Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO “Kim bunu mənə qadağan edə bilər?“ - FOTO Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım
Axtar
 
  • / Maqazin / — 23 İyul 2024

    Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 13 İyul 2024

    “Kim bunu mənə qadağan edə bilər?“ - FOTO

  • / Maqazin / — 11 İyul 2024

    Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO

  • / Maqazin / — 10 İyul 2024

    Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım

  • / Maqazin / — 08 İyul 2024

    Nigar Camal geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 08 İyul 2024

    Əməkdar artist Cıdır düzündə poza verdi - FOTOLAR

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev oliqarx imiş - Klinika, “parnik“lər, “zaprvka“, obyektlər...

Tarix 22.02.24, 11:39

Font ölçüsü : - / +
bitmap-img6


Elm və Təhsil nazirliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyevin böyük biznes şəbəkəsi var imiş.
 
Bu barədə AzFakt.com-un mötəbər mənbədən əldə etdiyi məlumatda deyilir.
 
Məlumata görə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev təyinatından öncə Bakıda parkinq biznesinə girişsə də, bu sahədə güclü rəqibləri onu bazardan çıxara bilib.
 
Coşqun Əliyevin parkinq proyekti iflasa uğrasa da, o, bir çox sahələrdə geniş biznes qurmağı bacarıb.
 
Belə ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdirinin hazırda Xəzər rayonunun Zirə qəsəbəsində sahəsi hektarlarla olan pomidor və xiyar istixanaları var. C.Əliyevin uzun illərdir bu istixanalardan milyonlarla gəlir əldə etdiyi bildirilir.
 
Coşqun Əliyevin paytaxtın Yasamal rayonunda da dəyəri milyonlarla ölçülən obyektləri var. Bu obyektlərdən biri hazırda klinika kimi fəaliyyət göstərir.
 
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri İsmayıllı və Bərdə rayonlarında da xeyli sayda obyektlərinin olduğu məlumatlar sırasında yer alır.
 
Qeyd edək ki, Coşqun Əliyev 2023-cü ilin dekabr ayının 19-da Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib.
 
Coşqun Əliyevin pedoqoji fəaliyyəti barədə heç bir məlumat yoxdur.
 
Maraqlıdır ki, Coşqun Əliyevin bioqrafiyası barədə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rəsmi saytında da məlumata rast gəlinmir.
 
Qeyd edək ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin nəzdində 409 müəssisə fəaliyyət göstərir.



Xəbərin oxunma sayı : 1492




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap