Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Rəsmi Bakıdan Paşinyanın Qarabağa səfərinə reaksiya:“Öz əhalisini aldatmağa son qoymalıdır“

Tarix 09.05.19, 21:47

Font ölçüsü : - / +
bitmap-img6


Ermənistan siyasi rəhbərliyinin hərbi işğal altında saxladığı Şuşa şəhərinə səfəri, bu xüsusda səsləndirilmiş bəyanatlar, eləcə də xarici işlər naziri də daxil olmaqla rəsmi Yerevanın səsləndirdiyi “Artsaxın azadlığının müdafiəsi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli öhdəliyimizin əsasını təşkil edir” kimi fikirlər münaqişənin həlli üzrə aparılan danışıqlar üçün çox yanlış ismarışdır.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.

O bildirib ki, rəsmi Yerevanın son açıqlamaları son görüşlərdə qəbul edilmiş birgə bəyanatlarda əks olunmuş əhalinin sülhə hazırlanması çağırışı ilə kəskin ziddiyyət təşkil edir: “Hadisələrin bundan sonrakı mümkün inkişafı ilə bağlı bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür”.

L.Abdullayeva xatırladıb ki, bütün beynəlxalq təşkilatlar və beynəlxalq ictimaiyyət Azərbaycanın tanınmış dövlət sərhədləri çərçivəsində ərazi bütövlüyünü tanıyır. Onun sözlərinə görə, Ermənistan rəhbərliyi nə qədər tez bu reallığı dərk edərsə, öz əhalisini aldatmağa son qoyarsa, bir o qədər də tez bölgədə sülh, sabitlik və dayanıqlı inkişaf təmin olunar/Trend




Xəbərin oxunma sayı : 115




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap