Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Quba və Şəkidə pilot layihə reallaşdırılacaq- Vüqar Hüseynov

Tarix 15.02.19, 16:26

Font ölçüsü : - / +
bitmap-img6


“Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə gələn həftədən başlanacaq. Artıq sistemin tətbiqi ilə bağlı pilot rayonlar seçilib. Gələn həftədən Quba və Şəkidə fermerlərin məlumatlarının sistemə daxil edilməsi prosesinə start veriləcək”. 

AzFakt.com xəbər verir ki, bu açıqlamanı Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov verib.

Nazirlik rəsmisi bildirib ki, fermerlər məlumatları sistemə özləri daxil etməlidir: “Pilot olaraq seçilmiş rayonlarda fermerlər üçün yeni sistemin təqdimatı keçiriləcək, qeydiyyat proseduru, funksiyalardan istifadə qaydaları izah olunacaq. Bununla bağlı maarifləndirmə prosesinə Dövlət Aqrar İnkişaf Mərkəzləri, Aqrar İnkişaf Könüllüləri, təlimçilər cəlb ediləcək. Fermerlər öz məlumatlarını Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə daxil etdikdən sonra pilot olaraq seçilmiş bölgələrdə ilkin məlumat bazası formalaşdırılacaq. Bu bazalar fermerlərə elektron xidmətlərin göstərilməsində mühüm rol oynayacaq”.

Vüqar Hüseynov əlavə edib ki, maarifləndirmə işləri Dövlət Aqrar İnkişaf Mərkəzlərində, ASAN Xidmət Mərkəzlərində, Səyyar ASAN Xidmətlərdə aparılacaq: “Quba və Şəkidə yaşayan fermerləri bu prosesdə aktiv olmağa çağırırıq. Fermerlər EKTİS-də qeydiyyatdan keçdikdən sonra mülkiyyətlərində olan, əkin apardıqları sahələrin koordinatlarını, əkdikləri məhsulu, məhsuldarlıqla bağlı proqnozu sistemə daxil etməlidir. Onlara həmçinin EKTİS-də yaratdıqları şəxsi kabinetlərində xidmət sifariş etmək, şikayət etmək funksiyaları da izah olunacaq”.

Nazirlik rəsmisi bildirib ki, yeni sistemin tətbiqi fermerlər üçün çoxsaylı üstünlüklər yaradır: “Bu sistem fermerlərə yaxınlıq, şəffaf və səmərəli idarəetmə, innovasiyaların tətbiqi prinsiplərimizi ümumiləşdirilmiş şəkildə birləşdirir. Hər üç prinsip fermerlərə daha keyfiyyətli xidmət göstərməyi, xidmətləri kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün daha əlçatan etməyi nəzərdə tutur”. 



Xəbərin oxunma sayı : 550




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap