Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Rasim Balayevdən Prezidentlə görüşü haqda açıqlama:“İş-güc barədə söhbət olmadı“

Tarix 11.05.19, 12:51

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi, Xalq artisti Rasim Balayev Prezident İlham Əliyev və birinci-vitse prezident Mehriban Əliyeva ilə görüşüb.

Görüş Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunmuş təntənəli mərasimdə baş tutub.

AzFakt.com xəbər verir ki, bununla bağlı Xalq artisti “Yeni Sabah”a açıqlama verib. O, prezidentlə görüş təəssüratlarının kifayət qədər yaxşı olduğunu deyib:

“Çox mehriban şəraitdə görüşdük. Lakin iş-güc barədə hər hansı söhbət olmadı. Sadəcə bayramlaşdıq. Məclisin sonunda prezident İlham Əliyevlə, birinci vitse-prezident Mehriban Əliyeva bizim stola yaxınlaşdılar. Oturanların hamısı sənət adamları idi. Ölkə başçısı təkcə mənimlə deyil, hamımızla görüşdü, söhbət etdi. Orda elə bir vəziyyət yox idi ki, işgüzar məsələlərdən və ya sənətdən, kinodan danışaq. Yəni qısa bir görüş oldu”.

Qeyd edək ki, R.Balayev Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşünə dəvət edilmədiyi üçün mətbuata açıqlama vermişdi və siyahını hazırlayanların onu nəzərə almadıqlarını vurğulamışdı. Xalq artistinin bu açıqlamasından sonra ölkə prezidenti Rasim Balayevlə telefonla danışıb və bildirib ki, bu, siyahını hazırlayanların günahıdır, onun Rasim Balayevə olan münasibəti deyil.



Xəbərin oxunma sayı : 238




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap