Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Rüfət Aslanlı: “Sığorta sektorunda risklərin aradan qaldırılması tədbirləri mərhələli şəkildə icra edilir”

Tarix 01.03.17, 15:23

Font ölçüsü : - / +
bitmap-img6


Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının sədri Rüfət Aslanlı Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd əl-Qorçinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Palatadan “APA-Economics”ə verilən məlumata görə, görüş zamanı təşkilatlar arasında mövcud əməkdaşlığın uğurla davam etdiyini qeyd edən Rüfət Aslanlı maliyyə sektorunun dayanıqlığının artırılması istiqamətində BVF-nin Palataya verdiyi dəstəyi və tövsiyələri yüksək dəyərləndirdiyini bildirib.

Görüşdə Palata tərəfindən bank və sığorta sektorlarının maliyyə dayanıqlığının gücləndirilməsi istiqamətində görülmüş tədbirlərə dair müzakirələr olub. Belə ki, bank sektorunun sağlamlaşdırılmasının Palatanın fəaliyyətinin əsas prioritetlərindən olduğunu vurğulayan R. Aslanlı, aparılmış restrukturizasiya tədbirləri nəticəsində bank sektorunda stabilləşmə meyllərinin müşahidə olunduğu barədə BVF-yə məlumat verib. Həmçinin, sığorta sektorunda əsas risklərin müəyyən edilməsi və onların aradan qaldırılması istiqamətində hazırlanmış tədbirlər planının mərhələli şəkildə icra edildiyi barədə məlumat verilib.

Məhəmməd əl-Qorçi Beynəlxalq Valyuta Fondunun ölkənin bank və sığorta sahəsində həyata keçirilən tədbirləri dəstəklədiyini və bu addımların maliyyə sektoruna mühüm töhfələr verəcəyinə əminliyini bildirib.



Xəbərin oxunma sayı : 97




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap