Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Qərb ənənəvi müxalifətlə əməkdaşlığı dayandırıb - səbəb...

Tarix 26.07.18, 16:14

Font ölçüsü : - / +
bitmap-img6


Elşən Mustafayev: “Bu çöküşdə səfirliklərin və beynəlxalq təşkilatların da rolu var”

Əvvəlki illərdə Qərb ölkələrinin ölkəmizdəki səfirliklərinin, habelə beynəlxalq qurumların Azərbaycanın aparıcı müxalifət partiyaları ilə sıx əlaqələrinin olduğu açıq görünürdü. Tez-tez görüşlər keçirilir, əməkdaşlıq münasibətləri davam etdirilirdi.

Bir sözlə, müxalifətə müəyyən həddə qədər dəstək verilir, onlarla işləyirdilər. Bəzən hakimiyyət bu vəziyyəti diplomatik korpusa irad olaraq bildirir, müxalifəti isə Qərbin sifarişi ilə hərəkət etməkdə ittiham edirdi.  Buna baxmayaraq, ənənəvi müxalifətə dəstək verilirdi, onunla işləyirdilər. Lakin son bir neçə ildir ki, Qərb-müxalifət dostluğu,əməkdaşlığı sanki dayanıb. Ona görə də “Qərb müxalifətlə işləməyi dayandırıb, yoxsa bəlkə gizli əməkdaşlığa keçilib?” sualı son zamanların tez-tez səslənən suallarından birinə çevrilib.

AMİP-in beynəlxalq əlaqələr katibi, politoloq Elşən Mustafayev bu barədə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, həqiqətən də əvvəlki illərə baxanda həm səfirliklərin, həm də beynəlxalq təşkilatların siyasi partiyalarla əlaqələri çox zəifləyib. Əslində bu əlaqələrin hakim partiya ilə də azaldığı müşahidə edilir: “Mən bunu ancaq müxalifət partiyalarına aid etmirəm. Eyni zamanda hakim partiya ilə də əlaqələr eyni səviyyəyə düşüb. Bunun da səbəbini ölkədəki siyasi partiyalar sisteminin sıradan çıxmaq həddinə qədər zəifləməsi və ictimai-siyasi proseslərə təsir imkanlarının azalması ilə əlaqələndirirəm. Bu çöküşdə hakimiyyətin siyasəti ilə eyni səviyyədə həmin səfirliklərin və beynəlxalq təşkilatların da rolu var. Belə ki, əvvəllər mütəmadi görüşlər, fikir mübadilələri tez-tez olardı, hakim partiya daxil, ölkənin əsas partiyalarının nümayəndələrinin, gənclərinin iştirakı ilə çoxlu sayda tədbirlər keçirilərdi. Bunun nəticəsi idi ki, siyasətçilər arasında bir-birilərinə dözümlülük, müəyyən mənada qarşılıqlı hörmət mövcud  idi. Sonradan səfirliklər və beynəlxalq təşkilatlar daha çox müəyyən QHT-lərlə, ictimai birliklərlə  bu istiqamətdə işləməyə başladılar. Ancaq nəticə vətəndaş cəmiyyəti institutlarının inkişafına, demokratik dəyərlərin artmasına gətirib çıxarmadı, siyasi partiyalar isə küncə sıxışdırıldı. Mən bilmirəm nədən belə bir yol seçildi. Amma bunun yanlış olduğunu hesab edirəm, eyni zamanda düşünürəm ki, onlar da artıq bunu anlamağa başlayıblar”.

Elşən Mustafayev ile ilgili görsel sonucu

E.Mustafayev bir zamanlar Qərbin, diplomatik korpusun əlaqələrini sırf müxalifətə dəstək kimi dəyərləndirməyin əleyhinə olduğunu dedi: “Bu əlaqələr təkcə müxalifətlə qurulmamışdı. Çünki hakimiyyətlə də sıx və işgüzar əlaqələr, görüşlər açıq və qapalı şəkildə həmişə olurdu və hər iki tərəf bundan məmnun idi. Lakin sonradan hər şey dəyişdi. Düşünmürəm ki, bu gün müxalifət partiyaları ilə hər hansı ciddi gizli əlaqələr olsun. Mövcud olan əlaqələr göz qabağındadır. O da ölkələrinin bayram tədbirlərinə hamı ilə birgə onların dəvət olunması, bir neçə səfirliyin nümayəndələrinin seyrək şəkildə azsaylı partiya funksionerləri ilə görüşlərindən ibarətdir.  Məhz bu siyasətin nəticəsidir ki, siyasi partiyalar zəifləsə də narazı insanların sayında artım var və onların  sabah kimlərin təsir altına düşə biləcəyini  söyləmək  isə hamı üçün  çətinləşib”.




Xəbərin oxunma sayı : 1063




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap