“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Rektor nazirliyin komissiyasını universitetdən qovub? - “Qardaşının Aparat rəhbəri olması ona “yaşıl işıq“ yandırıb“

Tarix 01.03.21, 19:05

Font ölçüsü : - / +
bitmap-img6


"Gəncə Dövlət Universitetində əvvəlki illərdən vüsət alan qanunsuzluqlar seriyası davam etməkdədir. Nə barəsində edilən şikayətlər, nə də haqqında yazılan tənqidi yazılara məhəl qoymayan universitet rektoru Yusif Yusibov dünyanın və respublikamızın koronavirus pandemiyasından təlaş etdiyi indiki məqamda da neqativ hallara rəvac verməkdə davam edir".

Bu sözlər Mia.az-a göndərilən şikayət məktubunda yer alıb.

Şikayətçilər yazır ki, rektor Yusif Yusibov o qədər özünə arxayındır ki, bu günlərdə Təhsil Nazirliyinin xüsusi komissiyasını universitetdən qovub.

İddiaya görə, Təhsil Nazirliyi həm kütləvi informasiya vasitələrində dərc olunan materiallara görə, həm də Nazirliyə olunan çoxsaylı şikayətlərə görə universiteti yoxlatmaq üçün xüsusi komissiya göndərib: "Komissiya yoxlama prosesində maliyyə sahəsində çoxlu nöqsanlar aşkarlayb. Bununla bağlı rektorun kabinetinə girən komissiya üzvləri ilə rektor Yusif Yusibov arasında mübahisə yaranıb. Rektorla komissiya üzvləri arasında danışıq alınmadıqda,Yusif Yusibov onları otaqdan qovaraq "Gedin, bacardığınızı eləyin".

İddiaya görə, bu hadisədən sonra Təhsil naziri Emin Əmrullayev Gəncəyə gəlsə də, bu universitetdə baş çəkməyib. O, digər ali məktəblərə, bir neçə orta məktəbə gəlib: "Görünür, rektorun qardaşı Cavanşir Yusibovun Maliyyə Nazirliyinin Aparat rəhbəri olması, ona "yaşıl işıq" yandırıb".

Məktubda universitetlə bağlı çoxsaylı ağır ittiham və iddialar da var. Bunlara qarşı tərəfdən münasibət öyrənə bilmədiyimiz üçün hələlik toxunmadıq.

Qarşı tərəfi də dinləməyə hazırıq.



Xəbərin oxunma sayı : 511




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap