Şəbnəm Tovuzlunun elə bir fotosu internetə sızdı ki, hər yerdə onu sildirir- FOTO Həyat yoldaşına 300 minlik avtomobil aldı Kənan Doğulu Bakıda konsert verdi Elgiz əməkdar artistin görünüşünü lağa qoydu
Axtar
 
  • / Maqazin / — 21 May 2018

    Şəbnəm Tovuzlunun elə bir fotosu internetə sızdı ki, hər yerdə onu sildirir- FOTO

  • / Maqazin / — 20 May 2018

    Həyat yoldaşına 300 minlik avtomobil aldı

  • / Maqazin / — 20 May 2018

    Kənan Doğulu Bakıda konsert verdi

  • / Maqazin / — 18 May 2018

    Elgiz əməkdar artistin görünüşünü lağa qoydu

  • / Maqazin / — 17 May 2018

    Məryəm libası ilə ulduzları geridə qoydu - Foto

  • / Maqazin / — 05 May 2018

    Nadir Qafarzadə əməliyyat olunacaq

Qurban Qurbanov: “Çempionlar Liqasında dişimizlə, dırnağımızla mübarizə aparacağıq”

Tarix 11.09.17, 12:08

Font ölçüsü : - / +
bitmap-img6


“Avropanın ən nüfuzlu klub turnirində çıxış etmək bizim çoxdankı arzumuz idi”. “Report” xəbər verir ki, bunu “Qarabağ” futbol komandasının baş məşqçisi Qurban Qurbanov komanda ilə bağlı yazı dərc edən “Frans Press” agentliyinə açıqlamasında deyib.

45 yaşlı mütəxəssis bildirib ki, Ağdam təmsilçisinin Çempionlar Liqasının (ÇL) qrup mərhələsindəki rəqibləri çox güclü və təcrübəlidirlər. O, “Qarabağ”ın döyüşdən əvvəl təslim olmayacağını söyləyib: “Biz yüksək rəqabət səviyyəsini püşkatma nəticəsində İngiltərə, İtaliya və İspaniyanın top-klubları ilə eyni qrupda düşdükdən dərhal sonra hiss etdik. Qrupdakı rəqiblərimiz çox güclü və təcrübəlidirlər. Amma bu, döyüşdən əvvəl təslim olacağımız demək deyil. Biz hər bir matçda dişimiz və dırnağımızla mübarizə aparmağa hazırıq”.

Q.Qurbanov sentyabrın 12-də İngiltərədə "Çelsi"yə qarşı keçirəcəkləri qarşılaşmanın çətin və ağır olacağını vurğulayıb. Baş məşqçi üzərlərinə düşən işi layiqincə yerinə yetirməyə çalışacaqlarını deyib: “Yarışa Londonda başlayırıq. “Stemford Bric”dəki oyun bizim üçün çox çətin və ağır olacaq. Üzərimizə düşən işi layiqincə yerinə yetirəcəyimizə ümid edirik”.

Nüfuzlu agentliyin hazırladığı geniş məqalədə Nərmin Vəliyeva adlı “Qarabağ” azarkeşinin də fikirlərinə yer verilib. O, Ağdam klubunun uğurunun hər kəsi birləşdirdiyini qeyd edib: “Qarabağ”ın uğuru cavan və qocaları, kişilərlə qadınları, bütün Azərbaycan klublarının tərəfdarlarını birləşdirdi. Onlar ölkədə bizim favoritimizdirlər. “Qarabağ”ın işğal olunmuş bölgəni təmsil etməsi xüsusilə önəmlidir. İndi bütün dünya bizim problemdən xəbər tutacaq”.

Yazıda erməni separatçılarının 1990-cı illərin əvvəllərində Dağlıq Qarabağı işğal etmələri, “Qarabağ”ın ÇL-in “C” qrupundakı ev oyunlarını Ağdamdan 365 km uzaqda yerləşən Bakıda keçirdiyi qeyd olunub.

“Qarabağ”ın 1951-ci ildə yerli fermerlərin həmkarlar ittifaqı tərəfində təsis olunduğu, komandanın 1991-ci ilə qədər SSRİ-nin II divizonda çıxış etdiyi diqqətə çatdırılıb. Həmçinin, Ağdam təmsilçisinin 2001-ci ildə “Azərsun Holding”in himayəsinə keçənə qədər maddi çətinliklərlə üzləşdiyi, stabil maliyyə qaynağının komandanın ardıcıl 4 dəfə ölkə çempionu olmasına köməklik göstərdiyi yazılıb.

Məqalədə “Qarabağ”ın heyətində Dino Ndlovu, Miçel, Dani Kintana və Riçard Almeyda kimi legionerlərin yer aldığı xatırladılıb, “Qafqazın Barselonası” kimi xarakterizə edilən Ağdam komandasının Gürcüstan “Samtredia”sı, Moldova “Şerif”i və Danimarka “Kopenhagen”ini mübarizədən kənarlaşdıraraq, ÇL-in qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu olduğu vurğulanıb.



Xəbərin oxunma sayı : 127

loading...

İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda