Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Qeyri-neft ixracında kəskin artım nə ilə bağlıdır? - “Real sektora sərt karantin qaydaları tətbiq etmək olmaz“

Tarix 07.09.21, 13:19

Font ölçüsü : - / +
bitmap-img6


Bu ilin ilk 8 ayında Azərbaycan 1 milyard 580 milyon dollarlıq qeyri-neft məhsulları ixrac edib. Bu il əvvəlki ilin eyni dövrü ilə müqayisədə 37.1 faiz çoxdur.

İqtisadçı, deputat Vüqar Bayramov bildirir ki, qeyri-neft ixracatının strukturunda Rusiya və Türkiyə aparıcı mövqeyini qoruyub saxlasa da İsveçrə və ABŞ kimi inkişaf etmiş ölkələr də Azərbaycan neftdən kənar sektordan məhsul alan ilk beşliyə daxil olublar. 

Onun sözlərinə görə, qeyri-neft ixracatımızın 1/3-i Rusiyanın, təxminən 30 faizi isə Türkiyənin payına düşür.

"Mövsüm ilə bağlı olaraq Rusiyaya ixrac edilən kənd təsərrüfatı məhsullarının həcmi artıb. Növbəti aylarda Türkiyə daxil olmaqla, qeyri-MDB ölkələrinə daha çox məhsul ixrac olacağı gözlənilir",-deyə iqtisadçı vurğulayıb.

Deputat daha sonra Türkiyədən qeyri-neft məhsullarımıza sifarişin həcmindəki artımlara diqqət çəkib: "Bu ilin mart ayından etibarən Azərbaycan ilə Türkiyə 15 əsas mal qrupu üzrə preferensial ticarət rejimi qüvvəyə mindi. Bu isə iki ölkə arasında ticarət dövriyyəsinə müsbət təsir göstərməkdədir. Bütövlükdə, iki ölkə arasındakı mövcud 4.5 milyard dollarlıq ümumi ticarət dövriyyəsini 2023-ci ilədək 15 milyard dollara çatdırmaq hədəflənir".

V. Bayramovun sözlərinə görə, artımda digər səbəb qeyri-neft ixracatının strukturunda baş verən dəyişikliklərdir. Millət vəkili qeyd edir ki, bu iliin ilk 8 ayında qeyri-neft ixracında qara metallar və onlardan hazırlanan məmulatlar 1,5 dəfə, pambıq iplik 3,1 dəfə, şəkər 2,2 dəfə, kimya sənayesi məhsulları 68%, pambıq lifi 88,5%, alüminium və ondan hazırlanan məmulatlarda isə 45% artım artıb.

"Son 5 ilin statistikası göstərir ki, pandemiyanın təsir etdiyi 2020-ci il istisna olunmaqla hər il əvvəlki ilə nisbətən qeyri-neft ixracatında artım qeydə alınıb. 2016-cı ildə 1 milyard 237 milyon dollar olan qeyri-neft ixracatı 2017-ci ildə 1 milyard 538 milyon dollar, 2018-ci ildə 1 milyard 689 milyon, 2019-cu ildə 1 milyard 954 milyon dollar, 2020-ci ildə isə 1 milyard 900 milyon dollar olub",-deyə V. Bayramov əlavə edib.

İqtisadçı hesab edir ki, son statistika "lock-down" tədbirlərinin tətbiq olunmadığı müddətdə qeyri-neft sektoru istehsal və ixrac imkanlarını artırmaq potensialına malik olduğunu göstərir. Bu baxımdan da, pandemiyanın davam edən aylarında da real sektorda sərt karantin tədbirlərinin tətbiq olunmaması məqsədəuyğundur.

Deputat sonda vurğulayıb ki, bu ilin ilk 8 ayında artım tempini nəzərə alsaq 2021-ci ildə qeyri-neft ixracının ilk dəfə 2 milyard dollardan çox olacağı gözlənilir.



Xəbərin oxunma sayı : 628




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap