“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Qrizmannın anasına söydü, Pikeni təhqir etdi - “Barselona”da yeni qalmaqal

Tarix 06.03.20, 22:49

Font ölçüsü : - / +
bitmap-img6


“Barselona” daxilində gərginlik davam edir.

Qol.az İspaniya mətbuatına istinadən xəbər verir ki, bu dəfə komandanın yeni baş məşqçisi Kike Setyenin köməkçisi Eder Serabiya uyğunsuz hərəkəti ilə diqqət mərkəzinə düşüb. Konkret olaraq, 39 yaşlı mütəxəssis “Real”la “El-Klassiko” oyununda (0:2) bir neçə futbolçunu təhqir edib. Eder matçın gedişatında texniki zonadan qışqırmaqla “Barselona”nın hücumçusu Antuan Qrizamanın anasına söyüb. Bu isə efirə düşüb.

O, həmçinin oyunundan razı qalmadığı Jerar Pikeni, Ter Ştegeni, Arturu, Nelson Samedonu, eləcə də “Real”ın hücumçusu Benzemanın ünvanına təhqiramız ifadələr işlədib. Setyen özü də əsəbi reaksiyalar verib. Amma köməkçisi kimi təhqir səsləndirməyib.

Həmin matçdan sonra kapitan Lionel Messinin Ederə etiraz etdiyi bildirib. O da qeyd edilir ki, bu oyuna qədər yeni məşqçilərlə futbolçular arasında heç bir problem olmayıb.

“Marca” qəzetinin bu gün yazdığına görə, Setyen jurnalistlərə açıqlamasında köməkçisinin hərəkəti səbəbindən bütün məqçilər heyətin adından üzr istəyib:

“Əlbəttə, biz onunla danışmışıq. Bu məsələni həll etməyə çalışırıq. Eder bunun üzərində işləyir. Mən də daxil olmaqla məşqçilərimiz baş verənlərə görə üzrxahlıq edib. Bütün hallarda bu, mənim səhvimdir. Gərək hər şeyi nəzarətdə saxlayım. Bu məsələ mənə çox təsir göstərib və  narahat edib. Biz məşqçiləri pis oyuna, doğru olmayan əvəzetməyə görə tənqid etmək olar. Amma etik davranışa görə... Eder emosional oğlandır. Bu, yaxşı haldır. Amma o, özünü aparmaq qaydasını öyrənməlidir. Çünki belə hallar daha əvvəl də baş verib. Texniki zonada biz klubu təmsil edirik və hərəkətlərimiz də yaxşı olmalıdır”.

Xatırladaq ki, bu, son aylar “Barselona” daxilindəki ilk problem deyil. Daha əvvəl Lionel Messi ilə klubun idman direktoru Erik Abidal arasında problem yaranmışdı.



Xəbərin oxunma sayı : 706




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap