hərəkət edir, yoxsa yox? Füzulidə bircə bina da yoxdur. Hətta bayraq sancmağa yer yox idi. Biz bayrağı bayraq dirəyindən asdıq. Cəbrayılda da eyni vəziyyətdir. Zəngilanda,
Qubadlıda bir neçə ev qalıb, onlarda da qanunsuz məskunlaşdırma aparılmışdır”.
Ona görə indi ərazilərin minalardan təmizlənməsi və bununla yanaşı, 
ziyanın qiymətləndirilməsi aparılır. Şəhərlərin və kəndlərin inkişafının baş planlarının tərtib edilməsinə dair tapşırıqlar verilib. Pilot
layihələrə, o cümlədən “Ağıllı kənd” layihəsinə artıq başlanıb.
Bu layihə Zəngilan rayonunun üç kəndində - Birinci, İkinci, Üçüncü Ağalı kəndlərində həyata keçiriləcək. Cari ilin sonuna qədər layihənin başa çatması gözlənilir. Orada bütün lazımi infrastruktur
qurulacaq, əkin sahələri bərpa ediləcək və sonra təqribən 1000-ə yaxın insan yerləşəcək.  Belə pilot layihələr çox ola bilər,  indi onlarınn üzərində iş  gedir. Böyük şəhərlərin baş planları tərtib edilməlidir. Məsələn, Ağdam şəhərində işğaldan əvvəl  40 minə yaxın insan yaşayırdı. İndi əhalinin sayı, əlbəttə, artıb. Odur ki, 50 minlik, bəlkə də 70 minlik bir
şəhər  salınmalıdır. Təkcə yaşayış evləri deyil,  məktəblər, xəstəxanalar inşa edilməlidir, bütün infrastruktur yaradılmalıdır. Bu işlər işğaldan azad olunmuş bütün bölgələri əhatə etməlidir. Füzulidə  hava   limanının   tikintisinə  başlanıb. Ərazinin minalardan təmizlənməsi ilə bağlı
məsələlər  operativ surətdə həll  olunur. Bu, beynəlxalq hava limanı olacaq. Onun uçuş-enmə zolaqları ən ağır yük təyyarələri də daxil olmaqla bütün növ təyyarələri qəbul edə biləcək. İşlər plan üzrə getsə, aeroport bu il payızın əvvəlində istifadəyə veriləcək. Hava limanının  hazır olması həm ərazilərin bərpası üçün  xaricdən alacağımız yüklərin tez çatdırılmasına, həm də qonşu dövlətlərin vətəndaşlarının Şuşa şəhərinə rahat gedib-gəlməsinə   imkan verəcək. Bununla eyni vaxtda Şuşa şəhərinə iki avtomobil yolu çəkilir. Onlardan birinə  Prezidentimiz  “Zəfər yolu” adını verib. Çünki  Azərbaycanın xüsusi təyinatlı qoşunları Şuşa şəhərinə məhz həmin yolla meşələrdən və vadilərdən keçərək gediblər. Nisbətən aran ərazidən keçən digər yol da hava  limanından birbaşa gediş-gəlişi təmin edəcək. Qarabağın mühüm logistika mərkəzinə çevriləcəyindən 
burada aeroport tikmək planları təkcə Füzuli  ilə məhdudlaşmır.
Eləcə də Azərbaycanı onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirən, həmçinin ölkəmizi Türkiyə ilə və eyni zamanda Rusiyanı Türkiyə ilə birləşdirən dəhliz açılması barədə olan böyük planlar 
reallaşacaq.

Bu il ərazilərin bərpası üzrə kifayət qədər geniş xüsusi investisiya proqramı təsdiq edilib. Bağlanmış müqavilələr əsasında ilk ödənişlərin həyata keçirilməsinə başlanır.Həyat  göstərir ki,  müsbət meyillər üstünlük təşkil edəndə hər bir layihə özündən sonra digər layihəni də gətirib çıxarır. Prezident  enerji sektorunda indiyədək gerçəkləşən layihələrimizi misal
gətirdi: “Biz birinci addımı atanda bəlkə də təsəvvür etmirdik ki, bu gün nə qədər böyük layihələr icra edəcəyik. Birinci neft kəməri - Azərbaycanı, Xəzər dənizini Qara dənizlə birləşdirən, 99-cu ildə istismara verilən Bakı-Supsa kəməri görün nəyə gətirib çıxardı. Ondan sonra neçə layihə icra edildi. Sərmayə qoyuluşu, yeni kəşfiyyatlar, eyni zamanda “Cənub qaz dəhlizi”. Bu layihənin icrası ilə bağlı olan məsələlərdə artıq 7 ölkə birləşib və indi bu, özlüyündə yeni bir əməkdaşlıq formatı yaradır. Eyni
mənzərəni biz burada da görə bilərik. Ancaq bir şərtlə ki, burada hər hansı gizli məqamlar, fikirlər olmasın, səmimiyyət, qarşılıqlı inam və maraqların bölgüsü olsun”. İşğaldan azad edilmiş ərazilərdə indi  artıq kənd təsərrüfatı fəaliyyətinə də  başlanıb, 7 min hektardan çox ərazidə payızlıq buğda əkilib. Bunun üçün əvvəlcə ərazi minalardan təmizlənib. Bu sahədə də Azərbaycan geniş beynəlxalq əməkdaşlığa hazırdır və  müxtəlif şirkətlərdən çoxlu təkliflər daxil olur. Müəyyən iş növləri barədə müxtəlif ölkələrdən sifarişlər alınır. Bunlar şəhərlərin planlaşdırılması, obyektlərin, o cümlədən infrastruktur obyektlərinin, yolların, körpülərin, elektrik
stansiyalarının tikintisi ilə bağlıdır.
Postmüharibə dövrü həqiqətən yeni perspektivlər açır. Əməkdaşlıq, qarşılıqlı ticarət, kommunikasiyaların açılması, yeni nəqliyyat dəhlizlərinin açılması üçün  nadir imkanlar yaranır.  Prezident İlham Əliyev müharibə başa çatdığına görə  əcnəbi investorların Azərbaycana daha fəal
şəkildə sərmayə qoyacaqlarına əmin olduğunu ifadə etdi. Hələ müharibədən əvvəl  iki iri beynəlxalq şirkətin ümumi həcmi 440 meqavata bərabər günəş və külək elektrik stansiyaları tikintisinə sərmayə
yatırması barədə müqavilələr imzalandığını və azad edilmiş ərazilərdə də bunun üçün yaxşı imkanlar olduğunu xatırladaraq dedi: “Kəlbəcər-Laçın zonasında külək stansiyaları, çünki orada çox güclü küləklər olur, Zəngilan-Cəbrayıl zonasında isə günəş stansiyaları, çünki orada günəş şüalarının il ərzində miqdarı da çox böyükdür və əgər belə demək olarsa, günəş şüalarının keyfiyyəti də buna imkan verir. Beləliklə, bu gün Azərbaycanın müvafiq strukturlarına əcnəbi tərəfdaşlarla bu məsələlər üzərində işləmək tapşırığı verilib. Yəni bu, çox böyük perspektivə malikdir. Üstəlik, dediyim kimi, biz artıq Qarabağı “yaşıl enerji” zonası elan etmişik və bunun üçün, ilk növbədə, investorları gözləyirik”.

Prezident  həmçinin bütün işlərə dost ölkələrdən olan şirkətlərin cəlb edəcəyini  bildirdi. Belə ki, Türkiyədən olan şirkətlər artıq müxtəlıf  layihələrdə yer alıblar. Strateji önəm daşıyan Füzuli-Şuşa
avtomobil yolunun inşası ilə bağlı türk şirkətləri artıq fəaliyyətdədirlər. Onlar eyni zamanda Göygöl bölgəsindən Kəlbəcərə çəkilən yolda da  işləyirlər. Türkiyə şirkətlərinin buradakı fəaliyyəti üçün yeni
imkanlar yaranacaq. Çünki inşaatda, infrastruktur işlərində və digər sahələrdə böyük təcrübələri var. İran şirkətləri də dağıdılmış ərazilərdə yenidənqurma işlərində iştirak etməkdə maraqlıdırlar.
Xudafərin su anbarının birgə istifadəsi  müzakirə edilib. Elektrik stansiyalarının inşasına dair İran tərəfi ilə razılıq əldə olunub. Artıq Xudafərin və Qız qalası elektrik stansiyalarının tikintisi ilə bağlı büdcə
ayrılıb. Onların ümumi istehsal gücü 280 meqavat olacaq və bu həcm iki ölkə arasında bölüşdürüləcək. Eləcə də  Rusiya və Azərbaycan dost ölkələr   olduğuna görə təbii ki, işlərə Rusiya şirkətləri də cəlb ediləcək.

Bir sözlə, görüləcək işlərin həcmi böyükdür. İşğaldan 10 min kvadratkilometrdən çox ərazi azad edilib. Odur  ki, Azərbaycanın bütün dostları üçün kifayət qədər iş olacaq. Bəs insanlar öz doğma
torpaqlarına, yurd-yuvalarına nə vaxt qayıdacaqlar? “Bizim yarışacağımız əsas tərəf müqabili zamandır” dedi Prezidentimiz. Aydındır ki, dövlət
başçısı maksimum qısa müddət ərzində o insanların yurd həsrətinə son qoyaraq onları  mərhələli şəkildə öz kəndlərinə, şəhərlərinə qaytarmaqda qərarlıdır. Həm də bu, orada yaşayış üçün ən yaxşı şərait 
yaradılandan  sonra həyata keçiriləcək: “Onlar layiqli yaşamağa və müasir dünyanın bütün nemətlərindən istifadə etməyə layiqdirlər. Bu əraziləri bərpa etmək üçün bizim siyasi iradəmiz də, maliyyə resurslarımız da var və biz bunu edəcəyik”.

Faiq Hüseynov,
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Sabirabad rayon şöbəsinin sədri



Xəbərin oxunma sayı : 337




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap