Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Quldurluqla suçlanan dəstənin cinayət işi - Həbs edilən qardaşların bəd əməlləri

Tarix 15.03.20, 16:47

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda vətəndaşlara qarşı quldurluq etməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb. Həbs edilənlərdən ikisi qardaşdır.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Sahib Cəfərli, Mehdi Cəfərov və Azər Ağacanovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Həbs edilən Cəfərovlar qardaşdırlar. Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Qeyd edək ki, ötən il noyabrın 26-da saat 1 radələrində Yasamal rayonunun Moskva prospektində 3 nəfər naməlum şəxs Sumqayıt şəhər sakininin idarə etdiyi “London-Taxi” markalı avtomobilə sərnişin qismində oturub Xırdalan şəhərinə gedəcəklərini bildiriblər.

Xırdalan şəhəri ərazisində onlar sürücünü bıçaqla hədələyərək 63 manat pulunu və mobil telefonunu alaraq, hadisə yerini tərk ediblər.

Baş Cinayət Axtarışı İdarəsi və Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər nəqliyyat vasitəsini qanunsuz olaraq ələ keçirdiyinə görə məhkum olunmuş Sahib Cəfərli saxlanılıb.

Cinayətdə şübhəli bilinən S.Cəfərlinin qardaşı, əvvəllər qəsdən sağlamlığa zərər vurduğu üçün 2 dəfə məhkum olunmuş Mehdi Cəfərov ötən il dekabrın 3-də Nəsimi RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla onun qanunsuz olaraq silah saxladığına görə də axtarışda olması müəyyən edilib.

Təqsirləndirilən şəxslərin digər cinayətləri də müəyyən edilib. İş üzrə 11 nəfər zərərçəkmiş qismində tanınıb. Onlara Cinayət Məcəlləsinin 181.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq) maddəsi ilə ittiham verilib.



Xəbərin oxunma sayı : 754




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap