Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Qəzza zolağından İsrailə 200-dən çox raket atılıb - FOTO

Tarix 11.05.21, 10:00

Font ölçüsü : - / +
bitmap-img6


Fələstinli radikallar ötən gecə Qəzza zolağından İsrailə 200-dən çox raket atıblar.

TASS xəbər verir ki, bu barədə jurnalistlər üçün brifinqdə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Conatan Konrikus məlumat verib.

O qeyd edib ki, İsrail ordusu buna cavab olaraq sahil Fələstin anklavında 140 hərbi hədəfi vurub:

“Qəzza zolağından İsrailin müxtəlif şəhərlərinə gecə boyunca 200-dən çox raket atıldı, bunların təxminən üçdə biri Qəzza zolağı ərazisinə düşdü. Onlarla raket zərərsizləşdirilib. Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri 12 saat ərzində sektordakı radikalların təxminən 140 hərbi hədəfini vurub və “Həmas” və “İslami Cihad” qruplaşmalarının təxminən 15 üzvü məhv edilib”.

İsrail Müdafiə Nazirliyindən bildirilib ki, “Həmas” hərəkatı mənbəyi Qəzza zolağı olan bütün hadisələrə məsuliyyət daşıyır və İsrailin mülki vətəndaşlarına qarşı terror fəaliyyətlərinə görə cavab verəcək.

Qeyd edilir ki, Qəzza zolağından atılan raketlərdən biri çərşənbə axşamı səhər İsrailin cənubundakı Aşkelon şəhərində yaşayış binasına düşüb və nəticədə altı sakin yaralanıb.






Xəbərin oxunma sayı : 433




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap