![]() |
|














REAL Partiyasının sədr müavini Natiq Cəfərli:“Proporsional qaydada yeni parlament seçkilərinə ehtiyac var“
Tarix 21.02.21, 10:57 |
|

Korrupsiya və oliqarxiya Azərbaycan reallığında ciddi problem kimi qalmaqda davam edir. Əksər mütəxəssislər bu problemi hazırda ölkəmizin inkişafı, əhalinin rifahı üçün əsas maneə kimi qiymətləndirirlər. Keçmiş, bir sıra hallarda indiki məmurların keçirdikləri həyat tərzi, yaşadıqları qəsrlər, maliyyə və resurs imkanları da göstərir ki, Azərbaycan bu problemi həll etməlidir.
“AzPolitika.info” mövzunu Respublikaçı Alternativ Partiyasının sədr müavini, iqtisadçı Natiq Cəfərli ilə müzakirə edib.
AzFakt.com həmin müsahibəni oxucularına təqdim edir:
– Natiq bəy, son illər Azərbaycan hökumətinin korrupsiyaya qarşı mübarizədə müəyyən addımlar atdığı müşahidə olunur. Uzun illər yüksək postlar tutan bəzi sabiq məmurların həbsini də nəzərə alaraq, hazırda bu istiqamətdə aparılan fəaliyyəti necə qiymətləndirirsiniz?
– Əslində, prosesin fəlsəfəsi ondan ibarətdir ki, köhnə sistem çalışmır. Ola bilməz ki, hansısa məmur işdən qovulandan sonra onun bütün korrupsiya əməlləri üzə çıxsın. Hətta bu gün vəzifədə olanlarla bağlı müəyyən məlumatlar, xəbərlər və müxtəlif versiyalar səsləndirilir. Bu, onu göstərir ki, indiki sistemin dəyişdirilməsinə, yeni düzənə, yeni oyun qaydalarına ehtiyac var. Yəni köhnə sistem artıq çalışmır. Hətta Prezidentin özü belə, bu sistemdən şikayət edirsə, deməli, yeni formata keçid baş verməlidir.
Bu, məsələnin fəlsəfi tərəfidir. Praktiki tərəfi isə ondan ibarətdir ki, korrupsiya ilə bağlı ciddi şəkildə mübarizə aparılacaqsa və buna cəhdlər olunursa, burada köhnə və yeni məmurlarla bağlı sərhədlər çəkilməməlidir. Ümumilikdə məsələnin kökündə duran problem həllini tapmalıdır.
Görünən odur ki, əsasən də köhnə məmurların böyük həcmdə büdcə vəsaitlərini mənimsəməsi faktları bundan sonra da artacaq. Hətta bu gün vəzifədə olanlarla bağlı belə faktların üzə çıxması ehtimalı da var. Əgər bunu qanuni çərçivəyə salmasaq, köhnələrin, indi vəzifədə olanların bir qisminin gələcəkdə özünüqoruma instinkti işə düşə bilər. Yəni onlar müəyyən müqavimət yarada, təxribatlar edə, başqa sözlə, ölkənin daxilində ciddi problemlər yarada bilərlər. Bu problemlərin həlli qanuni yolla, konstitusion üsulla məhkəmələr və yeni düzənə keçməklə olmalıdır ki, bu hallarla bağlı gələcəkdə yaşana biləcək problemlər fundamental çətinliklərə səbəb olmasın. Yəni ölkədə dalğalanmalara, silkələnmələrə səbəb olmasın. Çünki onların kifayət qədər maliyyə imkanları, resursları var. Onların hansısa formada özünü qoruma instinkti işə düşüb, müəyyən fəaliyyətlərə başlasalar, ölkə daxilində problemlərin yaranmasına səbəb ola bilərlər. Bu da arzuedilən deyil. Çünki Azərbaycan müharibədən sonra elə vəziyyətdədir ki, regionda diqqət Azərbaycanın üzərindədir, kifayət qədər kənardan maraq qrupları yaranıb ki, Azərbaycanla bağlı müəyyən plan və addımları ata, həyata keçirə bilərlər. Bu da ölkə daxilində müəyyən qarşıdurmalara, problemlərə səbəb ola bilər. Ona görə də, korrupsiya ilə mübarizə xəttinin doğru olduğunu vurğulasaq da, bunun həyata keçirilmə mexanizmlərinin doğru olmadığını düşünürəm. Fikrimcə, bu, yeni qaydaların formalaşması, yeni idarəetmə formasının təkmilləşdirilməsi ilə paralel aparılmalıdır ki, meydana çıxa biləcək hansısa problemləri önləmək mümkün olsun.
– Siz hansı yolları təklif edirsiniz?
– Birinci yol konstitusiya islahatlarıdır. İdarəetmənin özündə problemlər yaşanır. Prezident özü də bununla bağlı müəyyən addımlar atıb. Məsələn, regional nümayəndəliklər institutunun yaradılması icra hakimiyyəti institutunun tamamilə nüfuzdan düşməsindən xəbər verir. Artıq bunu rəsmiləşdirmək lazımdır.
İkincisi, Nazirlər Kabinetinin rolu və forması, eləcə də məmurların məsuliyyət məsələsi həllini tapmalıdır. İndi Nazirlər Kabinetinin rolu anlaşılan deyil. Prezident özü Nazirlər Kabinetinin iclasını keçirir, tapşırıqlar verir, nazirləri qəbul edir. Bu halda Nazirlər Kabineti institusional olaraq nə işlə məşğuldur? Əgər heç bir işlə məşğul olmursa, onun qalmasının mənası nədir? Burada səlahiyyət və məsuliyyət bölgüsündə boşluqlar var.
Mənim şəxsi düşüncəmə görə, hökumətin sosial-iqtisadi məsələlərdə rolu artırılmalı, əslində hökumət parlamentdən çıxmalı və parlament qarşısında da ciddi məsuliyyəti olmalıdır. Proporsional qaydada yeni parlament seçkilərinə ehtiyac var ki, ciddi nəzarət mexanizmi yaransın. Prezidentin səlahiyyəti isə təhlükəsizlik, ordu, xarici siyasət və digər bu kimi məsələlərin həllindən ibarət olmalıdır. Yəni dövlətin işlək mexanizmlərinin formatlaşdırılması və idarə olunması birbaşa Prezidentin nəzarətində olmalıdır. Prezident bu sahədə daha da güclənməlidir. Amma sosial-iqtisadi məsələlər hökumətin məsuliyyətinə keçməlidir. İndi məsuliyyətsizlik var, sanki hər şey bir nəfərin üzərinə yüklənir. Sanki Prezident hər şeyə cavab verməli olur. Qənaətimcə, bu, doğru və işlək sistem deyil. Məncə, sistemin işləmə qaydalarını yenidən dizayn etməyə ehtiyac yaranıb ki, gələcəkdə korrupsiya, məmur özbaşınalığı, məsuliyyətlə bağlı problemlər kökündən həllini tapsın. Bu, həm də ölkəni sağlamlaşdırar, prezidentlə parlament və hökumətlə prezident arasında işgüzar münasibətlərin formalaşmasına və məsuliyyət bölgüsünə səbəb olar. Yəni səlahiyyətin və məsuliyyətin artıq proporsional qaydada bölünməsi zamanıdır.
– Korrupsioner oliqarxları ciddi təhlükə mənbəyi kimi göstərdiniz. İndiyə qədər onların sistemə və sabitliyə ciddi problem yaratmaq təcrübəsinin olmadığını nəzərə alaraq soruşuram ki, niyə belə düşünürsünüz və real olaraq onlar hansı təhlükəni yarada bilərlər?
– Təhlükə var, özü də ciddidir. Bəzilərinin xarici bağlantılarının olması da istisna deyil. Bir çoxları köhnə sovetlər sistemindən qalır və Rusiya ilə əlaqələrə malik olmaları sirr deyil. Bu mənada təhlükə var. Yəni xaricdən müəyyən təsirləri, habelə daxildən özünüqoruma instinkti ilə belələri hər şeylərini, xüsusən də azadlıqlarını itirmək qarşısında qaldıqları təqdirdə müəyyən avantürist addımlar ata bilərlər. Bu da ölkə daxilində ciddi dalğalanmalara səbəb ola bilər. Yeri gəlmişkən, 44 günlük müharibənin qələbə ilə başa çatmasında ölkə daxilində çaxnaşmaların olmaması, əksinə, ciddi birliyin yaranması mühüm rol oynadı. Təsəvvür edin ki, siz müharibə aparırsınız və ölkə daxilində müəyyən dalğalanmaların artma problemi ortaya çıxır. Görün, bu, hansı nəticələrə səbəb olardı.
– Demək istəyirsiniz ki, bu adamlar müharibə dövründə milli birliyin yaranmasından ehtiyat etdilər?
– Bəli, bunun da təsirləri var.
– Ölkədə maliyyə və əmlak amnistiyasına ehtiyac varmı və bu addımlar vəziyyəti yoluna qoya bilərmi?
– Maliyyə amnistiyası məsələsi bizim də sənəd-proqramımızda illər əvvəl yer alıb. Amma maliyyə amnistiyası boş yerdən olası bir addım deyil. Mənə görə, burada güvən önəmlidir. Maliyyə amnistiyası nə zaman effekt verib? Ya bir sistemdən digər sistemə keçid baş verəndə, ya da yeni hakimiyyət formalaşanda. Məsələn, Şərqi Avropa və Pribaltika ölkələrində. Ya da koalisiya hökumətinin formalaşması zamanı maliyyə amnistiyasına etimad yarana bilir. Yeri gəlmişkən, Rusiya 2015-2016-cı ildə bunu etdi, amma effekt olmadı. Çünki buna güvən olmadı. Azərbaycanda yeni konstitusiya, yeni parlament və ya yeni koalision hökumətlə buna getmək mümkündür. Zənnimcə, bu, ölkəni sağlamlaşdırar və təhlükələrdən kənarda qalmasına yardımçı olar.
– Doğrudanmı, bir ölkədə əksəriyyət korrupsiya və rüşvətlə məşğul olursa, onun qarşısını almaq, bu xəstəliyi sağaltmaq qeyri-mümkündür?…
– “Bu məmur pisdir, yaxşı məmur tapacağıq” kimi yanaşmaların arxasınca getsək, bunun effekti olmayacaq. Yox, əgər sistemli yanaşma olacaqsa, bu halda korrupsiyanın qarşısını almaq niyə mümkün olmasın? Bizdəki səviyyədə olan korrupsiyanın qarşısını almaq çox asandır. Bunun üçün ilk növbədə ictimai nəzarət, parlament nəzarəti lazımdır, QHT və medianın ciddi rola malik olması vacibdir. Yəni məsələyə kompleks formada yanaşılsa bunu həll etmək mümkün olar.
– Suyun qiymətində artıma gedildi. İddialara görə, elektrik enerjisi və mavi yanacağın da qiymətində artım gözləniləndir. Bu təşkilatların hamısının öz sahəsində monopolist olduğunu nəzərə aldıqda, belə qiymət artımına getmələrini necə qiymətləndirirsiniz və bu qurumlarda ehtimal olunan korrupsiya hallarının qarşısını almaqla qiymətləri sabit saxlamaq mümkündürmü?
– Bəli, bu qurumların hər birini öz sahəsinin monopolisti adlandırmaq olar. Əlavə edim ki, son zamanlar hökumət tərəfindən atılan addımlarda belə xətt müşahidə olunur ki, dövlət şirkətlərində izafi xərcləmələrə son qoyulmalı, büdcənin talanması dayandırılmalı, büdcədən ayrılan dotasiyalar minimuma endirilməli və onlar şirkət məntiqi ilə gəlir və rentabelli çalışmalıdırlar. Bu hədəf kimi elan olunub. Bunun ilkin ayağı nə olmalı idi? Fikrimcə, ciddi audit yoxlamaları olmalı, bütün şirkətlərdə ilk olaraq xərclərin azaldılması ilə bağlı addımlar atılmalı idi ki, sağlamlaşdırma addımları zamanı qiymət artımına ya ehtiyac qalmasın, ya da çox cüzi ehtiyac yaransın. Amma bizlər “Azərsu” timsalında bunun əksini gördük. Bu qurum sağlamlaşdırıcı addımlar atmaqdansa, büdcədən maliyyələşdirmənin hara xərcləndiyini ciddi audit yoxlamaları ilə öyrənməkdənsə, xərclərin azaldılması yolu ilə rentabelliyin artırılmasına keçidi təmin etməkdənsə, qəfildən qiyməti artırdılar. Bu da suallar yaradır: əgər hökumət sağlamlaşdırma və rentabelli fəaliyyəti yalnız qiymət artımında görüb büdcədən maliyyələşməni və ya dotasiyaları vətəndaşın cibinə yükləmək kimi başa düşürsə, olduqca səhv yoldur. Bu kimi addımlar həm cəmiyyətdə ciddi qınağa səbəb olacaq, həm də vətəndaşların alıcılıq qabiliyyətini nəzərə alsaq, kifayət qədər insanların sosial vəziyyətinə ağır təsirlər göstərəcək. Düşünürəm ki, əgər kompleks yanaşma olacaqsa və həmin şirkətlərdə doğrudan da audit aparıb xərclər istiqaməti, korrupsiya xəttinin harada olması və rantabelli fəaliyyətə mane olan səbəblər araşdırılacaqsa, bu zaman qiymət artımına ehtiyac olmayacaq. Yox, əgər “Azərsu”nun addımını təkrar edəcəklərsə, təssüflər olsun ki, bu, gələcəkdə qazın və elektrik enerjisinin qiymətində artımlara səbəb olacaq.
Sözsüz ki, bu kimi qurumlarda korrupsiya şübhələri var. Tenderlər, satınalmalarla bərabər həmin şirkət rəhbərliyində təmsil olan şəxslərin həyat tərzini gördükdən sonra, təbii ki, bu şübhələr yaranır. Sözsüz ki, hüquq-mühafizə orqanları bu suallara konkret cavab verməlidir. O cümlədən ciddi audit araşdırması aparılmalıdır. Harada qanun pozuntusu, korrupsiya halları varsa, onun cəzası da olmalıdır. Çünki bizdə cəzasızlıq mühiti belə insanlarda özünə inam yaradır və fəaliyyətlərini davam etdirirlər.
Xəbərin oxunma sayı : 355
Müsahibə
Xəbərlər
-
Səhiyyə Nazirliyində BMT-nin İqtisadi və Sosial Komissiyasının İcraçı katibi ilə görüş keçirilib
-
Polis əməliyyatlar keçirdi - 35 nəfər saxlanılıb
-
Polis əməliyyatlar keçirdi - 35 nəfər saxlanılıb
-
Deputat: Ermənistan Qərbi azərbaycanlıların qayıdış hüququnu tanımalı və təmin etməlidir
-
Koronavirusun təhlükəli ştamı yayılıb
-
“İran-İsrail münaqişəsi təkrarlanmamalıdır“ - Van İ
-
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edildi
-
Bakıda daha bir yol hər an ÇÖKƏ BİLƏR - VİDEO
-
Seren Serengil azərbaycanlı gənclə işbirliyi qurdu - Fotolar
-
“Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq“ - Məhəmməd Salah
-
Prezident Xankəndidə keçirilən Zirvə görüşündən görüntülər paylaşılıb - VİDEO
-
Tikinti materialları bazarında bahalaşma və durğunluq var - VİDEO
-
“Reo-Med Tibb Mərkəzi“də yoxlama - Pozuntular aşkarlandı
-
Amerikalıların 40-60 faizi Maskın yeni partiya ideyasını dəstəkləyir - Şok nəticələr
-
“Dedilər qaz, meyiti basdır” - Zərərçəkmişlər danışdı
-
Gənclərin qanlı hesablaşması - biri qətlə, digəri xuliqanlığa görə mühakimə olunur
-
Bakıda küçələrdə “kahinlər“ peyda oldu - VİDEO
-
Türkiyədə meşə yanğınları: 500-dən çox xəsarət alan var
-
Ən çox gəlir əldə edən türkiyəli məşhurlar - SİYAHI
-
Rusiya səfiri Ermənistan XİN-ə çağırıldı - Nota verildi
-
Gələn həftədən Azərbaycanda istilər başlayacaq - Xəbərdarlıq
-
Pezeşkianın Azərbaycan səfəri başa çatdı - FOTO
-
Müəllim olmaq istədi, 5000 manat pulu ələ keçirildi - Dələduzluq
-
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO
-
Şuşada İlham Əliyev liderlərin şərəfinə ziyafət verdi - FOTO
-
Tramp Çinə səfər edə bilər - “Bloomberg”
-
Prezident Xankəndidə Ərdoğanla görüşdü - FOTO
-
Əliyev, Pezeşkian və Ərdoğanın ən səmimi görüntüsü - VİDEO
-
Deputatlar daha 15 məsələni müzakirəyə çıxaracaq - Siyahı
-
Sadır Japarovun Azərbaycana səfəri başa çatıb - FOTO
-
“Əcəmi Mall”da qanunsuz tikintiyə kim icazə verib? - FOTOFAKT
-
“Virus hələ də bizimlədir” - Səhiyyə Nazirliyi xəbərdarlıq edir
-
Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatdı - FOTO
-
Əliyevlə Pezeşkianın görüşü oldu - Fotolar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 5 günlük məzənnəni açıqladı
-
İtkin düşən 3 hərbçi Kəlbəcərdə dəfn edildi - FOTOLAR
-
Almaniya ordunu ikiqat gücləndirir - Könüllü hərbi xidmət qayıdır
-
Bakının ortasında kanalizasiya “fəlakəti“ - Qurumdan açıqlama
-
Liderlər çay süfrəsi arxasında - Fotolar
-
“ABŞ-ın dəstəyi ilə İsrail Yaxın Şərqin taleyini girov altına alıb“ - Məsud Pezeşkian
-
Küçədə soyundu, qadınlar şikayət etdi - Məhkəmə qərarı
-
Xankəndidə tarixi sammit yüksək səviyyədə təşkil olunub - Şahbaz Şərif
-
Baş prokuror Yardımlıda vətəndaş qəbulu keçirdi - FOTOLAR
-
Azərbaycanda şəxsiyyət vəsiqələrində dəyişiklik edilir - Milli Məclis təsdiqlədi
-
Kiçik çavuş həbs edilib - “TikTok”da tanış olduğu sevgilisini şantaj edirmiş
-
“Hindistan Pakistana qarşı sudan silah kimi istifadə edir“ - Şahbaz Şərif
-
Yağış yağacaq, külək güclənəcək - Sabahın havası
-
Avtomobil almaq istəyənlərin nəzərinə - Bu maşınlar bahalaşacaq
-
“Biz göstəriciyə görə dünyada ön sıralardayıq” - Prezident
-
“Qəbələ“ Futbol Akademiyasının fəaliyyəti məhdudlaşdırılıb - Açıqlama
-
“Vəsiyyətnamə yoxdursa, ögey şəxslər vərəsə ola bilməzlər“ - Ali Məhkəmə
-
“Azərbaycanın xarici valyuta ehtiyatları 74 milyard dollardan artıqdır” - Sahil Babayev
-
Naxçıvanda şok hadisə - Deputat sakini döydü
-
Xankəndidə Zirvə görüşü keçirilir - FOTO/CANLI
-
Prezident Xankəndidə qəbul keçirdi - FOTOLAR
-
Ərdoğan Azərbaycana səfərə gəlib - FOTO
-
“Tramp iyulun 7-də Qəzzada atəşkəs elan edəcək“ - İsrail mətbuatı
-
Şəxsiyyət vəsiqəsində nələr dəyişəcək? - VİDEO
-
Konstitusiya Məhkəməsinə 4 hakim təyin olundu - ADLAR
-
Merkel Trampla yaşadığı qalmaqaldan danışdı - VİDEO
-
Bu şəxslərə 6 min manat birdəfəlik müavinat veriləcək - Deputat açıqladı
-
Ceyhun Bayramov Pakistan XİN başçısı görüşdü - Xankəndidə
-
Pezeşkianın Azərbaycana səfərə gəldi - FOTO
-
Direktor yük maşınının altında qalıb öldü - TƏFƏRRÜAT
-
“Zəngəzura görə Paşinyanı devirmək istəyirlər“ - Çevriliş planının detalları + VİDEO
-
Tacikistan prezidenti Füzuli rayonunda belə qarşılandı - FOTO
-
Rusiya Ukraynaya kütləvi hava zərbəsi endirib: Kiyevdə çoxsaylı dağıntılar var
-
Məktəbdən çıxan müəllimənin başına torba keçirib qaçıranlar azadlığa çıxdı - TƏFƏRRÜAT
-
“ABŞ Ukraynaya hərbi yardım göndərməyə davam edir“ - Tramp
-
Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib
-
Azərbaycan və Özbəkistan strateji tərəfdaşlıq modelini gücləndirir
-
Aygün Kazımova bu dəfə misirli xanım obrazında - FOTO
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Bu sahələrdə çox sayda işçiyə ehtiyac var - VİDEO
-
Putin və Tramp telefonda danışdılar - Ukrayna, Suriya, İran məsələləri müzakirə edilib
-
Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şahbulaq qalasında olublar - FOTO
-
Moskvada 2 azərbaycanlı “qanuni oğru“ saxlanıldı - VİDEO
-
Fərid Əsgərov yeni vəzifəsində ilk dəfə görüntüləndi - VİDEO
-
Əsir və girovlarımızın başına nələr gətirilib? - Məhkəmə
-
Kurskda Rusiya generalı öldürüldü - Ukrayna ordusundan uğurlu əməliyyat
-
Səhiyyə nazirinin məhkəməyə verildiyi iş üzrə - QƏRAR
-
Vüqar Səfərlinin şikayəti rədd edildi - Ali Məhkəmədən qərar
-
“Razılaşdıq ki, birlikdə gələcəyik” - İlham Əliyev
-
Alatavadakı qalmaqallı mülk söküldü - Razılığa gəldilər
-
“18-ci sanksiyalar paketi Rusiya iqtisadiyyatının ürəyinə zərbə vuracaq“ - Leyen
-
Prezidentlər Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak etdi - Fotolar
-
“Sputnik-Azərbaycan“ işi: beş nəfər polis nəzarətinə verildi
-
İki dost dövlət arasında münasibətlər yüksək səviyyədə inkişaf etdirilir
-
Məktəbli qızları təqib etdi, həbs olundu - Məhkəmədə özünü belə müdafiə etdi
-
Zirvə görüşünün iştirakçıları “Zəfər“ şousunu izlədi - FOTOLAR
-
Bakıda bu yollarda təmirlə bağlı hərəkət məhdudlaşdırıldı - Siyahı
-
Abituriyentlərin şikayətləri araşdırılıb, bəzilərinin imtahan balları artırılıb - DİM-dən açıqlama
-
27 il hakimlikdən sonra Konstitusiya Məhkəməsindən getdi - Yerinə oğlu gəlir
-
Əl yükündə ölkəyə 547 karat brilyant keçirmək istədi - Fotolar
-
Azərbaycanda heyvanların sığorta xərci açıqlandı: Qoyunlar 7-11 manat, inəklər isə...
-
Masazır qəsəbəsində sənədsiz evlərin tikintisi davam edir - FOTO/VİDEO
-
Nazirlikdən küləkli hava ilə bağlı - Müraciət
-
ABŞ Azərbaycana yeni diplomat göndərir - Emi Karlo kimdi?
-
Bakıdakı yeni park belə olacaq - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycan və Özbəkistan həm tarix, həm də ortaq mədəni, mənəvi və dil kökləri ilə bir-birinə yaxın və bir o qədər də zəngindir
-
Xankəndidən Şuşaya kanatla gedəcəyik - 13 dəqiqəyə...
-
Bakıda inanılmaz hadisə: Həkim vətəndaşı QİÇS-ə yoluxma təhlükəsi ilə üz-üzə qoydu
-
Şahbaz Şərifin Azərbaycana səfəri başlayıb - FOTO
-
Azərbaycanda manata olan inam dolları üstələdi - 10 ilin statistikası
-
Əfqanıstanın Baş nazirinin müavini Füzulidə - FOTO
-
Konstitusiya Məhkəməsində 4 yeni hakim - ADLAR
-
Sadir Japarov Azərbaycana səfərə gəlib - FOTOLAR
-
Prezident “Xankəndi” Biznes Mərkəzinin açılışında - FOTOLAR
-
“Qala Sığorta”nın işçisinə “dümbələk” deyən şəxs cəzalandırıldı - TƏFƏRRÜAT
-
İlham Əliyev Xankəndidə qəbul keçirdi - FOTOLAR
-
Azərbaycanın bu saytları Rusiyada bloklandı - SİYAHI
-
Prezident Xankəndidə Zəfər parkında görülən tikinti işləri ilə tanış oldu - FOTOLAR
-
Agentlik sədri onu departament müdiri təyin etdi - FOTO
-
Futbol dünyası şokda - Ulduz futbolçu qəzada öldü
-
Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli qoyuldu - Fotolar
-
Bu yolda 2 aydır ki, “həyat donub“ - Təmir nə vaxt bitəcək?
-
Polisə işə düzəldəcəyini vəd etdi, külli miqdarda pul aldı - DƏLƏDUZLUQ İŞİ
-
"Adil Kərimli mənə dedi ki, artıq heç kəsə fəxri ad verilmir“ - Zemfira Sadıxova
-
Rusiya Poltavaya dron zərbələri endirib - Ölənlər var
TOP 10
ARXİV