Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO Nigar çimərlik geyimində poz verdi - Fotolar
Axtar
 
  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

  • / Maqazin / — 23 İyul 2024

    Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO

Ramiz Mehdiyevin bankında 400 minlik oğurluq - Kimlər ittiham olunur?

Tarix 06.12.23, 18:15

Font ölçüsü : - / +
bitmap-img6


"BTB Bank" ASC-nin müştərilərinin depozit otağından 316 min manat və 32 min ABŞ dolları nağd pul oğurlamaqda təqsirli bilinən Aleksey Babayevin məhkəməsi başlayır. 

Qaynarinfo xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Artıq məhkəməuə hazırlıq iclasının vaxtı bəlli olub. İşə dekabrın 14-də hakim Mahirə Kərimovanın sədrliyi ilə baxılacaq.

Oğurluq hadisəsi bu ilin martında baş verib. Aleksey Babayev şübhəli şəxs qismində saxlanılıb. Daha sonra ona Cinayət Məcəlləsinin 177.4-cü (Oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. 

Bu işdə Qrinkeviç Sergey Oleqoviç adlı şəxs də şübhəli şəxs qismində saxlanılıb. Lakin onun adı təqsirləndirilən şəxslərin siyahısında yoxdur. 

Aleksey Babayevdən başqa bu işdə Siarhei Hrynkevich adlı şəxs də təqsirləndirilir. 

"BTB Bank” 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 66 450 000 AZN-dir. 

Bankın səhmlərin 75 faizi Nigar İsmayıl qızı Mehdiyevaya məxsusdur. Nigar Mehdiyeva Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti, akademik Ramiz Mehdiyevin gəlinidir. O, akademikin fövqəladə hallar nazirinin müavini olan oğlu Timur Mehdiyevin xanımıdır. 

Ramiz Mehdiyev "BTB Bank”la bağlı açıqlamalarında bankın oğluna məxsus olduğunu təsdiqləyib. 



Xəbərin oxunma sayı : 910




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap