|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Qəfil ölüm, sonsuzluq… – Enerji içkilərinin dəhşətli fəsadları
Tarix 17.08.17, 15:08 |
|
“Azərbaycan” qəzeti son vaxtlar dəbdə olan və əslində təhlükə mənbəyi olduğu deyilən enerji içkiləri haqda material dərc edib. Həmin yazını təqdim edirik.
“Enerji” ilə gələn təhlükə…
Ərzaq alarkən yaxşısını axtarırıq. Dadlı, keyfiyyətli, özü də qiymət sarıdan sərfəli olsun deyə, seçim də edirik. Amma bəzən tərkibini bilmədiyimiz, markirovkası ilə dadlı və keyfiyyətli məhsul təəssüratı yaradan qidalardan da qaça bilmirik. Xüsusilə, müxtəlif içkilərdən istifadə zamanı onun gələcəkdə orqanizmdə hansı fəsadlar verəcəyinə məhəl qoymuruq. Sonra ciddi problemlə qarşılaşanda barmağımızı dişləyib təəssüf hissi keçirir, günahı isə istehsalçılarda axtarmağa başlayarıq.
Son vaxtlar dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanda məşhurlaşan energetik içkilər də bu qəbildəndir: ilk baxışdan cəlb edir, alıb içirik, sonra ciddi problemlərlə üzləşirik, ancaq nəticə çıxarmırıq. Ən pisi odur ki, “enerjili olacam, özümü daha da güclü hiss edəcəm” – deyə belə içkilərdən sevə-sevə ən çox istifadə edən gənclərdir. Araşdırmalara görə, enerji içkilərinə meyil edənlər arasında 17-24 yaşlı yeniyetmə və gənclər üstünlük təşkil edirlər.
Bəs, bunun səbəbi nədir? Öncə onu qeyd edək ki, energetik içkilərin istehsalı və satışı ilə məşqul olan şirkətlər ilk növbədə, onu cəlbedici reklam etməklə istehlakçıya sevdirməyi bacarıblar. Daha doğrusu, pafoslu, emosiyalı, əslində isə aldadıcı şou qurmaqla gəncləri tələyə sala biliblər. Amma bu yazıda məqsədimiz reklamçıların işini necə təşkil etməsindən yox, energetik içkilərin tərkibindən, mənşəyindən, istifadəçilərə necə “enerji” bəxş etməsindən, xüsusilə bu içkilərin zərərli tərəflərindən bəhs etməkdir.
Məlumat üçün bildirək ki, ilk dəfə 1987-ci ildə Avstriyada və 1997-ci ildə Amerikada satılmağa başlanan enerji içkiləri sonralar bütün dünyaya yayılıb. Qeyri-rəsmi mənbələrə görə, amerikalılar ilk dəfə bu içkini Vyetnam müharibəsində öz əsgərlərinə veriblər. Ümumiyyətlə, enerji içkiləri dayanıqlığı və fiziki performansı artırmaq xüsusiyyətinə malikdir. Yəqin ki, həm də bu səbəbdən onlar ilk illər atletlər üçün nəzərdə tutulmuşdur.
Bəs, bu içkilərin tərkibi nədir, insanda necə enerji yaradır?
Araşdırmalara görə, enerji içkilərinin təməl maddələri kofein, taurin və qlükoronolaktondur. Bir qutu enerji içkisində su, şəkər, qlükoza, rəngverici və duzluluğu tənzimləyici və s. maddələr var.
Ekspertlərin fikrincə, belə içkilərin orqanizmi enerji ilə təmin etməsi fikri əsassızdır. Çünki onları hazırlayan zaman yalnız orqanizmi stimulyasiya edən maddələrdən istifadə olunur. Onların içərisində insanların ən çox tanıdığı kofeindir. Həmin maddələr orqanizmdə süni stimulyasiya yaradaraq ürək fəaliyyərini artırır, arterial təzyiqi yüksəldir. Qəbul etdikdən sonra o, bədənin daxili ehtyatlarına yol açır, bir növ, açar funksiyası rolunu oynayır. Yəni, bu içki insanın daxilindəki enerji ehtiyatını normadan artıq “xərcləyir”. 4-5 saatdan sonra isə onu istifadə edən şəxs düşkün vəziyyətdə yorğunluq, yuxusuzluq, əsəb və depressiya hissləri keçirir və sonra yavaş-yavaş təbii enerjisini bərpa etməyə başlayır. Necə deyərlər, özünün uzun müddətə topladığı və bir qutu mayenin təsiri nəticəsində bir neçə saatda havaya sovurduğu gücünü yenidən toplamaq məcburiyyətində qalır.
İçkinin tərkibində olan vitaminlər və elementlərə gəlincə, onlar süni aktivləşmə nəticəsində itirilən enerjinin yalnız bir hissəsini ödəyə bilir. Qəbul etdikdən sonra orqanizmdə gedən aktivləşmə prosesinə nəzər saldıqda məlum olur ki, belə içkilərin tərkibindəki kofein mərkəzi sinir sisteminə təsir edərək beyinə gedən və beyindən gələn mesajları sürətləndirir. Bunlar insanın daha oyanıq və aktiv olmasını təmin edən xəbərdaredici funksiyanı yerinə yetirir. İçkinin tərkibində olan taurinin səviyyəsi ərzaqlarda yol verilən ümumi miqdardan bir neçə dəfə yüksəkdir, qlükoronolaktonun miqdarı isə iki şüşədə gündəlik normanı 500 dəfə üstələyir. Digər təhlükələr bir yana, yalnız qeyd etdiyimiz bu fərqlər orqanizm üçün çox böyük zərər sayılır.
İÇİB, ÖLƏN GƏNCLƏR OLUR
Odur ki, həkimlər bu içkilərin istifadə qaydaları, qədəri və kimlərin istifadə edə bilməsi haqqında tez-tez danışırlar. Buna baxmayaraq, istifadə olunduğu əksər ölkələrdə, o cümlədən Azərbaycanda insanlar bu içkilərin bəzən düşkününə çevrilirlər. Hətta o dərəcədə ki, hələlik bizdə olmasa da, ayrı-ayrı ölkələrdə enerjili içki qəbul edib həyatını itirən gənclər olur. Məsələn, İçveçdə 30 yaşlı gənc diskotekada iki banka energetik içki ilə spirtli içkini qarışdıraraq qəbul etdikdən sonra ürəyi dayanıb. 18 yaşlı basketbolçu Ross Kuni də 3 banka energetik içki qəbulundan sonra elə idman meydançasında dünyasını dəyişib. Araşdırmalara görə, təkcə 2008-ci ildə kofeinin həddən artıq dozada qəbulundan minlərlə insan həyatını itirib. Yəqin Fransa, Danimarka və Norveçdə energetik içkilərin rəsmi qadağan olunması, onların yalnız apteklərdə satılması da elə bu səbəbdəndir.
ÜRƏYƏ MƏNFİ TƏSİR GÖSTƏRİR
Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov bizimlə söhbətində bildirdi ki, mənşəyi bilinməyən bu cür içkilərdən istifadə ürəyi yorur, psixoloji asılılıq yaradır, səhhətə, o cümlədən ürək-damar sisteminə, qan təzyiqinə mənfi təsir göstərir:
“Artıq doza qanda təzyiqin qəfildən qalxmasına və ya qanda şəkərin səviyyəsinin artmasına səbəb olur. Ürək xəstəlikləri və hipertoniyadan əziyyət çəkənlərə bir qayda olaraq energetik içkilərdən istifadə təhlükəlidir. Bu cür içkilər nəinki ürək-damar çatışmazlığı və ya şəkər xəstəsi olan insanlar üçün, hətta idmançılar, gənclər üçün də çox təhlükəlidir. Geni dəyişdirilmiş ərzaq məhsulları kimi, onlar da zərərlidir, amma bunun zərəri dərhal özünü göstərir. Konkret norma nəzərdə tutulsa da, istənilən istifadəçi həddi aşır, az qala, aludəçiyə çevrilir. Necə siqaretin, alkoqollu içkilərin zərərli olduğunu bilə-bilə ondan yenə də istifadə edirlər, bax, enerji içkilərindən istifadə də bu həddə çatıb. Adamlar özləri də bilmədən, bəzən bilərəkdən həyatlarını, gələcəklərini təhlükə altına atırlar. Amma bunun əvəzində hansısa istehsalçı, biznesmen öz həyatını qurur, maddi imkanlarını genişləndirir. Yaxşı olardı ki, belə içkilər ölkəyə idxal olunmasın, yerli istehsalın da tərəfdarı deyiləm”.
T.Əmiraslanovun sözlərinə görə, uşaqlar, yaşlılar, qan təzyiqi yüksək, ürəyi zəif, hipertoniya, ürək xəstəlikləri olan insanlar bu içkilərdən istifadə zamanı hər an həyatlarını itirə bilərlər: “Ümumiyyətlə, tərkibində qlükoza və kofein birləşməsi olan içkilər orqanizm üçün çox ziyanlıdır. Mümkün dozanın aşılması halında əlavə təsirlər meydana çıxır, taxikardiya, əsəbilik, psixoloji gərginlik və depressiya halları özünü göstərir”.
SONSUZLUĞA SƏBƏB OLUR
Həmsöhbətimiz belə içkilərin sonsuzluğa səbəb olduğunu da qeyd etdi:
“Bu həm də kişi və qadınlarda sonsuzluq yaradır, hətta bəzən narkomaniya formasına da çata bilir. Odur ki, belə içkilərin uzun zaman, necə gəldi, ümumiyyətlə, istifadəsini məqsədəuyğun saymıram. Kütləvi şəkildə belə içkilərdən istifadə dayandırılmalı, konkret olaraq imtina olunmalıdır. Kim içirsə, günah onun özündədir, insanı bilmədiyi qidanı yeməyə və içməyə heç kim məcbur edə bilməz. İnsanların belə içkilərdən istifadə etməsi bəzi idmançıların bədənlərini şişirtmək üçün məşqdən çox qadağan olunmuş dərmanlar qəbul etməsinə bənzəyir. Təsiri gedəndən və müəyyən müddətdən sonra nə həmin bədən qalır, nə də həmin idmançı”.
Əlbəttə, ekspertlər haqlıdır. İnsan ən güclü, dayanıqlı və təbii enerjini normal qidalanma ilə toplamalıdır, nəinki bir qutu banka ilə… Odur ki, Tanrının bəxş etdiyi sağlamlığı, enerjini qorumaq, ondan səmərəli istifadə etmək lazımdır. O zaman güclü olmaq üçün nə energetik içkilərə, nə də digər süni üsullara ehtiyac olacaq.
Xəbərin oxunma sayı : 241
Sosial
Xəbərlər
-
Sosial sahəyə ayrılan vəsait artırılacaq? - AÇIQLAMA
-
“Həbsdə olmağımın səbəbini bilirəm” - Bəkir Orucovun məhkəməsi
-
Azərbaycanda 3 aya 51 milyon 36 min manatlıq narkotik ələ keçirib - HESABAT
-
NATO qoşunları Rusiya sərhədlərinə yaxınlaşır - Şoyqu
-
“COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək” - İlham Əliyev
-
Polisin “saxla“ əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO
-
Hansı ölkə uşaq böyütmək üçün daha əlverişlidir? – Azərbaycan son onluqdadır
-
Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə öldü - Araşdırma aparılır
-
“Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var” - Prezident
-
Əhalinin nəzərinə! Tibbi arayışlarla bağlı yenilik, mayın 1-dən...
-
Bakıda 21 yaşlı model faciəli şəkildə öldü - FOTO
-
“COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir” - İlham Əliyev
-
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlandı - FOTO/VİDEO
-
Baydenin siyasətinə etiraz etdi – İstefa verdi
-
Tikilməkdə olan Laçın aeroportundan son görüntülər - VİDEO
-
NİİM əhaliyə müraciət etdi - VİDEO
-
“Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək“ - “Cümü“yə 18 il həbs verildi
-
Hərbi gəmilər, kater və vertolyotlar Xəzərdə hərəkətə gətirildi: Möhtəşəm təlimlərdən FOTO/VİDEO
-
Xocavənddə partlayıcı vasitələr aşkar edilib: Saxlanılan var - FOTO
-
Qubada illərdir hökm sürən kanalizasiya problemi nə zaman həllini tapacaq? - VİDEO
-
Amerikalılar kütləvi şəkildə “iPhone” almaqdan imtina edirlər - SƏBƏB
-
Şəxs hansı halda orqanını başqasına verə bilər? - ARAŞDIRMA
-
Binəqədinin keçilməz yolları - VİDEO
-
Könül Kərimova estetik əməliyyat etdirib - FOTO
-
Xavi qərarını niyə dəyişdiyinin səbəbini dedi: “Üç dəqiqə söhbətləşdik və...“
-
Çörək və un məmulatlarına tələbatın azalması qiymətlərə təsir edəcək? - VİDEO
-
Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
-
Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR
-
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
-
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir - FOTO/VİDEO
-
NATO baş katibi qırıcı təyyarədə ikinci pilot oldu - FOTO
-
Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO
-
Lukaşenko nüvə başlığını qucaqladığını bildirib - VİDEO
-
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
-
Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 23 bəfər saxlanıldı
-
İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş
-
Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – Tam siyahı
-
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib - VİDEO
-
Keçmiş nazir müvininə 7 il iş kəsildi - 125 milyon mənimsəyib
-
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
-
Ətin qiyməti 25 manat olacaq? - AÇIQLAMA
-
Prezidentlər Ağdamda orta məktəbin təməlqoyma mərasimində - FOTOLAR
-
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
-
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO
-
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
-
Mənimsəmədə təqsirləndirilən vəkilin cinayət işinin bəzi detalları məlum olub - İTTİHAM AKTI
-
COP29 Azərbaycanın malik olduğu imkanlarıntəqdimatı olacaq
-
Xaricdən gətirilən kartof ölkə daxilində 2 dəfə baha satılır – Rəqəmlər
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
-
İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?
-
Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır - Zaxarova
-
“TikTok“la bağlı sorğu keçirilib - 74,9% məhdudiyyət tətbiqini istəyib
-
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
-
Xocalıda insan qalıqları aşkar edildi - FOTO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar - FOTOLAR
-
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
-
“Füzuli tam şəkildə yenidən qurulur” - Hikmət Hacıyev
-
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - FOTOLAR
-
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
-
Bakıda kişi qardaşını qətlə yetirib: “Hamımızın başına oyun açırdı”
-
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - FOTO
-
Deputatdan parlament seçkilərinin vaxtı ilə bağlı iddia
-
Bakının məşhur məktəbi təmirə bağlanır: Şagirdlər digər təhsil ocağına köçürülürlər
-
Avtomobili yay rejiminə necə keçirək? - AÇIQLAMA + VİDEO
-
Naxçıvanın yeni baş naziri vəzifəsindən azad olundu - Yerinə Cəlilov təyin edildi
-
“Zəngəzur dəhlizinin adını eşitdikcə sanki ağıllarını itirirlər...“ - “Bu, çox qəribədir“
-
Azərbaycandan dünyaya Yaşıl Baxış
-
Bakıda 6 istiqamət üzrə istirahət zonaları yaradılacaq - TƏFƏRRÜAT + VİDEO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - FOTOLAR
-
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
-
“Dövlət sərhədimizin 12 kilometri artıq delimitasiya olunmuş hesab edilir” - Prezident İlham Əliyev
-
Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi
-
Taliban İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradır: İşsizlərin siyahısı hazırlanır
-
Azərbaycanda balıq ovu qadağan edilir - Bu tarixdə
-
“NATO Polşada nüvə obyektləri yerləşdirərsə, hədəfimiz olacaq“ - Rusiya XİN
-
Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - ARAŞDIRMA + VİDEO
-
Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA
-
Bayden qanun imzaladı - Üç ölkəyə hərbi yardım haqqında
-
ADA Universitetində keçirilən forumdan mühüm məqamlar
-
İqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə
-
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
-
“Qarabağ“ - “Neftçi“ oyunundakı 5 qol - VİDEO
-
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
-
Keçmiş başçının hospitalından şikayət - Pasientlə “Rela Hospital“ arasında nə baş verib?
-
Bayden qanunu imzaladı - “TikTok” ABŞ-da qadağan ediləcək
-
Şuşada inşa olunan yeni yaşayış kompleksinin görüntüləri - VİDEO
-
Maşın bazarında durğunluğun səbəbi nədir? - VİDEO
-
Büdcəyə yenidən baxılacaq? - FOTO
-
Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi
-
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
-
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
-
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb - FOTO
-
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
-
“İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - Aysun İsmayılova
-
Sabah Rəfahda hərbi əməliyyat başlaya bilər - İsrail nəşrindən şok iddia
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
-
Sabah Binəqədidə qaz olmayacaq - Xəbərdarlıq
-
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə şad xəbər - VİDEO
-
Əfv Komissiyasının növbəti iclası keçirilib - Müraciətlərin sayı 300-ü keçib
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
TOP 10
ARXİV