Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Ramil Usubovun Tbilisi səfərinin pərdəarxası – Təhlükəsizlik Şurasının katibi gürcü rəsmilərindən nə istəyib?

Tarix 13.03.24, 17:45

Font ölçüsü : - / +
bitmap-img6


“Təhlükəsizlik Şurasının katibi Ramil Usubovun Gürcüstana səfəri iki ölkənin aidiyyəti orqanları arasında təhlükəsizlk sahəsində əməkdaşlığın dərinləşdirilməsi ilə əlaqəli olsa da, rəsmi Bakının Tbilisinin siyasətiylə bağlı bir neçə suala cavab axtarışı ilə də bağlıdır”.

AzFakt.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. Ekspert xatırladır ki, Gürcüstan Azərbaycanın strateji müttəfiqi olmaqla yanaşı bir müddət əvvəl Ermənistanla strateji tərəfdaşlıq barədə saziş imzalayıb. “Bu Gürcüstanın hüququdur, qonşu dövlətlərlə sıx əlaqələrə malik olmaq istəyir. Buna baxmayaraq, Gürcüstanın Ermənistanla strateji tərəfdaşlığın mahiyyətini öyrənməyə ehtiyac var”, - o əlavə edib.

E.Şahinoğlu misal kimi erməni rəsmilərin Gürcüstanla hərbi-texniki əlaqələrin inkişafının vacibliyi barədə açıqlamalar səsləndirdiklərini xatırladır: “Bu nə deməkdir? Axı Gürcüstan hərbi sahədə NATO ilə əməkdaşlığa, o cümlədən Azərbaycan və Türkiyə ilə üçlü ittifaq çərçivəsində əlaqələrə üstünlük verir. Doğrudur, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etməyə hazırlaşır və bu hardasa Gürcüstanın da maraqlarına cavab verir. Ancaq bu hələ baş verməyib və Gürcüstan ərazilərini işğal edən Rusiyanın Ermənistanda hərbi baza varlığını davam etdirir”.

Politoloq vurğulayıb ki, Azərbaycan cəmiyyətində müzakirə edilən digər sual rəsmi Tbilisinin Fransanın növbəti hərbi texnikasının Gürcüstan ərazisindən daşınmasına şərait yaradıb-yaratmayacağıyla bağlıdır. “Tbilisi bu dəfə də Fransa hərbi texnikasının Gürcüstan ərazisindən daşınmasına şərait yaratsa, bu Azərbaycan cəmiyyətində yeni suallar yaradacaq. Bu səbəbdən Ramil Usubovun Gürcüstana səfəri və Tbilisidə apardığı müzakirələr həm nəbz yoxlaması, həm də qonşu ölkəni yanlış addımdan çəkindirmək məqsədi daşıyır”, - ekspert qeyd edib.



Xəbərin oxunma sayı : 883




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap