Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Reklam Agentliyi avtomobil almağa 2,5 milyon xərclədi - İl yarımda

Tarix 17.01.19, 14:47

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət Reklam Agentliyi yanvarda 25 ədəd miniven, 14 ədəd sedan və 1 ədəd pikap tipli nəqliyyat vasitəsinin alınmasına dair “Toyota Abşeron Center” MMC və “Autouniversal” MMC ilə 7 tender müqaviləsi imzalayıb.“Finans.az”ın məlumatına görə, bu satınalmalar müqabilində “Autouniversal”a 704 175 manat, “Toyota Abşeron Center”ə 698 000 manat ödənilib.

Beləliklə, yuxarıdakı satınalmalara toplam olaraq 1 402 175 manat xərclənib.

Xatırladaq ki, bu günə qədər agentlik “Autouniversal”dan 1 549 181 manatlıq miniven, “Toyota Abşeron Center”dən 981 000 manatlıq sedan və pikap tipli avtomobillər alıb. Nəqliyyat vasitələrinin alınmasına cəmi 2 530 175 manat pul xərclənib.

Qeyd edək ki, Dövlət Reklam Agentliyi 2017-ci ilin iyun ayında yaradılıb. Agentliyinin direktoru Aydın İbadov təyin edilib.  Yaranmasından il yarım keçməmiş Agentliyin xaricdən nəqliyyat vasitələrinin alınmasına 2, 5 milyon manat pul xərcləməsi maraq doğurur.

Xatırladaq ki, 2016-cı ilin yanvar ayındakeçirilən müşavirədə Prezidenti İlham Əliyevin dövlət qurumlarına  Naxçıvanın Avtomobil Zavodunda (NAZ) istehsal edilmiş, daha doğrusu yığılmış avtomobilləri almağı tövsiyə etmişdi.  Preidentin çıxışından sonrakı ilk aylarda  bir neçə nazirlik zavodun maşınlarından alsa da, sonradan buna maraq göstərən olmadı. Dövlət Reklam Agentliyinin də xaricdən nəqliyyat vasitələrinin alınmasına 2, 5 milyon manat pul xərcləməsi göstərir ki, hətta xırda məmurlar belə yerli avtomobillərdən istifadə etmək istəmir. Sahibkarlardan yığılan pulları özlərinə bahalı maşınlar almağa  yönəldirlər. 




Xəbərin oxunma sayı : 355




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap