Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Qarabağın yeganə milli parkı - Ağ Göl - FOTOLAR

Tarix 08.02.17, 19:52

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan ərazisində özünəməxsus flora və faunası ilə seçilərək mühafizə olunan 9 milli park mövcuddur. Haqqında danışacağımız isə Qarabağ ərazisində yerləşən yeganə  milli park Ağ göldür.

Son dövrlər Ağ göl milli parkında mühafizə rejiminin zəif olması, burada brakonyerliyə şərait yaradılması haqqında müxtəlif şayiələrin  yayılması mətbuatda ikitərəfli mövqenin yaranmasına səbəb olub.  “Yüz dəfə eşitməkdənsə bir dəfə görmək yaxşıdır” deyimini əsas tutaraq adı çəkilən əraziyə yollandıq. Ancaq heç bir ovçu izinə, brakonyerlik əlamətlərinə rast gəlmədik. 

Milli parkın rəhbəri Loğman Mehdiyevin müşayiəti ilə buranın bitki və heyvanat aləmi ilə yaxından tanış olduq. Eşitdiklərimizlə gördüklərimiz tamamilə fərqli idi. Milli parkın mühafizəsinin yüksək səviyyədə təşkil olunmasının şahidi olduq.

Ağ göl milli parkının yaranmasında əsas məqsəd su bataqlıq və yarımsəhra landşaftının qorunması olub. Aparılan son müşahidələrə əsasən parkda 100-ə qədər bitki, 21 balıq, 30 məməli, 4 suda-quruda yaşayan , 18 sürünən və 300-dən çox quş növü qeydə alınıb. Azərbaycanın “Qırmızı kitabı”na daxil edilən 36 quş növünə də burada rast gəlmək mümkündür.

Loğman Mehdiyevin Modern.az-a bildirdiyinə görə, tarixən bu ərazilərdə ceyranlar yaşayıb və antropogen təsirlərdən kökü kəsilib. XX əsrin ortalarından etibarən ümumiyyətlə bu ərazilərdə ceyran qeydə alınmayıb. Lakin 2010-cu ildən başlayaraq müxtəlif dövrlərdə Ağ göl milli parkı ərazisinə 24 baş ceyran buraxılıb. Təşkil olunan münbit şərait və ciddi mühafizə tədbirləri onların sayının 54 başa çatmasına səbəb olub. Maraqlı məqamlardan biri də odur ki, bu yaxınlarda Mərdəkan sakini Təvəkkül Hüseynov ona məxsus şəxsi həyətyanı sahəsində saxladığı 8 baş ceyranı könüllü olaraq Nazirliyə təhvil verib, həmin 8 baş ceyran parka gətirilib və ceyranların sayı 62 başa kimi yüksəlib. 

Parkda olduğumuz müddətdə həmin ceyranları görmək şansını da əldən buraxmadıq. Doğurdan da buradakı ceyranlar, quşlar, parkın özünəməxsus aurası insanı valeh edirdi.

Loğman Mehdiyev eyni zamanda buradakı canlıların mühafizə olunması ilə bağlı əvvəllər müəyyən problemlər yarandığını da bildirdi: 

“Erməni işğalçılarının torpaqlarımızı ələ keçirməsi nəticəsində Laçın rayonundan olan məcburi köçkünlər Ağ göl milli parkı ilə həmsərhəd ərazidə məskunlaşmışdılar. Onların əsas məşğuliyyət sahəsinin heyvandarlıq olması buranın mühafizə olunmasında müəyyən çətinliklər törədirdi. Lakin sonradan əhalinin maarifləndirilməsi prosesinin həyata keçirilməsi nəticəsində artıq həmin sakinlər də bu işdə yaxından iştirak edirlər. Milli parkın mühafizəsini əsasnaməyə uyğun olaraq təyin olunan mühafizəçilər həyata keçirir. Parkın sərhədboyu müxtəlif ərazilərində növbəylə 24 saat fəaliyyət göstərən beş post yerləşir. Lazım gəldikdə mühafizəyə bütün əməkdaşlar cəlb olunur”.  


Loğman Mehdiyev milli parkda son ildə müəyyən olunan qanun pozuntuları haqqında da bəzi məqamlara toxundu: 

“2016-cı ildə milli parkda 16500 manat civarında cərimə tətbiq olunan 16 qanun pozuntusu aşkar olunub. Bundan əlavə əsasən İraq və Suriyadan olan 9 xarici vətəndaşın ova təşəbbüs göstərməsi mühafizə işçiləri tərəfindən vaxtında müəyyən edilib. Onların hər birinə 2000 manat olmaqla ümumilikdə 18000 manat cərimə tətbiq olunub”.

Qeyd edək ki, 1964-cü ildə 9173 ha sahədə yaradılmış yasaqlıq quşların və onların yaşayış yerlərinin təhlükəsizliyini təmin etmədiyindən 1978-ci ildə yasaqlığın 4400 ha sahəyə malik olan göl akvatoriyası qoruq elan edilib, 1987-ci ildə qoruq sahəsi daha 782 ha artırılıb.
 
2003 -cü il 5 iyul tarixində Azərbaycan Prezidentinin sərəncamı ilə  Ağ göl Dövlət Təbiət Qoruğunun sahəsi 17924 hektara qədər genişləndirilib və ona Milli Park statusu verilib. Eyni zamanda Ağ göl, böyük və kiçik Qızılağac körfəzləri mühüm su-bataqlıq ərazisi kimi 2001-ci il 25 may tarixindən "Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyətli olan sulu-bataqlıq yerlər  Ramsar Konvensiyasının "Ramsar siyahısı"na daxil edilib. Həmçinin, Ağ Göl Beynəlxalq Təbiəti Mühafizə İttifaqının "Qırmızı Siyahısı"na və quşların məskunlaşması ilə bağlı Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na salınıb.
 




















Xəbərin oxunma sayı : 679




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap