Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Ramin Əhmədov növbədənkənar parlament seçkilərinə hazırlaşır? - İddia

Tarix 12.07.19, 11:26

Font ölçüsü : - / +
bitmap-img6


YAP-ın Nizami rayon təşkilatının sədr müavinin siyası meydanlara atılacağı deyilir

Uzun müddətdir ki, ölkə ictimaiyyətində və eləcə də mətbuatda növbədənkənar parlament seçkilərinin keçiriləcəyi barədə informasiyalar dolaşmaqdadır. Ölkədə keçirilməsi ehtimal olunan parlament seçkilərinə hər iki siyasi düşərgəsinin - hakimiyyətin və müxalifətin funksionerləri öz arqumentləri ilə çıxış edərək fərqli münasibət sərgiləməkdıdirlər. Ölkədə baş verənlərə ciddi nəzər yetirdikdə müxalifət düşərgəsindən fərqli olaraq hakimiyyətə yaxın olan bəzi qüvvələrin növbədənkənar parlament seçkilərinə ciddi hazırlaşdığı, hətta artıq bu məqsədlə "subliminal təbliğat"a başladıqları aydın görünür. 
 
AzFakt.com-un əldə etdiyi məlumata görə azərbaycanda keçiriləcəyi gözlənilən növbədənkənar parlament seçkilərinin hazırlığına start verən, artıq bu istiqamətdə mətbuat vasitəsilə müəyyən təbliğat işləri aparan şəxslərdən biri də Respublika Ağsaqqallar Şurasının sədrinin köməkçisi Ramin Əhmədovdur. 
 
Qeyd edək ki, Ramin Əhmədov eyni zamanda "ağ qara" üsulla nəşr edilən "Türk Dünyası Ağsaqqaları" qəzetinin baş redaktorudur. O, həmçinin Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini vəifəsini  tutur. Bundan başqa Ramin Əhmədovun paytaxtın Nizami rayonunda yüksək vəzifəli məmurlardan birinə məxsus olan restoran və mağazalar şəbəkəsinə administratorluq etdiyi bildirilir. Saytımıza verilən məlumata görə Ramin Əhmədov həm də Nizami rayonunda torpaq sahələrinin və  rayonda inşa ediləcək yaşayış binalarının və obyektlərin tikintisinin sənədlərinin satışında rayon İcra Hakimiyyətinin başçısına qeyri rəsmi "dəstək verir". Bunların müqabilində isə Nizami rayon İcra Hakimiyyəti Ramin Əhmədovun rayonun "Qara Qarayev" və "Neftçilər" metrostansiyasınıın ətraflarında və eləcə də mərkəzi tərəflərdə olan parklarda özünə qeyri qanuni obyektlər tikməsinə "göz yumur". 
 
AzFakt.com-a verilən məlumata görə "Qara Qarayev" metrostansiyasının yanında olan "Üzüm Club & Karaoke" restoranından başlayaraq "Vasmoy" bazarınadək yolun sol hissəsində olan bütün obyektlərə Ramin Əhmədov nəzarət edir. Hər ay bu obyektlərdən 200 min manatadək vəsait toplanır. Bu vəsaitlərin cüzi bir hissəsi Respublika Ağsaqqallar Şurasına və "Türk Dünyası Ağsaqqaları" qəzetinə xərclənir. 
 
AzFakt.com-a verilən məlumata görə ölkədəki oliqarx məmurlardan birinə məxsus obyektlərə administratorluq edən Ramin Əhmədov obyektlərdən gələn külli miqdarda pullar hesabına bir zamanlar eyş-işrət içərisində yaşayıb. 250 min manatlıq "GallenVagen" avtomobili sürən R.Əhmədov son zamanlar cəmiyyət arasında ziyalı imicinin formalaşması istiqamətində müəyyən işlər gördüyü deyilir. Belə ki, R. Əhmədov son zamanlar müəyyən media orqanlarında müəllif yazıları ilə mütəmadi çıxışlar edir. Şablon cümlələrdən ibarət olan bu məqalələrin bir zamanlar hazırkı hakimiyyətə qarşı sərt yazılar ilə çıxış edən müxalif düşüncəli jurnalist tərəfindən yazılması barədə söz-söhbətlər dolaşmaqdadır. Bu cür söz-söhbətlərin dolaşmasına səbəb isə R.Əhmədovun savadsız və əyalət təfəkkürlü şəxs olduğu barədə iddiların dolaşmasıdır. 
 
Ancaq bütün bunlara baxmayaraq Ramin Əhmədovun növbədənkənar parlament seçkilrinə hazırlaşdığı deyilir. 
 
Saytımızın əldə etdiyi məlumata görə əvvəl 18 saylı Nərimanov-Nizami seçki dairəsindən deputatlığa namizəd olmaq istəyən R.Əhmədov son günlər xarici və yerli medianın hədəfinə çevrilmiş, yaxın zamanlarda vəzifədən azad ediləcəyi gözlənilən SOCAR-ın prezidenti Rövnəq Abdullayevin dairəsindən - 24 saylı Nizami birinci seçki dairəsindən namizəd olacağı iddia edilir. 
 
R.Əhmədovun 24 saylı Nizami birinci seçki dairəsindən deputatlığa namizəd olması rayon İcra Hakimiyyətini də qane edir. 
 
İddia olunur ki, R.Əhmədov 24-cü dairədən deputatlığa namizəd verəcəyi təqdirdə rayon icra hakimiyyəti bütün inzibati resurslardan istifadə edərək onun deputat seçilməsinə çalışacaq. Belə ki, əgər R.Əhmədov bu rayondan deputat seçilərsə gələcəkdə rayon ərazisindən qalan digər ərazilərin satışının daha da asanlaşacağı deyilir.

Məsələ ilə bağlı YAP Nizami rayon təşkilatının münasibətini örgənməyə çalışsaqda qarşı münasibət bildirmədi.




Xəbərin oxunma sayı : 646




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap