Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

QSC video yaydı, BNA-nı faktla üz-üzə qoydu: “Bu “professor“lar...“ - VİDEO

Tarix 19.11.18, 10:07

Font ölçüsü : - / +
bitmap-img6


"Koroğlu" metrostansiyasından Binə qəsəbəsi istiqamətinə hərəkət edən 160 nömrəli marşrut avtobusunun qatarın gəlişinə məhəl qoymadan dəmiryolu xəttinin qadağan olunan xəttini keçməsi ilə bağlı dünən yayılan videoya aydınlıq gətirilib.

AzFakt.com bildirir ki, həmin videodan aydın görünür ki, avtobus sürücüsü qatarın gəlməsinə məhəl qoymadan sürətlə dəmiryolu xəttinə yaxınlaşıb. Son anda sürücü  avtobusu qatarla toqquşmadan saxlasa da, qadağan olunan ərazidə aşağı enən şlaqbaum avtobusun üzərində dayanıb. 

Maraqlı budur ki, avtobus sürcüsünün bu özbaşınalığına Bakı Nəqliyyat Agentliyi haqq qazandırmağa cəhd edib. 

Belə ki, BNA-nın sözçüsü Mais Ağayev iddia edib ki, həmin an ərazidə şlaqbaum açıq olub, üstəlik, işıqfor da işləməyib. Buna görə də sürücü yoluna davam edib: "Əgər avtobus şlaqbaum bağlı olduğu halda keçidə daxil olsaydı, şlaqbaum avtobusun üstündə olmazdı".

AzFakt.com bildirir ki, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Sevinc Qədirova Feysbuk-dakı səhifəsində yeni video paylaşıb. 

Sevinc Qədirovanın səhifəsində paylaşılan həmin videodan isə açıq görünür ki, BNA-nın işıqfor və şlaqbaumla bağlı iddiaları yalandır. Belə ki, dəmiryol xəttinin işıqforu dəqiq işləyir, şlaqbaum isə qatarın gəlişinə uyğun olaraq, zamanında açılıb, bağlanır.

S.Qədirova paylaşdığı yeni videoya belə təqdimat verib: "Məncə, hər şey aydındır və heç bir şərhə ehtiyac yoxdur. Nə işıqfora, nə siqnala fikir verən yoxdur. Nəticədə isə hərəkətdə olan qatarı günahkar çıxarmağa çalışırlar  "PROFESSORLAR"".

Xatırladaq ki, bir müddət əvvəl həmin ərazidə 160 saylı avtobusun törətdiyi qəzada 3 nəfər ölmüş, 40 nəfər yaralanmışdı.










Xəbərin oxunma sayı : 136




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap