Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Qobu sakini: “Axşamdan çayniki qoyuruq qazın üstünə, səhər baxırıq ki, hələ qaynamayıb…”

Tarix 20.02.17, 0:15

Font ölçüsü : - / +
bitmap-img6


Qobu qəsəbəsinin sakini olan 6 uşaq anası deyir, qonşular olmasa, çoxdan donmuşdular

“Bir var, gün ərzində qaz kəsilə, sonra yenə bərpa ola... Lap 2-3 gün qazsız qalasan... Bir də var, 2017-ci il girəndən qaz kəsilə, bir də bərpa olmaya…”

Qobu qəsəbəsinin aşağı məhəllələrinin sakinləri danışırlar ki, 2 aya yaxındır odun ümidinə qalıblar. Məhəllə sakini Nurəddin Kərimovun sözlərinə görə, qaz idarəsinə gedib-gəlməyin vaxt itkisi olduğunu anlayanda, maşınla odun almaq qərarına gəlib:“Həyətdə ocaq qalayırıq, çay qoyuruq, yemək hazırlayırıq… Evləri də elektrik cihazlarıyla qızdırırıq. İşıq kəsiləndə evdə də odun yandırırıq”.



Digər sakin Səfa Fərəcovsa deyir, bəzi məhəllələrdə qaz var, ancaq təzyiq o qədər aşağıdır ki, odun yandırmaqdan başqa çarə yoxdur: “Axşam yatmağa gedəndə çayniki qoyuruq, səhərə yaxın ayılırıq ki, hələ qaynamayıb. Bu qədər aşağıdır təzyiq… Elə yox kimi şeydir… Yeməyi gah ocağa qoyuruq, gah qaz plitəsinə, sonra yenə götürüb ocağa qoyuruq. Bax belə qarışıq durumda qalmışıq. Ya bu qazı yerli dibli ləğv eləsinlər, bilək ki, bu ölkədə qaz deyilənşey yoxdur, ya da qazı elə versinlər ki, yararlana bilək”.

Təkbaşına 6 uşaq saxlayan Könül Alxasovanın durumunu ağırlaşdıransa öhdəsində azyaşlıların olmasıdır. O, uşaqların tez-tez xəstələndiyini deyir. Bir də deyir ki, qonşular olmasaydı, çoxdan donmuşdular:“Yoldaşım həbsdədir. Uşaqların böyüyü 14, kiçiyi 3 yaşındadır. İki dəfə qonşularım yığışıb mənə odun alıb. Uşaqların dərmanını da qonşular alıb verir. Soyuq olduğu üçün tez-tez xəstələnirlər. Bir dəfə uşaqları da yığıb apardım tökdüm “Azəriqaz”ın qabağına. Dedim, donurlar, saxlaya bilmirəm. İnsafınız olsun, qaz verin, uşaqların canınıisidək. Qapıda dayanan dedi, ‘elə bilirsən burdakıların öz evində qaz gəlir? Bütün ölkə bu gündədir’”.



Abşeron rayon qaz idarəsindən  bildirilib ki, Qobunun aşağı və yuxarı məhəllələrində qaz problemi yoxdur:“Təzyiq aşağı ola bilər, ancaq mütləq qaz var. Təzyiqin aşağı olması isə bizdən asılı səbəbdən deyil. Biz də istəyirik ki, şikayət, narazılıq olmasın, ancaq nə edə bilərik, imkan daxilində çalışırıq ki, abonentlərin narazılığı aradan qaldırılsın”, – idarədən bildirilib. (“Azadlıq” radiosu)





Xəbərin oxunma sayı : 91




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap