Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Ramzan Kadırov İnquşetiyaya səfər edib və etiraz aksiyasının iştirakçıları ilə görüşüb

Tarix 20.10.18, 14:18

Font ölçüsü : - / +
bitmap-img6


Çeçenistan başçısı Ramzan Kadırov məlumat verib ki, İnquşetiyaya səfər edib və respublikanın din xadimi Mühacir Nalgiyevlə, eyni zamanda yerli sakinlərlə görüşüb.

Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, Ramzan Kadırov bununla əlaqədar özünün “Telegram” hesabında yazıb: “Cümə günü axşam İnquşetiyaya getdim və Surxaxi kəndində məşhur və hörmətli ağsaqqal Mühacir Nalgiyevlə görüşdüm... sonra yerli sakinlərin və çoxlu gəncin toplaşdığı məscidə getdim”, - Çeçenistan başçısı yazıb.

Kadırov qeyd edib ki, daha öncə Nalgiyev onun ünvanına “nalayiq ifadələr işlədib”. Çeçen liderinin sözlərinə görə, ağsaqqal onun inquş xalqına və din xadimlərinə xitabən çıxışını düzgün anlamayıb. Kadırov bildirib ki, inquş din xadimi ondan üzr istəyib. Öz növbəsində, Çeçenistan başçısı Nalgiyevdən üzr istəyib.

Özünün məlumatında Kadırov iki respublika arasında sərhəd probleminə də toxunub. “Rusiya qanunlarına görə, inzibati sərhəd olmalıdır. Biz onu Çeçenistanla İnquşetiya arasında çəkdik, lakin heç vaxt çeçen və inquş xalqları arasında çəkmərik”, - o əmin edib.



Xəbərin oxunma sayı : 157




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap