Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Qubad İbadoğlu:“Azərbaycan iqtisadiyyatı dayanıqlı deyil, xarici şoklardan asılıdır“

Tarix 03.01.19, 10:30

Font ölçüsü : - / +
bitmap-img6


“Təzəcə başlamış 2019-cu ildən gözləntilərdən danışarkən daha çox istinad olunan mənbə neftin dünya bazar qiymətindəki dəyişikliklərdir. Çünki müstəqilliyimiz qədər kövrək olan iqtisadiyyatımızın dünya bazarından asılılığı son illər ərzində azalmaq əvəzinə, yenidən artmağa başlayıb. Bu illər ərzində qeyri-neft sektoruna güvənən dayanıqlı iqtisadiyyatın qurulmaması 2019-cu ildə xarici şokların rolunu daha da yüksəldib. 2015-ci ilin ikiqat devalvasiyasından sonra investorların və istehlakçıların etimadını tam itirmiş manata azacıq inam yarandığı indiki ərəfədə nəzərlər yenidən dünya bazarında neftin qiymətinə dikilib”.

AzFakt.com xəbər verir ki, bu barədə iqtisadçı alim Qubad İbadoğlu bu il neftin qiymətinin milli valyutaya mümkün təsirlərini qiymətləndirərkən deyib. 

Ekspert qeyd edb ki, neftin qiymətinin hansı həddə olacağı ilə bağlı əvvəlki illərlə müqayisədə 2019-cu il üçün proqnoz vermək daha da çətinləşib:

“Çünki tələb və təklif arasında balansla bağlı xeyli qeyri-müəyyənliklər var. Belə ki, bu il Beynəlxalq Dəniz Təşkilatı tərəfindən tətbiqi nəzərdə tutulan dəniz yanacağının tənzimlənməsinə dair normativ tələblər, OPEK və ora daxil olmayan 10 neft istehsalçısının ötən ayın əvvəlində hasilatın azalması ilə bağlı qərarı, ABŞ-ın İran neftinin istehlakçılar üçün sanksiyalarına necə əməl olunacağı yanaşı Venesuelada hasilatın enməsi, eləcə də Liviyanı hasilat səviyyəsini saxlamaq qabliyyətininin davam etməsinə qədər çox saylı amillər neftin dünya bazar qiymətinin müəyənləşdirilməsində əhəmiyyətli rol oynayacaq”.

Q.İbadoğlu hesablamalara əsaslanaraq qeyd edir ki, istehlakçılar üçün qiymətlərin 85 dollardan yuxarı, istehsalçılar üçün isə 55 dollardan aşağı olması məqbul deyil:

“Hazırda dünya neft bazarında hər barrelin qiyməti 55 dollardan ucuzdur. Bu o deməkdir ki, indiki qiymət istehsalçılar, o cümlədən Azərbaycan üçün sərfəli deyil. Əgər yuxarıda sadaladığımız səbəblərdən qiymət daha da ucuzlaşarsa, onda 2019-cu ildən gözləntilər özünü doğrultmaya bilər. Nəzərə almaq lazımdır ki, gəlirlərin formalaşması yalnız qiymətdən deyil, miqdardan da asılıdır. Rəsmi proqnozlara görə bu il Azərbaycanda neft hasilatı əvvəlki illə müqayisədə azalacaq”.

Ekspert hesab edir ki, cari ildə də Azərbaycan iqtisadiyyatında hər şey olmasa da çox şey dünya bazarında neftin qiymətlərindən asılı olacaq:

“Təəssüf ki, əsas ixrac kəmərinin işə düşməsindən 12 il ötməsinə baxmayaraq hələ də Azərbaycan iqtisadiyyatı dayanıqlı deyil, neft sektorundan, neft bölməsi də dünya bazarındakı şoklardan əhəmiyyətli dərəcədə asılı vəziyyətdədir. Bu isə şübhəsiz ki, 2019-cu ildə iqtisadiyyatın idarəolunmasının risklərini artıracaq”.



Xəbərin oxunma sayı : 166




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap